Milli Aviasiya Akademiyası ✈



Yüklə 2,26 Mb.
tarix02.12.2023
ölçüsü2,26 Mb.
#137691
Teymur 2430a Politologiya seminar-1

Milli Aviasiya Akademiyası ✈

  • FƏNN : POLİTOLOGİYA. 
  • FAKÜLTƏ : AEROKOSMİK. 
  • İXTİSAS : EKOLOGİYA MÜHƏNDİSLİYİ.
  • QRUP : 2430A. 
  • TƏLƏBƏ : TEYMUR MAHMUDOV.
  • MÜƏLLİM : SOLMAZ ƏLİYEVA. 
  • MÖVZU : SİYASƏT HAQQINDA ANLAYIŞ VƏ FİKİRLƏR.

Siyasət – siniflər, millətlər, xalqlar və digər sosial qruplar arasındakı münasibətlərlə bağlı fəaliyyət sahəsidir.

Siyasətin əsasında dövlət hakimiyyətini ələ almaq, saxlamaq və ondan istifadə durur. Siyasətdə başlıca məsələ dövlət hakimiyyətini qurmaq, onun fəaliyyətinin forma, vəzifə və məzmununu müəyyən etməkdir. K.Marks yazırdi ki, hər bir ictimai problemin həlli hakimiyyət problemilə bilavasitə və ya dolayı şəkildə bağlı olduğu zaman siyasi xarakter kəsb edir. Min illər boyu siyasi təlatümləri, hərəkatları törədən motivləri insanın mücərrəd təbiətində, dində,fəlsəfədə axtarmışdır

Siyasət bir-biri ilə çox qarşılıqlı səbəbiyyət əlaqəsində olan müəyAyən ictimai hadisələrdən ibarətdir. O, daha irəli getməyə və mürəkkəb, çoxcəhətli hadisə olan siyasəti hərtərəfli, geniş formada tələb edir.

Antik yunan filosofu Aristotel siyasətə aparıcı qiymət vermiş, o siyasətin əsas məqsədi və funksiyasını insanların birgə yaşayışını idarə etmək vasitəsində görür. Aristotel siyasəti etika ilə əlaqələndirir. O əxlaqı, etikanı (fəzilətləri) siyasətin əsası, onun açarı adlandırıb.

Alman filosofu F.Nitsşe siyasətə güc və iradənin mübarizəsi kimi baxırdı.Onun siyasətinin başlıca istiqaməti alman faşizminin ideologiyasına doğru gedən bir siyasət idi.Sonralar alman faşizminin ideya mənbələrindən biri oldu.

Alman sosioloqu M.Veberin fikrincə, siyasət ictimai-iqtisadi hadisənin mahiyyəti, onun təkcə obyektiv tərəfləri ilə deyil, eyni zamanda hər şeydən əvvəl tədqiqatçının nöqteyi-nəzərindən müəyyənləşir. Onun fikrincə, siyasət müstəqil rəhbərlik üzrə bütün fəaliyyət növlərini əhatə edir. Məsələn, şəhər siyasəti, kənd siyasəti, şəxsi siyasət və s. 

Nəsrəddin Tusi Aristotelin siyasət haqqında fikirlərinə əsaslanaraq, siyasəti dörd qismə ayırmışdır:


ölkə siyasəti
qələbə siyasəti
kəramət siyasəti
camaat siyasəti

Siyasət hadisəsinin mərkəzində dövlət durur. Dövlətin idarə edilməsində kütlə ilə hakimiyyət arasında siyasət ideyasının mərkəzləşdirilməsi zəruridir. Siyasi hadisə sosial subyeklərin qarşılıqlı hərkətləri zamanı meydana çıxır və siyasi strukturlarda onların yeri və fəaliyyəti müəyyənləşir. Bundan sonra ayrı-ayrı insanların və sosial qrupların siyasətə və hakimiyyətə müxtəlif münasibətlərində aşkar olur.

Siyasət-dövlət, hüquq, partiya, seçki sistemi, qərarların qəbul edilməsi prosesini, siyasi münasibətləri, siyasi mədəniyyəti özündə birləşdirir. Bunlar aşağıdakılardır:


Dövlət hakimiyyəti
Siyasi münasibətlər
Sosial təsisatlar sistemi
Hakimiyyət uğrunda mübarizə və onun idarə edilməsi

Siyasət müəyyən hallarda müstəqil çıxış edə bilər. Bu müstəqil siyasət cəmiyyətin iqtisadi quruluşuna təsir edir və onu müəyyənləşdirə bilər. Hakimiyyətə gəlmiş yeni qüvvələr iqtisadiyyata hökmranlıq edən siniflərə öz iradəsini qəbul etdirməklə, ondan müəyyən güzəştlər çıxara bilər. Lakin bu proses müvəqqəti olur.Yuxarıda qeyd edildiyi kimi, siyasətdə əsasən göstərilən şərtləri qəbul etməli və ona düzgün nəzarət olmalıdır.

Diqqətiniz üçün, təşəkkürlər!!!


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin