MiRZƏ ƏLƏKBƏr sabiR 1862-1911 HƏyati, yaradiciliğI


NEYLƏRDİN, İLAHİ” SATİRASI



Yüklə 61,64 Kb.
səhifə2/2
tarix10.01.2022
ölçüsü61,64 Kb.
#109673
1   2
NEYLƏRDİN, İLAHİ” SATİRASI

Gerilik, ətaləti kəskin tənqid edən bu əsərdə sənətkarın təəssüf hissi ilə yanaşı, inkişaf, tərəqqi arzusu öz əksini tapmışdır. Allaha müraciətlə yazılmış əsərdə zülmə, haqsızlığa etiraz edən sənətkar məzlumların göz yaşının dərya olmasından, ədalətsizliyə dözən insanların ətalətindən söz açır.

“Sabir öz dövründəki ədalətsizliyi görür, bir ovuc istismarçılara səadət bəxş edən quruluşun dözülməz qanunlarına qarşı üsyan edirdi. Onun üsyanı çox kəskin və konkret idi:

Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, --

Bilməm belə dövranları neylərdin, ilahi!

 

Məzlumların göz yaşı dərya olacaqmış, --



Dəryaları, ümmanları neylərdin, ilahi?

 

Səyyadi-cəfakardə rəhm olmayacaqmış, --



Ahuləri, ceyranları neylərdin, ilahi?!

 

Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, --



Toxm əkməyə dehqanları neylərdin, ilahi?!

 

İş rəncbərin, güc öküzün, yer özününkü, --



Bəyzadələri, xanları neylərdin, ilahi?!

 

Bu zülmə, haqsızlığa dözənlərin səbrinə Sabir dözə bilmirdi. O, satiralarında xalqı ayılmağa çağırırdı. “Səbr eylə” şeiri bu cəhətdən çox səciyyəvidir. Bu şeir qurtuluş üçün konkret yollar göstərir:



Yetərkən zalimin zülmü sənə , dövri-qəzadan bil!
Çatarkən amirin zəcri, onu seyri-səmadan bil
Özün öz iczinə bais olurkən, masəvadan bil!
Bu məşumiyyəti biganədən gör, aşinadan bil!
Əzil, pamal ol, axtarma buna bir çarə, səbr eylə!
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!

Şairin fikri aydındır; o, zülmə dözməməyə , ayılmağa, mübarizə cəbhəsinə atılmağa çağırırdı. (C.Hacıyev)

“Neylərdin, ilahi?” satirasında ...məzlumların göz yaşlarınan yaranan dəryaları görüb fəryad qoparan Sabir yanıqlı misralardan sonra gözlənilmədən satiraya keçir. .. Bu gözlənilməz keçidlər ondan doğur ki, Sabir qəzəblənib tənqid hədəfinin üzərinə şiddətli hücuma keçdiyi vaxt bəzən onun incə şair qəlbi riqqətə gəlir. Zavallı insanların məruz qaldığı faciələrdən kədərə qapılıb. Fəryad qopardığı zaman mürtəcelərin qarşısında özünü sındırmamaq üçün oxucunun gözləmədiyi halda qəhqəhə ilə gülür. Bəzən isə qəhqəhə ilə güldüyü vaxt daxilindəki dərdlər qövr edir, o bu zaman gzlənilmədən hıçqırır, fəryad qoparır. “ (A.Zamanov)
Yüklə 61,64 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin