Ölçülərİn qoyulması
Ölçülər cizginin əsas elemenlərindəndir. AutoCAD da layihələndirmiş mə'mulatda ölçü qoymaq üçün böyük imkanlar vardır. Ölçü cizginin mürəkkəb elementlərindən olub müxtəlif hissələrdən ibarətdir. Xətti ölçüdəki elementləri nəzərdən keçirək:
- Çıxarma xətti, ölçülən obyektdən bir az aralı yerləşməklə, ölçü xəttindən də bir az kənara çox çıxmaqla çəkilir;
- ölçü mətni, ölçülən obyektin uzunluğunun həqiqi qiymətini göstərir;
- ölçü xətti, çıxarma xətlərinə qədər çəkilir və əsasən obyektin konturuna paralel olur;
- ölçü oxları, çıxarma xətti ilə ölçü xətlərinin kəsişmə nöqtələrindən ölçü xəttinin ucunda çəkilir. Bunlar təsnifatına görə müxtəlif ola bilərlər – oxlar, çəp xətlər və ya nöqtə kimi;
- Tə'yinedici nöqtələr, görünməyən nöqtələr olub, obyektin ölçüsünün sərhədlərini xarakterizə edirlər.
Ölçülərin AutoCAD -da iki maraqlı xassəsi vardır
1) Ölçülər blok şəklində olur. Blok çoxlu sayda elementlərdən ibarət obyektə deyilir, hansı ki, bu obyekt vahid kimi qəbul olunur.
2) Ölçü obyektlə əlaqədə olur. Bunun üçün AutoCAD obyektin üzərindki təyinedici nöqtələrdən istifadə edir. Əgər AutoCAD obyektin ölçüsünü dəyişsə, onda avtomatik ölçü də öz qiymətini dəyişir (assosativlik xassəsi).
Ölçü mətnlərin yerinə yetiriməsi üçün Annotation lövhəsindən istifadə edilir. Lakin bu lövhədə tam imkanlar verilmir. Daha çox imkanların verildiyi hissə Annotation menyusudur.
Bu menyunun lövhələri aşağıdakılardı.
1. Text lövəsi- mətnlər üçün istifadə edilir.
2. Dimension - ölçülər üçün istifadə edilir.
3. Labels- çıxarma mətnlər üçün istifadə edilir.
4. Tables- cədvəllər üçün istifadə edilir.
5 . Markup- maskalar və bludlar üçün istifadə edilir.
6 . Annotation scaling- annotasiyaların (şərh) miqyaslanması üçün istifadə edilir.
Burada yerləşən Dimension (ölçülər) lövhəsinin komandaları ətraflı öyrəniləcəkdir.Şəkildə sol yuxarı hissədə birbaşa ölçülərin qoyulmasında iştirak edən komandalar yerləşir.
Dostları ilə paylaş: |