Morfologiya



Yüklə 0,49 Mb.
səhifə34/79
tarix31.12.2021
ölçüsü0,49 Mb.
#112477
1   ...   30   31   32   33   34   35   36   37   ...   79
Az rbaycan dili D l n D R D L n funksiyalari. D L L k v onun

9 Əvəzlik. Fel. Zərf.

Şəxs, əşya ,əlamət, kəmiyyət, hərəkət bildirən sözləri ümumi və ya qeyri – müəyyən şəkildə əvəz edən, yaxud sadəcə olaraq onlara işarə edən sözlərə əvəzlik deyilir.

.Əvəzliklərin bir nitq hissəsi kimi özünəməxsus morfoloji əlamətləri yoxdur. Əvəzlik hansı nitq hissəsinin əvəzində işlənirsə, onun morfoloji əlamətlərini də bu və ya digər dərəcədə qəbul edir. Məsələn, isimləri əvəz etdikdə isim kimi hallanır, isim kimi kim?, nə? suallarına cavab verir. Necə? sualı ilə sayın əvəzində işlənir, sıra saylarının şəkilçisini qəbul edir (Neçənci sinifdə oxuyursan?). işarə əvəzlikləri işarə məqsədilə işləndikdə sifəti xatırladır, hansı? sualına cavab verir. Hərəkəti müəyyənləşdirmək üçün işləndikdə universal etmək, eləmək felləri ilə birlikdə zaman, şəkil əlamətləri qəbul edir və şəxslərə görə dəyişir: nə edir?, nə etməlidir? nə edəsidir? Nə etsə?

Əvəzliklərin aşağıdakı məna növləri var:



  1. şəxs əvəzlikləri

  2. qeyri – müəyyənlik bildirən əvəzliklər

  3. sual əvəzlikləri

  4. işarə əvzlikləri

  5. təyini əvəzlikləri

Şəxs əvəzlikləri. Şəxs anlayışını heç bir konkretlik bildirmədən ümumi şəkildə ifadə edən əvəzliklərə şəxs əvəzlikləri deyilir. Şəxs əvəzlikləri hər üç şəxsin təkini və cəmini bildirən mən, sən, o, biz, siz, onlar sözlərindən ibarətdir. Mən – danışan şəxsi, sən – dinləyəni, o – haqqında danışılanı bildirir. Şəxslər öz mövqelərini daim dəyişə bilir.

  1. ci və 2 – ci şəxslərin tək və cəmi yalnız şəxs əvəzlikləri ilə, 3 – cü şəxsin təki və cəmi isə həm şəxs əvəzliyi, həm də isimlərlə ifadə olunur.

Mən biz

Sən siz


O (uşaq) onlar (uşaqlar)

Şəxs əvəzlikləri isimləri əvəz edir. Isimləri əvəz etdiyi üçün şəxs əvəzlikləri isim kimi hallanır.

Şəxs əəvəzlikləri də isimlər kimi qoşmalarla əlaqələnə bilir. Üçün, ilə qoşmaları adlıq halda olan isimlərə qoşulur, lakin bu qoşmalar əvəzlikləri yiyəlik halda tələb edir: sənin üçün, sənin ilə, onun üçün, onun ilə.

Şəxs əvəzlikləri -lik və -li şəkilçilərini qəbul edərək isim və sifət kimi işlənir: mənlik, sənlik, bizlik, sizlik , mənli, sənli və s. – cığaz, -ciyəz şəkilçisi ilə əzizləmə,nəvaziş, kinayə çaları qazanır.

Qeyri –müəyyənlik bildirən əvəzliklər. Isimlərin yerində işlədilən və qeyri – müəyyən əşyanı bildirən əvəzliklərə qeyri – müəyyən əvəzlik deyilir. Qeyri – müəyyən əvəzliklər bunlardır. Kimsə, kim isə, nəsə, nə isə, biri, kimi, hərə, hamı, hər kəs, heçnə, heç kəs, heç biri, hər kim, hər nə, filankəs, bəzi.

Kimsə, hərə, kim, hamı, hər kəs, heç kim, heç nə, heç kəs, heç biri, filankəs qeyri – müəyyən əvəzlikləri hallana bilir.məsələn: kimi belə düşünür, kimi də başqa cür. Kiminə iş tapşıırı, kiminə yox. Kiminin arxası var, kiminin yox.

Qeyri – müəyyən əvəzliklərin bir qismi (hamı, hərə, bəzi), məhdud şəkildə də olsa mənsubiyyət şəkilçilərini qəbul edə bilir.

Kimsə əvəzliyi iki mənada işlənir.



  1. kim isə, qeyri - müəyyən şəxs mənasında: Kimsə (kim isə) qapını döyürdü. Kimsə (kim isə) mənə işarə edəcək.

  2. heç kim (heç kəs) inkar sözü kimi: Kimsə (heç kəs) yaxın gəlməsin.

Sual əvəzlikləri. Sual əvəzlikləri sual məqsədilə iılədilir. Bu əvəzliklər vasitəsilə əşya, onun əlaməti, miqdarı, sırası , zamanı, yeri soruşulur. Alınan cavabdakı söz əvəzliyin da.ııdığı vəzifəni daşıyır. Əsas nitq hissələrinin sualları (fel istisna olmaqla) sual əvəzliklərinə daxil olur.

Sual əvəzlikləri bunlardır: İsmi əvəz edən sual əvəzlikləri – kim?, nə?, hara?

Sifəti əvəz edən sual əvəzlikləri – necə?, nə cür?, hansı?

Sayı əvəz edən sual əvəzlikləri - neçə?, nə qədər? (həm sdə zərfin sualıdır), neçənci?

Zərfi əvəz edən sual əvəzlikləri – necə?, nə cür? (bu sual əvəzlikləri həm də sifətin suallarıdır) , nə qədər? (həm də sayın sualıdır), nə vaxt?, haçan?, hara?

Işarə əvzliyi. Işarə məqsədilə işlədilən əvəzliklərə işarə əvzliyi deyilir. Işarə əvəzlikləri aşağıdakılardır. O, bu, elə, belə, həmin, həmən.

O, bu, həmin, həmən işarə əvəzlikləri sifəti əvəz edir. Elə, belə işarə əvəzlikləri isə həm sifəti, həm də zərfi əvəz edə bilir.

O əvəzliyi cümlənin təyini kimi işlənərək hansı? sualına cavab verdikdə işarə əvəzliyi olur. Bu əvəzliyi isə işlənmə məqamından asılı olmayaraq, həmişə işarə əvəzliyidir. O, bu əvəzlikləri mənsubiyyət şəkilçilərini qəbul etmir.

Təyini əvəzliklər. Əşyanı ümumi şəkildə müəyyən etmək üçün işlədilən əvəzliklərə təyini əvəzlik deyilir. Təyini əvəzliklər cümlədə isimlərdən əvvəl gələrək onları təyin edir. Təyini əvəzliklər bunlardır. Öz, hər, bütün, filan, eyni. Təyini əvəzliklər sifət kimi hansı? sualına cavab verir, cümlədə təyin vəzifəsini daşıyır.

Fel - əşyanın hərəkətini bildərən sözlərə deyilir. Fel ərəb sözü olub, iş, hərəkət, əməl deməkdir və şəxsin, əşyanın işini, hərəkətini, hal – vəziyyətini bildirən söz qrupudur. Zəngin kateqoriyalar sisteminə malikdir və bu cəhətdən heç bir nitq hissəsini onunla müqayisə etmək olmaz. Təsirli və təsirsiz olur. Işin icra olunduğunu bildirdiyi kimi icra olunmadığını da bildirir. Növ şəkilçiləri qəbul edərək subyektlə obyekt arasındakı əlaqə və münasibəti üzə çıxarır. Müxtəlif təsrif formaları vardır: zamana, şəkil əlaməətlərinə və şəxsə görə dəyişir. Məsdər şəkilçisi qəbul edərək hərəkətin adını bildirir. Feli sifət şəkilçiləri ilə atributivlik, feli bağlama şəkilşiləri ilə adverbiallıq qazanır.

Fellər quruluşca sadə,düzəltmə və mürəkkəb olur. Sadə fellər ya bir kökdən, ya da kök və qrammatik şəkilçidən ibarət olur. Yaz, apar, aldı və s.

Düzəltmə fellər həm sadə, həm də düzəltmə sözlərə leksik şəkilçilər artırmaqla düzəlir. Adlardan fel düzəltmək üçün aşağıdakı şəkilçilərədən istifadə olunur: la², laş², lan², ar², al²

Feldən fel düzəltmək üçün , əsasən, aşağıdakı şəkilçilərədən istifadə olunur:ıl², dır², ış, iş, uş, üş, ın,in, un, ün, ıt, it, ut, üt, ır, ir, ur, ür və s.

Mürəkkəb fellər iki və daha artıq sözün birləşməsindən yaranır. Mürəkkəb fellər demək olar ki, bitişik yazılmır. Bir neçə söz istisnadır: sağollaş(maq), xudahafizləş(mək) və s.

Mürəkkəb fellər daha çox aşağıdakı yollarla yaranır:

1) Yaxın və ya əksmənalı fellərin birləşməsindən. Bu zaman, adətən, birinci fel ıb, ib, ub, üb şəkilçisi ilə işlənir: çalıb – oynamaq, atılıb – düşmək.


  1. Mürəkkəb fellərin başqa bir qismi etmək, eləmək, olmaq köməkçi fellərini digər nitq hissələrinə artırmaqla, eləcə də - a² (-ya²) şəkilçisi qəbul etmiş felə bilmək sözünü artırmaqla düzəlir: qohum olmaq, yaxşı olmaq, yaza bilmək və s.

Fellər hərəkətin icra edilib - edilmədiyinə görə təsdiq və inkarda olur. Hərəkətin icra edildiyini və ya ediləcəyini bildirən fellərə təsdiq fellər deyilir.məsələn, görüşdü, qorumaq, qaçanda.

Inkar fellər təsdiq fellərin kökünə və ya başlanğıc formasına -ma² şəkilçisi, bəzən də deyil inkar hissəciyi artırmaqla düzəlir; almalı, satmayacaq, qorxmayan və s.

Əgər fel özündən asılı olan, yəni idarə etdiyi sözün təsirlik halda olmasını tələb edirsə, belə fellərə təsirli fellər deyilir. Məsələn, şeiri əzbərləmək, tar çalmaq və s.

Əgər fel özündən asılı olan, idarə etdiyi sözün təsirlik halda olmasını tələb etmirsə, belə fellərə təsirsiz fellər deyilir. Məsələn ,pəncərədən baxmaq, divanda oturmaq.

Felin aşağıdakı qrammatik məna növləri vardır:


  1. məlum növ

  2. məchul növ

  3. qayıdış növ

  4. şəxssiz növ

  5. icbar növ

  6. qarşılıq – birgəlik növ

Məlum növ fellərdə işi görən qrammatik cəhətdən məlum olur. Məs: şəbnəm dərslərini oxudu. Qarabağı azad edəcəyik. Məlum növün xüsusi şəkilçisi yoxdur. Məlum növ fellər həm təsirli, həm də təsirsiz olur.

Məchul növ fellərdə subyekt məlum olmur. Bu növ təsirli fellərə -ıl, -il, -ul, -ül, -ın, -in,- un,- ün (-n) şəkilçiləri artırmaqla düzəlir. Məktub ünvana çatdırıldı. Divara mismar çalındı. Stollar işəri daşındı. Məchul növ fellər təsirlidən düzəlsə də, nəticədə təsirsiz olur.

Qayıdış növ fellərdə subyekt işi öz üzərində icra edir. Bu növdə subyekt və obyekt eyni şəxs olur. Məchul növdə olduğu kimi, qayıdış növ də təsirli fellərə -ıl, -ın, (-n) şəkilçiləri artırmaqla düzəlir. Sofi bu dəm geriyə çəkilsəydi, yaşamamalı idi. Bu zaman dünyanın görünməmiş bir hadisəsi baş verdi. Yaylığın ucları titrəyirdi, yellənirdi.

Şəxssiz fellər işlənən cümlənin mübtədası olmur. Onu bərpa etmək də qeyri – mümkündür. belə fellər təsirsiz fellərə ıl, ın şəkilçisini artırmaqla düzəlir və yenə də təsirsiz olaraq qalır: yeni bir arxiv sənədinə təsadüf edildi. Yenə əlyazmalara nəzər salındı. Şəxssiz fellər yalnız 3 – cü şəxsin təkində olur.

İcbar sözü ərəb sözü olub, məcbur sözü ilə eyni kökdəndir. Bu növ fellərdə işi nə hadisəni danışan, nə də haqında danışılan yox, başqa bir şəxs icra edir. Icbar növ fellər təsirli fellərə -dır, -t şəkilçilərini artırmaqla düzəlir, təsirli olaraq da qalır. Ölməsə, Əmir Teymur bu türbəyə biət eyləyəcək, onu dağıtdırmayacaqdı.

Qarşılıq – birgəlik növ fellərində hərəkətin icrası üçün ən azı iki subyekt iştirak etməlidir. İş ya qarşılıqlı şəkildə, ya da işi görənlərin hamısı tərəfindən birgə eyni vaxtda görülməlidir. bu növ fellər – ış, (- ş) şəkilçisi ilə düzəlir. Biz tez – tez görüşürük. Uşaqlar gülüşdülər.

Fellər şəxsə və kəmiyyətə görə dəyişib, dəyişməməsinə görə iki qrupa bölünür: 
1. Təsriflənən formalar
2. Təsriflənməyən formalar
Felin şəxsə və kəmiyyətə görə dəyişən formalarına felin təsriflənən formaları deyilir. Felin təsriflənən formalarına felin sadə və mürəkkəb şəkilləri daxildir.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin