Nöqtələr
◘“Cənnat” çoxağaclı bağlar və əkinlə örtülü torpaqlardır. “Məruş” dayağa ehtiyacı olan ağacdır. “Ukul” yeməli mənasını bildirir.
◘Uyğun surənin 99-cu ayəsində oxuyuruq: “Ağaclar bar verəndə ona diqqətlə baxın.” Bu ayədə oxuyuruq: “...Elə ki bar verdi, ondan yeyin.” Belə bir nəticəyə gəlmək olar ki, insan kor-koranə yeməməli, yeyərkən düşünməlidir.
◘İmam Baqir (ə) bu ayəni oxuduqdan sonra buyurdu: “Bir şəxs bağının bütün məhsulunu sədəqə verirdi və ailəsi ehtiyac içində yaşayırdı. Allah onun bu əməlini israf adlandırdı.”2
◘Bu ayə allahşünaslıq dərsini nemətlərdən məsrəf icazəsi, məhrum təbəqəyə əl tutmaq, onlara infaq, orta həddi gözləmək və ifrata varmamaqla yanaşı bəyan edir.2
◘İmam Sadiq (ə) bu ayə haqqında buyurmuşdur: “Əgər müsəlman tapılmasa, məhsulun haqqını fəqir müşrikə ödəyin.”3 Digər rəvayətdə buyurulur: “Məhsulun haqqı zəkatdan fərqli bir haqdır.”4
◘İmam Sadiq (ə) buyurmuşdur: “Meyvəni gecə yığmayın. Məhsulu gündüz yığın ki, fəqirlər də gəlib bir şey götürə bilsinlər.”5
“Nun vəl-qələm” surəsində oxuyuruq ki, Allah başqalarının görməməsi üçün məhsulu gecə yığanların bağını yandırar.”
Bildirişlər
1. Eyni torpaq və sudan çeşidli meyvələrin və əkin məhsullarının götürülməsi Allahın qüdrət nişanəsidir.
2. Allah məhsullarda Özü üçün haqq müəyyənləşdirmişdir.
(Bəli nur, hava, su, torpaq, güc, düşüncə, istedad hər biri Allahdandır və Onun hər şeydə haqqı var.)
3. İnfaq edərkən orta həddi gözləyin.
4. İslam orta dindir. Həm yersiz qadağanı qəbul etmir (ötən ayədə), həm də yersiz məsrəfi.
5. Məhrumların haqqını ödəmək maldan istifadə üçün şərtdir.
6. Məsrəf miqdarı israfın olmaması ilə məhdudlaşır.
7. Məhsul yığarkən məhrumlar haqqında düşünək.
8. Məhsulu elə bir vaxt yığaq ki, başqaları da gəlib ondan bəhrələnə bilsin.
9. Məhsul yığan zaman insanın infaq etməyə hazırlığı daha çox olur. Gəlin bu fürsəti əldən çıxarmayaq.
10. Kal meyvə yeməyin, hər meyvədən istifadə edin.
11. İsrafçı insan Allahın qəzəbinə gəlmişdir.
142. ﴿وَمِنَ الأَنْعَامِ حَمُولَةً وَفَرْشًا كُلُواْ مِمَّا رَزَقَكُمُ اللّهُ وَلاَ تَتَّبِعُواْ خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ﴾
“Dördayaqlılardan bəzisi yük daşıyan, bəzisi yük daşımayan və döşənəcək kimidir. (Yerə yaxındır. Onların yunundan və tükündən xalça üçün istifadə olunur.) Allahın sizə ruzi qərar verdiklərindən yeyin və şeytanın addımlarına tabe olmayın. Çünki o, sizin aşkar düşməninizdir.”
Nöqtələr
◘Ötən ayədə Allahın nemətlərindən olan əkinçilik məhsullarına işarə olundu. Burada heyvandarlıqdan və onun bəhrələrindən söhbət açılır.
◘«Fərş», «xalça», «döşənəcək» dedikdə qoyun kimi bədəni yerə yaxın olan, döşənəcəyə oxşayan dördayaqlılar nəzərdə tutulur. Onların yunundan və tükündən xalça hazırlanması da nəzərdə tutula bilər.
◘Bir çox təfsirçilər “Həmulə” sözünü yük daşıyan heyvan mənasında qeyd etmişlər. “Fərş” sözü isə yük daşımayan heyvanlar kimi təbir olunmuşdur.
Bildirişlər
1. Varlıq aləmi və onda olanlar insana ramdır.
2. Heyvanlara münasibətdə ümumi qanun, haramlıqlarına dəlil olmadıqda, onların istifadəyə halal olmasıdır.
3. Halal nemətlərin haram olunması şeytani addımlardandır.
4. Bu gün dünyada çox qövmlər arasında rəvac tapmış ət yeməmək və ətdən istifadənin qadağası haramdır və deyilənlərin bir nümunəsidir.
5. İstifadə etdiyimiz qidalara diqqətli olaq. Çünki şeytan Adəmə qarşı ilkin olaraq qidadan istifadə etdi.
6. Allahın süfrəsi arxasında Onun düşməninə itaət etməyək.
7. Şeytanın siyasəti birdəfəyə yox, tədrici azdırmadır.
143. ﴿ثَمَانِيَةَ أَزْوَاجٍ مِّنَ الضَّأْنِ اثْنَيْنِ وَمِنَ الْمَعْزِ اثْنَيْنِ قُلْ آلذَّكَرَيْنِ حَرَّمَ أَمِ الأُنثَيَيْنِ أَمَّا اشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ الأُنثَيَيْنِ نَبِّؤُونِي بِعِلْمٍ إِن كُنتُمْ صَادِقِينَ﴾
“Allah (o heyvanlardan) səkkiz cift yaratdı: (erkək və dişi olmaq üzrə bir cüt qoyun və bir cüt keçi). De ki: «Allah iki erkəyi, yoxsa iki dişini, yaxud da iki (müxtəlif cinsli) dişinin qarınlarındakı balaları haram etdi? Əgər (Allahın nəyi halal, nəyi haram buyurduğu barədəki) iddialarınız doğrudursa, bir biliyə əsaslanaraq (bu haqda) mənə xəbər verin!»”
144. ﴿وَمِنَ الإِبْلِ اثْنَيْنِ وَمِنَ الْبَقَرِ اثْنَيْنِ قُلْ آلذَّكَرَيْنِ حَرَّمَ أَمِ الأُنثَيَيْنِ أَمَّا اشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ الأُنثَيَيْنِ أَمْ كُنتُمْ شُهَدَاء إِذْ وَصَّاكُمُ اللّهُ بِهَـذَا فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللّهِ كَذِبًا لِيُضِلَّ النَّاسَ بِغَيْرِ عِلْمٍ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ﴾
“Dəvədən iki zövc (erkək və dişi), inəkdən iki zövc (erkək və dişi) sizin üçün halal etmişdir.) De ki, Allah bu iki şeyin erkəklərini, yoxsa dişilərini haram etmişdir? Bəlkə qarınlarında olanı? Yoxsa Allahın sizə bu ətləri haram etdiyinə şahid olmusunuz?! Allaha iftira qoşub Onun adından yalan danışandan zalımı kimdir ki, nadanlıq üzündən xalqı azdırsın? Şübhəsiz, Allah zalım qövmü hidayət etməz.”
Nöqtələr
◘Dişi və erkək həm birlikdə, həm də ayrı-ayrılıqda “zövc” adlandırılır. Bu ayədə onların hər biri ayrılıqda «zövc» adlandırılmışdır. «Səkkiz zövc» dedikdə dörd erkək, dörd dişi nəzərdə tutulur. Onlardan dördünün adı 143-cü, dördünün də adı 144-cü ayədə çəkilir. “Nəcm” surəsinin 46-cı ayəsində də “zövc” kəlməsi işlədilmişdir. Orada da uyğun söz tək hala aiddir.
◘“Zumər” surəsinin 6-cı ayəsində səkkiz erkək və dişi heyvanın yaranışı insanın yaranışı ilə yanaşı bəyan olunmuşdur.
Olsun ki, adı çəkilən heyvanlar məsrəf üçün daha üstün olduğundan məhz onların adı qeyd olunmuşdur (qoyun, keçi, dəvə, inək).
◘Bəzi rəvayətlərdə 16 zövc təbiri qeyd olunmuşdur. Orada uyğun dörd heyvanın həm əhliləşmiş, həm də vəhşi növü nəzərdə tutulur. İmam Hadi (ə) buyurmuşdur: “Gomuş vəhşi inək növüdür.”1
Dostları ilə paylaş: |