Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə66/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   62   63   64   65   66   67   68   69   ...   76

Bildirişlər


1. Haqqın qəbulu insandan tutum və daxili hazırlıq tələb edir.

2. Şərhe-sədr ilahi nemətdir.

3. Fitrət və əql yolundan çıxmaq ruh üçün sıxıntı amilidir.

4. Azğınlar zahirdə özlərini xoşbəxt göstərsələr də, əslində böyük sıxıntı içindədirlər.

5. Hövsələsizlik və tutumsuzluq bir növ ruhun çirkinliyidir.

6. Haqqa iman gətirməyən kəs tədricən çirkaba batar.


126. ﴿وَهَـذَا صِرَاطُ رَبِّكَ مُسْتَقِيمًا قَدْ فَصَّلْنَا الآيَاتِ لِقَوْمٍ يَذَّكَّرُونَ

Bu yol sənin Rəbbinin doğru və düz yoludur. Şəksiz, Biz Öz ayələrimizi öyüd götürən qövm üçün müfəssəl bəyan etmişik.”


Nöqtələr


◘Ayədəki “haza”, yəni “bu” əvəzliyi ötən ayədə zikr olunmuş “İslam” sözünə işarə ola bilər.

Bildirişlər


1. Allahın yolundan savay bütün yollar uçuruma aparır.

2. Xatırlatma və diqqəti cəlb etmək üçün təhsil, çeşidlilik və təkrar lazımdır.

3. Allah hamı üçün höccəti, dəlilləri tamamlamışdır. İnsanlar diqqət yetirsələr, haqqın ayə və nişanələri müxtəlif bəyanlarla aydınlaşdırılmışdır.

4. İlahi xatırlatmalara daimi diqqət doğru yola çıxmaq vasitəsidir.


127. ﴿لَهُمْ دَارُ السَّلاَمِ عِندَ رَبِّهِمْ وَهُوَ وَلِيُّهُمْ بِمَا كَانُواْ يَعْمَلُونَ

Rəbbinin yanında salamatlıq sarayı yalnız onlar üçündür. Allah yerinə yetirdikləri əməllərin mükafatı olaraq onlara qəyyum, arxa və dostdur.”


Bildirişlər


1. Behiştdə düşmənçilik, rəqabət, həsrət, böhtan, həsəd, kin-küdurət, yalan, qəm-qüssə, hər növ ölüm, xəstəlik və yoxsulluqdan əsər belə yoxdur.

2. Əmniyyət və salamatçılıqdan da üstün nemət Allahın məxsus lütfünün kölgəsində olmaqdır.

3. Doğru yolda olanların işlərini Allah Öz öhdəsinə götürmüşdür.

4. Yalnız əməl sayəsində ilahi vilayətə çatmaq olar.


128. ﴿وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًا يَا مَعْشَرَ الْجِنِّ قَدِ اسْتَكْثَرْتُم مِّنَ الإِنسِ وَقَالَ أَوْلِيَآؤُهُم مِّنَ الإِنسِ رَبَّنَا اسْتَمْتَعَ بَعْضُنَا بِبَعْضٍ وَبَلَغْنَا أَجَلَنَا الَّذِي أَجَّلْتَ لَنَا قَالَ النَّارُ مَثْوَاكُمْ خَالِدِينَ فِيهَا إِلاَّ مَا شَاء اللّهُ إِنَّ رَبَّكَ حَكِيمٌ عَليمٌ

(Xatırlayın,) o gün ki, Allah onların hamısını toplayar, (sonra cinlərə xitab edərək buyurar:) Ey cin qövmü! İnsanlardan xeyli (ardıcıl) tapdınız.” Onların bəşər nəslindən olan dostları deyər: “Pərvərdigara! Biz insanlar və şeytanlar bir-birimizdən bəhrələndik. İndi də bizim üçün müəyyənləşdirdiyin aqibətə çatmışıq.” Allah buyurar: “Yeriniz atəşdir və həmişə onda qalacaqsınız. Yalnız Allah istəsə, (sizdən bir dəstəni bağışlasın,) elə olmaz. Həqiqətən, sənin Rəbbin hikmət sahibi və biləndir.”


Nöqtələr


◘Ötən ayələrdə şeytanların işlərinə və onların vəsvəsələrinə işarə olundu. Bu ayədə isə şeytanların vəsvəsəsini qəbul edənlərin aqibəti və cəhənnəm haqqında danışılır. Quran buyruğuna görə, şeytan cin nəslindəndir. Xalqı azdıran cin elə şeytanın özüdür.

Bildirişlər


1. Öz işimizin sonunu düşünək. (Hansı ayənin əvvəlində “yovm”, yəni gün sözü işlənirsə, məqsəd belə bir günü xatırlamaqdır.)

2. Cin də insan kimi vəzifəli və azaddır. Ona da xitab olunur, o da məzəmmət edilir, ona da mükafat və ya cəza verilir.

3. Şeytan bir dəstəni azdırmaqla kifayətlənmir. O, çoxlarını yoldan çıxarmışdır.1

4. Qiyamət mühakiməsi aşkardır.

5. Azdıran cinin qiyamət məzəmməti qarşısında deməyə sözü yoxdur. Yalnız onun insanlardan olan ardıcılları danışır.

6. İnsanların və cinin bəhrələnməsi qarşılıqlıdır.

7. Qiyamətdə insanlar və cin bir yerdə toplanıb məhşur olar.

8. Şeytanın vəsvəsələrinə ardıcıllıq insanı tədricən onun hakimiyyəti altına salar.

9. Azğınların cəzaları fərqlidir. Odda qalmaq Allahın iradəsindən asılıdır.

10. İlahi məhkəmənin hökmləri elm və hikmətə əsaslanır.


129. ﴿وَكَذَلِكَ نُوَلِّي بَعْضَ الظَّالِمِينَ بَعْضًا بِمَا كَانُواْ يَكْسِبُونَ

Beləcə bəzi zalımları etdikləri işə görə bəzilərinə hakim edirik. (Cəza olsun deyə.)”


Nöqtələr


◘127-ci ayədə oxuduq ki, doğru yol seçənlərin qəyyumu yalnız Allahdır. Bu ayədə isə bəzi insanlara onların əməllərinə görə zalımların rəhbər təyin olunduğu xəbər verilir.

◘Rəvayətlərə əsasən, əmr be məruf və nəhy əz münkəri tərk edənlərin, xüms və zəkat ödəməyənlərin, zalımlara kömək göstərənlərin cəzaları zalımların onlara hakim qərar verilməsidir.2 Hədisdə oxuyuruq: “Əgər Allah bir qövmün işindən razı olsa, onların işini yaxşılara tapşırar. Əgər narazı olsa, onların işinə pislər rəhbərlik edər.”3


Bildirişlər


1. Şeytanlar insanlara hakim olduğu kimi, bəzi zalımlar da insanlara eyni cür hakim olur.

2. Haramdan istifadə zalım hakimlərin batil hökuməti üçün zəmindir.

3. Təkcə hakimlər zalım deyil. Həm də qorxaq, səsini çıxarmayan, əyyaş məhkumlar da zalımdırlar.

4. Zalımların hakimiyyətə çatmasının səbəbi xalqın rəftarıdır.


130. ﴿يَا مَعْشَرَ الْجِنِّ وَالإِنسِ أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِّنكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آيَاتِي وَيُنذِرُونَكُمْ لِقَاء يَوْمِكُمْ هَـذَا قَالُواْ شَهِدْنَا عَلَى أَنفُسِنَا وَغَرَّتْهُمُ الْحَيَاةُ الدُّنْيَا وَشَهِدُواْ عَلَى أَنفُسِهِمْ أَنَّهُمْ كَانُواْ كَافِرِينَ

(Qiyamətdə onlara deyilər:) «Ey cin və ins (insan) qövmü! Ayələrimizi sizə oxumaq və sizi bu günkü görüşlə qorxutmaq üçün özünüzdən olan peyğəmbərlər göndərmədikmi?» Deyərlər: “Biz özümüzə qarşı şəhadət veririk.” Dünya həyatı onları aldatdı və özlərinə şahid durdular ki, kafir olmuşlar.”


Nöqtələr


◘Quran ayələrindən məlum olur ki, həzrət Məhəmməd (s) həm də cinlər üçün göndərilmişdi. Onlar da Quranı anlayır və bəziləri iman gətirirdilər.1 Bəzi təfsirçilərin nəzərincə (Alusi, Qurtubi, Təbərsi, Seyyid Qütb), cinlərin peyğəmbərləri vəhyi insanların peyğəmbərləri vasitəsi ilə əldə edirdilər. Çünki «rəsul» sözü insandan qeyrisinə də deyilə bilər.2

◘Bu ayədə kafirlərin iki etirafı bəyan olunur. Bunlardan biri peyğəmbərlərin gəlişinin etirafı, ikincisi onların öz küfrlərinin etirafıdır.

◘Qiyamətdə müxtəlif dayanacaqlar var. Bəzi məqamlarda kafirlər öz küfrlərini inkar edir,3 bəzi məqamlarda isə qiyamətin qaçılmaz olduğunu anlayıb günahlarını etiraf edirlər.


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin