MP- lərin multiprosessorlu sistemlərdə tətbiqi
Pentium prosessorlarımım II nəslindən başlayaraq prosessorlu sistemlərin yaradılması üçün xüsusi interfeys nəzərdə tututlmuşdur. Simmetrik multiprosessorlu sistemlərdə SMP hər bir prosessor öz məsələsini müstəqil olaraq y/y- rir. SMP rejimi Novell Net Vare, Mikrosoft Vindows NT və UNIX kimi əməliyyat sistemləri tərəfindən dəstəklənir. Lokal sistemlərə bağlı olan prosessorlar həm də, ümumi sistemli yaddaşa və xarici qurğulara ümumi şin vasitəsilə müraciət edə bilər. Lakin hər bir anda ümumi şinlərə nəzarət funksiyasını prosessorlardan biri növbə ilə y/y- rə bilər. Hər bir prosessorun özünə məxsus daxili L1 keşi olduğu üçün interfeys alqoritmində operativ yaddaşın bütün ierarxik pllələrində (L1, L2 keşlərdə və sistemli RAM- da) verilənlərin uyğunluğu təmin edilməlidir. Bu məsələ lokal izləmə dövrləri vasitəsilə və bütün prosessorların iştirakı ilə y/y- lir.
Multiprosessorlu sistemlərə müxtəlif markalı prosessorlar daxil ola bilər, lakin onların daxili tezlikləri eyni olmalıdır. Şinlər isə ümumi takt siqnalları ilə sinxronlaşdırılır.
SMP- nin imkanları və gerçəkləşdirilməsi üsulları sistemə daxil olan MP modellərindən asılıdır. X86 ailəsində SMP rejimini dəstəkləyən vasitələr yalnız INTEL prosessorlarına məxsusdur.
II nəsildən başlayaraq Pentium interfeysi bir lokal sistemli şinə iki ədəd prosessorun bağlanmasını təmin edir. Bu halda bütün eyni adlı çıxıntılar sadəcə olaraq bilavasitə bağlanır. Prosessorlardan biri əsas (Primary) və ya yükləyici (BSP – Bootstrap Prosessor), digəri isə ikinci (DP – Dual Prosessor) kimi təyin edilir. RESET siqnallarından sonra yalnız BSP prosessor fəaliyyət göstərərək inisializasiya proqramlarını y/y- rir. DP prosessoru yalnız APIC (Advansed Proqrammable İnter Ription Controller) şini üzrə xəbər daxil olduqda fəaliyyətə başlayır.
RAM və keşdıki verilənlərin uyğunluğu üçün izləmə dövrü siqnalı digər prosessor tərəfindən hasil edildikdə y/y- məyə başlayır.
P6 (Pentium Pro) MP- da SMP rejiminin reallaşdırılması üçün daha mükəmməl imkanlar vardır. Pentium prosessorunun lokal şinindən fərqli olaraq P6- nın sistemli şinini əvvəlcədən bir neçə simmetrik (hər bir şində 4- ə qədər) və qeyri- simmetrik (8-ə qədər) agentlər arasında bölünə bilməsi nəzərdə tutulmuşdur. Soket 8 (Pentium Pro) və Slot 2 (Pentiun II Xeon) 4- ə qədər prosessoru, Slot 1 (Pentium II) isə ikiyə qədər prosessoru birləşdirməyə imkan verir. Soket 8 üçün nəzərdə tutulmuş Pentiun II Over Drive prosessorunda da ikidən çox olmayan prosessorların sistemdə birləşməsi mexanizmi nəzərdə tutulmuşdur.
APIC şini üzrə göndərilən multiprosessor inisializasiya protokolu 15- ə qədər prosessoru inisializasiya edilə bilər. Hər bir prosessor digər prosessorun keş yaddaşına müraciət edə bilər. Buna görə də məlumatı əvvəlcədən əsas yaddaşa köçürməyə ehtiyac yoxdur.
Dostları ilə paylaş: |