Morfologiya



Yüklə 0,49 Mb.
səhifə33/79
tarix31.12.2021
ölçüsü0,49 Mb.
#112477
1   ...   29   30   31   32   33   34   35   36   ...   79
Az rbaycan dili D l n D R D L n funksiyalari. D L L k v onun

Mənsubiyyət kateqoriyası.

Sahib şəxs və mənsub əşya arasındakı münasibəti bildirmək üçün morfoloji əlamətdən mənsubiyyət şəkilçilərindən istifadə olunur.Əşyanın hansı şəxsə aid olduğunu bildirmək üçün sözə aşağıdakı mənsubiyyət şəkilçiləri artırılır.





Şəxslər

Təkdə

Cəmdə

Şəkilçilər

Şəkilçilər

Sonu samitlə bitən

Sonu saitlə bitən

Sonu samitlə bitən

Sonu saitlə bitən

I

II

III



-ım

-ın




-m

-n

-sı



-ımız

-ınız


-ı (-ıları)

-mız

-nız


-sı (-ları)

Ismin hal kateqoriyası.adlıq hal. Bu hala verilən addan məlum olur ki, o, yalnız əşyanın adını göstərmək vəzifəsini daşıyır; yəni bu hal vasitəsilə təkcə əşyanın adı çəkilir. Məsələn: kitab insanın ən yaxın dostudur cümləsində ümumiyyətlə kitabdan danışılır. Bu cümlədə kitab sözündə bir ümumilik məfhumu dərk edilir.

Yiyəlik hal iki cür olur. 1. müəyyən yiyəlik hal 2. qeyri- müəyyən yiyəlik hal.

Müəyyən yiyəlik hal şəkilçi qəbul edir, qeyri- müəyyən yiyəlik hal isə heç bir hal şəkilçisi qəbul etmir. Müəyyən yiyəlik halın şəkli əlaməti ın (in, un, ün) şəkilçisindən ibarətdir. Kitabın, elmin, dostun, buğdanın və s.

Qeyri- müəyyənlik bildirən yiyəlik hal şəkil və məzmunca müəyyənlik bildirən yiyəlik haldan fərqlənir. Bu hal şəkilçi qəbul etmədiyi üçün öz müəyyənlik məzmununu itirir, qeyri- müəyyənlik anlayışı verir.: el bayramı, sel gücü, göz qaydası və s.

Təsirlik hal. Ismin təsirlik halı üzərində təsir icra olunan əşyanı bildirdiyi üçün o, təbii olaraq, cümlənin feli xəbəri ilə bilavasitə bağlı olur. Onu da əlavə etmək lazımdır ki, təsirlik halda işlənən sözlər bütün fellərlə deyil, yalnız təsirli fellərlə əlaqədar olur. Təsirlik halın şəkli əlaməti ı (i, u, ü) şəkliçisidir: dəftəri, ordunu, körpünü və s. obyektin məzmununda heç bir müəyyənlik nəzərdə tutulmursa və qeyri- müəyyənlik ifadə olunursa, həmin hal şəkilçisiz işlənir və qeyri- müəyyən təsirlik hal adlanır. Məs: Rahim kitab oxudu. Rahim kitabı oxudu.

Yönlük hal bir tərəfdən iş, hərəkət və əşyanın istiqamətini, digər tərəfdən iş, hərəkət və ə.yanın çatacağı son nöqtəni bildirir.Yönlük halın şəkli əlaməti –a, -ə şəkilçisidir.Məsələn, tələbələrə təqaüd verilir.Əşrəf Moskvaya gedir.

Yerlik hal.İsimlərin bu halı başlıca olaraq yer məzmunu ifadə edir.Yerlik halın şəkli əlaməti –da, -də şəkilçisidir.Kitabda gözəl şəkillər var.Qəzetdə maraqlı bir məqalə dərc olunmuşdur.

Çıxışlıq hal.İsmin bu halı həm iş və hərəkətin, həm də əşyanın çıxış, yəni başlanğıc nöqtəni bildirir.İsmin çıxışlıq halının şəkli əlaməti –dan, -dən şəkilçidir.


Sifət

Sifət əşyanın əlamət və keyfiyyətini bildirən nitq hissəsidir.Müasir Azərbaycan dilində sifətlər quruluşca 3 qismə ayrılır.

Sadə sifətlər.Sadə bir söz öz vəzifəsi, mənası vasitəsilə əşyanın həcmini, keyfiyyətini, xasiyyətini, müxtəlif cəhətdən ölçüsünü bildirir:Ağ (kağız), Yaxşı (adam), kiçik (ev), qarı (nənə) və s. sadə sifət hesab olunur.

Düzəltmə sifətlər.Müasir azərbaycan dilində işlənən düzəltmə sifətlər yaranmalarına görə müxtəlifdir.Onlar həm xalis Azərbaycan söz və şəkilçilərindən düzəlmiş sifətlər, həmdə başqa dillərdən keçmiş düzəltmə sifətlərdir: Ağıllı (uşaq), bacarıqsız (adam), zarafatcıl (adam), səhərki(iclas), basəfa (yer), namünasib (hərəkət) və s.

Mürəkkəb sifətlər iki sözün birləşməsindən əmələ gəlir.Mürəkkəb sifətlər bir neçə yolla əmələ gəlir

1.iki sadə sifətin təkrar edilməsilə mürəkkəb sifət əmələ gəlir.Yaşıl-yaşıl (çəmənlər)

2.İsimdən düzəlmiş iki sifətin yanaşı işlənməsilə mürəkkəb sifətlər əmələ gəlir.Dadlı-dadlı (meyvələr)

3.Bir sadə sifət və bir isimdən düzələn sifətdən mürəkkəb sifətlər düzəlir.Ucaboylu (oğlan)

4.Bir say və bir düzəltmə isimdən əmələ gələn mürəkkəb sifətlər. Beşillik (plan)

5.Birinci tərəfi mənsubiyyət şəkilçisi ilə işlənən isimdən, ikinci tərəfi sadə və ya düzəltmə sifətdən ibarət mürəkkəb sifətlər.Dilişirin (uşaq)

Sifətin dərəcələri.Azərbaycan dilində sifətin 3 dərəcəsi vardır.

1.Adi dərəcə həm məzmun, həm də şəkilcə başqa dərəcələrdən onunla fərqlənir ki, o bütün dərəcələr üçün meyar hesab olunur.Ağ kağız, yaxşı adam, uzun yol.

2.Çoxaltma dərəcəsi vasitəsilə bir keyfiyyət, rəng, əlamət və s. adi dərəcədən çox olduğunu göstərir.Bu dərəcə üstünlük və şiddətləndirmə növlərini özündə birləşdirir.Üstünlük növü analitik yolla formalaşır.Belə ki, bu mənanı ifadə etmək üçün sifətlərin əvvəlində ən, lap, çox, olduqca sözləri işlədilir.Ən gözəl, lap yaxşı, çox böyük və s. Çoxaltma dərəcəsinin şiddətləndirmə növü rəngin, keyfiyyətin adi vəziyyətdən qat-qat artıq olduğunu göstərir.Sifətin ilk hecası və ya birinci saitindən sonra m, p, r, s samitlərindən biri artırılaraq həmin sifətlə birgə işlədilir.Qıpqırmızı, bomboş, dopdoğru və s.

3.Azaltma dərəcəsi onun təyinlik dərəcəsini adi haldan qismən az göstərir.Sarı adi bir rəngi sarımtıl isə adi sarılıqdan xeyli az sarı bir rəngi bildirir.Sifətin azaltma dərəcəsi sintetik və analitik yolla əmələ gəlir.

1.Sintetik yolla.a)ımtıl, imtil, umtul, ümtül və mtraq şəkilçilərini sifət köklərinə artırmaqla: qırmızımtıl, göyümtül

b)raq, rək şəkilçisini sifətlərə artırılmaqla: gödərək, yastıraq

c)sifətlərə sov şəkilçisini artırmaqla:uzunsov, dəlisov

2.Analitik yolla.a)sifətdən avvəl ala sözünü işlətməklə: ala-yarımçıq, ala – çiy

b)sifətdən sonra təhər sözünü əlavə etməklə:qırmızıtəhər

c)sifətin əvvəlinə açıq sözünü artırmaqla:açıq- sarı, açıq – qırmızı


Say

Say da əsas nitq hissələri sırasına daxildir.Ümumi qrammatik mənasına görə əşyanın miqdarını və sırasını bildirən əsas nitq hissəsinə say deyilir.Müasir Azərbaycan dilində sayları mənaca 2 qrupa ayırmaq olar.

1.Miqdar sayları

2.Sıra sayları

Miqdar sayları aşağıdakı növlərə bölünür.


  1. müəyyən miqdar sayları bütün say növlərinin əsasını təşkil edir.On beş kitab, iyirmi tələbə və s.

  2. Kəsr sayları müəyyən miqdarın bir hissəsini bildirir.Bunlar da müəyyən miqdar saylarından əmələ gəlir.Kəsr saylarını əmələ gətirmək üçün bütövü bildirən bir sayla hissəni bildirən başqa bir sayın birgə işlənməsi lazımdır.Üçdən bir, beşdə üç

  3. Qeyri müəyyən miqdar sayları.Azərbaycan dilində qeyri-müəyyən miqdar sayları, əsasən, az, çox, xeyli sözlərindən ibarətdir.Çox kitab, xeyli yaxşı, az adam

Sıra sayları mənşə etibarı ilə müəyyən miqdar saylarından əmələ gəlmişdir.Sıra saylarının şəkli əlaməti ıncı, inci, uncu, üncü,ncı, nci şəkilçisidir.Birinci, altıncı və s.Sıra sayları ilə miqdar sayları arasındakı fərqlərdən biridə birincinin sifətlərə daha yaxın olmasıdır.Bu yaxınlıq, bir tərəfdən, sıra saylarının sifətlərə məxsus hansı? sualına da cavab verə bilməsi, digər tərəfdən, özündən sonra gələn ismin zaman şəkilçisi qəbul etməsindən aydın görünür.Doğurdan da , üçüncü siniflər birləşməsində bir neçə üçüncü sinif təsəvvür edildiyi kimi, hansı siniflər? Sualını da vermək mümkündür.Halbuki miqdar saylarında bu xüsusiyyətlərin heç birinə təsadüf edilmir.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin