Мөһсин Гираәти



Yüklə 3,08 Mb.
səhifə31/81
tarix22.10.2017
ölçüsü3,08 Mb.
#11266
1   ...   27   28   29   30   31   32   33   34   ...   81

Bildirişlər


1. Allahın öz əhdinə vəfa şərti möminlərin ilahi hədləri gözləməsidir.

2. Cəbhədə kiçik cihad üçün böyük cihad və özünütərbiyə lazımdır.

3. İslam hərtərəfli bir dindir. Göz yaşları qılınc, ibadət və səyahətlə müşayiət olunur.

4. Kamilliklərin insanda xasiyyətə çevrilməsi bir tələbdir.

5. İslam döyüşçülərinin ruhiyyəsi Allahın zikri və ibadətlə güclənir. Şərab, musiqi və bu kimi başqa işlər həmin ruhiyyəyə ziddir və düşmən cəbhəsinə aiddir.

6. İbadətlərin qəbulu üçün günahlardan tövbə etmək lazımdır.

7. Hərəkət, səy, hicrət, özünütərbiyə kamillik və Allaha yaxınlıq yolunda bir dəyərdir.

8. İslam döyüşçüsü namaz və ibadət əhli olmalıdır.

9. Kamillik yolunda öncə fərdin, sonra cəmiyyətin islahı gəlir.

10. Sərhədlərdə düşmənlə savaş daxili fəsadları nəzərimizdən qaçırmasın.

11. İlahi hədlərin hifzi üçün həm xarici düşmən, həm də daxili fəsadlarla mübarizə aparmaq lazımdır.

12. İctimai fəsadların qarşısının alınmasında döyüşçülər daha çox məsuliyyət daşıyırlar.


Ayə 113:

﴿مَا كَانَ لِلنَّبِيِّ وَالَّذِينَ آمَنُواْ أَن يَسْتَغْفِرُواْ لِلْمُشْرِكِينَ وَلَوْ كَانُواْ أُوْلِي قُرْبَى مِن بَعْدِ مَا تَبَيَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَابُ الْجَحِيمِ﴾

Yaxşı deyil ki, peyğəmbər və ona iman gətirən kəslər müşriklərin cəhənnəm əhli olduğunu bildikdən sonra onların bağışlanmasını istəyələr–hətta qohumları da olsa!”



Nöqtələr


◘Bəzi təfsirçilər əsassız rəvayətlərə istinad edərək bu ayənin Əbu-Talib haqqında olduğunu bildirmişlər. Halbuki Əbu-Talibin iman gətirməsi barədə xeyli dəlil və rəvayət var. Ayənin Əbu-Talib haqqında olmasını bildirən rəvayət Həzrət Əlinin (ə) düşməni Səid ibn Musəyyib tərəfindən nəql olunmuşdur. Həzrət Əlinin (ə) atası olması Əbu-Talibi qınaq hədəfinə çevirmişdir!

Bildirişlər


1. Qanun qarşısında hamı, o cümlədən Peyğəmbər (s) və digər müsəlmanlar bərabərdirlər.

2. Şirk bağışlanmayan günahdır. Hətta Peyğəmbərin (s) də istiğfarı (bağışlatdırma istəyi) bu sahədə səmərəsizdir.

3. Əqidə bağlılığı hiss bağlılığından mühümdür. Qohumluq hissləri əqidə hisslərinə üstün gəlməməlidir.

4. Peyğəmbərlə qohumluq insanı cəhənnəmdən qorumur.


Ayə 114:

﴿وَمَا كَانَ اسْتِغْفَارُ إِبْرَاهِيمَ لِأَبِيهِ إِلاَّ عَن مَّوْعِدَةٍ وَعَدَهَا إِيَّاهُ فَلَمَّا تَبَيَّنَ لَهُ أَنَّهُ عَدُوٌّ لِلّهِ تَبَرَّأَ مِنْهُ إِنَّ إِبْرَاهِيمَ لأوَّاهٌ حَلِيمٌ﴾

İbrahimin öz atasının bağışlanmasını istəməsi yalnız ona verilmiş vədə görə idi. Allaha düşmən olduğunk bildikdən sonra ondan üz döndərdi. Həqiqətən, İbrahim (Allah qorxusundan) nalə çəkən və həlim idi.”


Nöqtələr


◘Ötən ayədə bildirildi ki, Peyğəmbər və möminlər qohumları olsa belə, müşriklərə dua edə bilməzlər. Bu ayədə isə İbrahimin öz müşrik əmisinə etdiyi duanın sirri açıqlanır və bildirilir ki, ona istiğfar vədi verilmişdi.1 Ayədə İbrahimin öz əmisinin doğru yola gələcəyinə ümidli olduğu qeyd edilir. Amma əmisi şirk halında öldükdən sonra İbrahim istiğfarı tərk etdi.

Sual: Nə üçün həzrət İbrahim əmisinin ölümündən sonra da ona dua edirdi?2



Cavab: Həqiqi ata “valid” adlanır. “Əb” dedikdə isə ata, müəllim, əmi, qaynata, baba da nəzərdə tutula bilər. İbrahim müşrik əmisinə yox, həqiqi atasına dua edirdi.

Quranın 11 ayəsində İbrahimin əmisi “əb” təbiri ilə yad edilir ki, İbrahimin kimin himayəsində olması anlaşılsın. Amma İbrahim bu şəxsin təsiri altına düşməmişdir.

İmam Sadiq (ə) buyurmuşdur: “İbrahim dua əhli və çox ağlayan olmuşdur.”2

Bildirişlər


1. Allah övliyalarına bədgümanlığa səbəb olan hər şey aradan götürülməli və düzgün izah verilməlidir.

2. Kafirə münasibətdə də əhdə vəfa lazımdır.

3. Peyğəmbərlərin elmi məhduddur.

4. Kafirlərin tünd rəftarı qarşısında öz həlimliyimizdən əl çəkməyək. (İbrahimin əmisi onu daşqalaq etməklə hədələyirdi. İbrahim isə səbirli idi.3

5. Allaha xatir əmidən üz döndərmək İbrahimin Allaha eşqi və Onun qarşısında təvazö nişanəsidir.
Ayə 115:

﴿وَمَا كَانَ اللّهُ لِيُضِلَّ قَوْمًا بَعْدَ إِذْ هَدَاهُمْ حَتَّى يُبَيِّنَ لَهُم مَّا يَتَّقُونَ إِنَّ اللّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ﴾

Allah bir qövmü hidayət etdikdən sonra, çəkinməli olduqlarını bəyan etməmiş haqq yoldan çıxarmaz. Şübhəsiz, Allah hər şeyi biləndir.”


Nöqtələr


◘Ayə ya müsəlman olduqdan sonra vəzifələri ilə tanış olmamış dünyadan gedənlərin halını bəyan edir, ya da ötən ayəyə, xəbərdarlığa biganə qalan Allah düşmənləri ilə düşmənçiliyə çağırır. Ayə müşriklər üçün istiğfar qadağan olunmamış onların bağışlanmasını istəyənlərin nigarançılığını aradan qaldırma məqsədi də daşıya bilər.

◘İmam Riza (ə) buyurmuşdur: “Allah imama vacib etmişdir ki, öz ölümünü gözlədikdə növbəti məsum imamı xalqa tanıtdırsın.” Sonra imam həmin bu ayəni tilavət etmişdir.4




Bildirişlər


1. İlahi hədlərə riayət etmədiyimiz halda azmaq təhlükəsi ilə üzləşə bilərik.

2. Allah Onun hidayətinə etinasızlığın cəzası olaraq azdırır. Allah göstərişləri ilə bilərəkdən müxaliflik insanı ilahi hidayətdən məhrum edir.

3. Allah haqqı aydınlaşdırmamış, höccəti tamamlamamış cəzalandırmır.

4. İlahi hidayət kamildir. Xoşbəxtlik vasitələri göstərilməklə yanaşı təhlükə amilləri də açıqlanır. İmam Sadiq (ə) buyurmuşdur: “Allah Öz razılıq və qəzəb səbəblərini xalqa bildirir.”1

5. Allahın bütün qadağaları Onun elm və hikmətindən qaynaqlanır.
Ayə 116:

﴿إِنَّ اللّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ يُحْيِـي وَيُمِيتُ وَمَا لَكُم مِّن دُونِ اللّهِ مِن وَلِيٍّ وَلاَ نَصِيرٍ﴾

Həqiqətən, göylərin və yerin hakimiyyəti yalnız Allahındır. Dirildir, öldürür. Sizin Allahdan savay haminiz və yardımçınız yoxdur.”



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin