Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə75/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   71   72   73   74   75   76   77   78   ...   94

Nöqtələr


◘Xeybər döyüşdən sonra Həzrət Peyğəmbər (s) Üsamə ibn Zeydi müsəlmanlardan bir dəstəsi ilə Fədək kəndlərindən birindəki yəhudilərin üstünə göndərdi. Onlar yəhudiləri ya İslama, ya da zimmə şərtlərini qəbul etməyə dəvət etməli idilər. İslam qoşununun gəlişindən xəbər tutan Mirdas adlı bir yəhudi var-dövlətini və ailəsini bir dağda gizlətdi. Sonra da tövhid və nübüvvətə şəhadət verən halda müsəlmanların pişvazına çıxdı. Üsamə həmin yəhudinin qorxudan belə etdiyini güman edib onu öldürdü və mal-mülkünü qənimət kimi götürdü. Həzrət peyğəmbər müsəlmanlığı qəbul etmiş bir şəxsin qətlə yetirilməsindən narahat oldu.

◘Cihadda maddi təmənnalar və qənimət əldə olunması məqsədi məzəmmət olunmuşdur. İnqilabi hərəkət adı altında tələsik qərar çıxarmaq və araşdırmadan kimsəni öldürmək tənqid edilmişdir.

◘“Siz də əvvəl belə idiniz” cümləsindən aydın olur ki, siz də əvvəllər zahirdə müsəlman olmuşdunuz. Belə bir nöqtə də nəzərdə tutula bilər ki, (“Əl-Mizana” əsasən) siz də cahiliyyət dövründə qənimət uğrunda savaşırdınız və İslam bu amili aradan qaldırdı.

◘«İslamın izharı» dedikdə, şəhadət kəlmələrinin deyilməsi nəzərdə tutula bilər. Burada həm də İslamın qəbulu yox, atəşkəs və sülh təklifi mənası da düşünülür. Bu halda ayənin mənası belə olur: Savaşdan çəkinib təslim olduğunu bildirənə deməyin ki, «sən dediyinə inanmırsan, yalan deyirsən.» Qarşı tərəfin iddiasını qənimət əldə etmək məqsədi ilə inkar etdib onu qətlə yetirmək caiz deyil.1

◘Ayənin sonundakı “araşdırın” göstərişi cahiliyyət tarixinin araşdırmasına işarə ola bilər. Müsəlmanların nəzərinə belə bir məna çatdırıla bilər ki, İslamdan qabaq siz də dünya malı üstə savaşırdınız. Belə ki, tarixi araşdırın və İslamın necə inkişaf etdiyini görün, beləliklə İslamı təzə qəbul edənlərdən böyük tələbləriniz olmasın.2

Bildirişlər


1. Cihad düşmənin vəziyyəti və məqsədləri haqqında məlumatlara əsaslanmalıdır.

2. İslamı qəbul etdiyini deyənləri qoynunuza alın.

3. Cihad cəbhəsində gücünüzdən sui-istifadə etməyin.

4. Başqalarına dinsizlik damğası vurmaq, tələsik halda insanları küfrdə ittiham etmək qadağandır.

5. Biz insanların batini yox, zahiri əsasında rəftar etməliyik. Əgər qarşı tərəfin dediyini qəbul etmiriksə, dərhal rədd etmək də olmaz.

6. Elə düşünməyin ki, yalnız bir şəxsin iddiasının qəbulu üçün dəlil lazımdır. Bu iddianı rədd etmək üçün də dəlilə ehtiyac var.

7. Maddi məqsədlərlə başqalarını küfrdə suçlamayın.

8. Döyüşlərdə maddi məqsədləri kənara qoyun. Cihadın müqəddəsliyini qənimət tamahı ilə sındırmayın.

9. Canını ovcunda tutmuş mücahidlər də dünya cazibələrindən xilas ola bilmirlər.

10. Cihadda məqsəd başqalarını İslama gətirməkdir, qənimət əldə etmək yox! Qənimət xatirinə başqalarını dinsizlikdə suçlamayın.

11. Cihadda niyyəti maddi rənglərdən qorumaq çox mühümdür.

12. Dünya ötəri, davamsızdır.

13. Mömin mücahidin əxlaqı zöhd və dünyaya etinasızlığa əsaslanmalıdır.

14. Araşdırmamış, tələsik addım atmayın. Allah maddi problemləri həll edər.

15. İlahi mükafatlar haqqında düşüncə insanın nəzərində dünyanı kiçildir.

16. Maddi nemətləri də Allahdan istəyin.

17. İnsan fitrətən maddi mənafelər sorağındadır. Bu ehtiyac bir yolla ödənməlidir. Yaxşı olar ki, üstün dəyərləri tanımaqla, fitri meyllərə istiqamət verməklə ruhumuzu cüzi və dəyərsiz faydalar uçurumuna süqut etməkdən qoruyaq.

18. Dünyapərəstlik cahillik xüsusiyyətidir.

19. Özünüzü başqalarının yerinə qoyub, sonra mühakimə yürüdün. Siz də bir gün qarşınızdakı kimi geridə idiniz.

20. İmanınıza görə qürrələnməyin. Bu iman Allahdandır.

21. İlahi hidayətlər Allahın bizə olan minnətidir.

22.Nemətlər verildikcə məsuliyyət də artır.

23. Nahaq qətlin təhlükə və zərəri düşmənlər tərəfindən nifaq və qənimətləri itirmək təhlükəsindən və zərərindən daha böyükdür. Xalqın malını, canını və şəxsiyyətini qorumağı öhdəsinə götürənlər ehtiyatlı olmalı, dəqiq araşdırma aparmalıdırlar.

24. Nə tez inanan olun, nə də inkarçı.

25. Döyüş meydanlarında günahsızların da qətlə yetirilməsi şəraiti böyük olur. Ağıl və hövsələ ilə bu işdən çəkinin. Hissə qapılmayın. Allah agah və görəndir.


95. ﴿لاَّ يَسْتَوِي الْقَاعِدُونَ مِنَ الْمُؤْمِنِينَ غَيْرُ أُوْلِي الضَّرَرِ وَالْمُجَاهِدُونَ فِي سَبِيلِ اللّهِ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فَضَّلَ اللّهُ الْمُجَاهِدِينَ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ عَلَى الْقَاعِدِينَ دَرَجَةً وَكُـلاًّ وَعَدَ اللّهُ الْحُسْنَى وَفَضَّلَ اللّهُ الْمُجَاهِدِينَ عَلَى الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا

Heç bir üzr olmadan cihaddan geri çəkilən möminlər öz malı və canı ilə Allah yolunda cihad edən mücahidlərlə eyni deyil. Allah malı və canı ilə cihad edənləri (döyüşdən) geri oturanlardan bir dərəcə üstün etmişdir. Allah bütün möminlərə daha yaxşı vəd vermişdir. Amma Allah mücahidləri evdə oturanlardan böyük bir mükafatla üstün qərar vermişdir.”


Nöqtələr


◘Cihad cəbhəsinə getməyənlər bir neçə dəstədir:

İmansız münafiqlər, qorxaq müsəlmanlar, rifahtələblər, şəkkaklar, himmətsizlər. Cəbhədən çəkinənlərin bir qismi deyir: “Biz malımız, sözümüz, qələmimiz, duamızla mücahidləri himayə edirik.” Onlar cihadı hamıya vacib saymırlar. Ayə son qrup haqqında bəyanatla başa çatır və onlar tənqid olunurlar. Çünki digər qruplar başqa məqamlarda, çoxsaylı bəyanatlarla şiddətlə tənqid olunmuşlar. Onların heç bir dərəcəsi yoxdur ki, mücahidlər onlardan bir dərəcə üstün olalar.

◘Rəvayətdə deyilir ki, xəstəlik səbəbindən savaşa qatılmayanlar, amma qəlbləri mücahidlərlə döyünənlər cihadda onlarla bərabər savaba malikdirlər.1

◘Ayə “kifayi” vacib əmələ aiddir.”(Kifayi vacib əməl odur ki, bir qismin həmin işə qatılması ilə ehtiyac aradan qaldırılsın və qalan hissənin bu işə qatılmasına ehtiyac qalmasın.) Əgər cihad “eyni” vacib (hamıya vacib) olsaydı, bu işə qatılmayanlar xilafkar kimi tanıtdırılardı.



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin