Cümə namazı vacib olsa da, insan qeyb dövründə cümə namazı və ya günorta namazı qıla bilər.
Cümə namazı iki rəkətdir və hökmən camaatla birlikdə qılınmalıdır. Namazdan öncə iki xütbə oxunması vacibdir. Xütbə oxuyan şəxs təqvaya çağırışla yanaşı müsəlmanların ictimai-siyasi məsələlərini də açıqlamalıdır.
Cümə namazının vaxtı günortanın başlanğıcından azandan bir saat sonrayadəkdir. Bundan gec məsləhət görülmür.
Cümə namazının təşkil olması üçün ən azı beş nəfər lazımdır. İki cümə namazı arasında fasilə bir fərsəxdən az olmamalıdır. Cümə namazının xütbələrinə qulaq asmaq vacibdir. Üzr olmadan camaat namazında iştirak etməmək nifaq nişanəsidir. İmam-cümənin birinci rəkətdə həmddən sonra “Cümə” surəsini, ikinci rəkətdə “Munafiqun” surəsini oxuması daha yaxşıdır.
Allahın rəsulu (s) buyurur: “Allah “Cümə” surəsi ilə mö’minləri əziz etmişdir. Buna görə Peyğəmbər (s) müjdə olaraq cüməni sünnə etmiş və münafiqləri danlamaq üçün “Munafiqun” surəsini oxumağı lazımlı bilmişdir.”1
Dostları ilə paylaş: |