Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,03 Mb.
səhifə97/146
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#108480
1   ...   93   94   95   96   97   98   99   100   ...   146

“TÖVHİD” SURƏSİ


“Bismillahir-rəhmanir-rəhim; qul huvəllahu əhəd; əllahus-səməd; ləm yəlid və ləm yuləd; və ləm yəkulləhu kufuvən əhəd.”

“De ki, O Allah birdir; Allah möhtac deyil; O nə doğmuş, nə də doğulmuşdur; Onun heç bir tayı-bərabəri, bənzəri yoxdur.”

Həmişəki kimi surə Allahın adı ilə başlayır. “Tövbə” surəsindən başqa bütün surələr “Bismillah” kəlməsi ilə başlanır və bu kəlmə surənin ayələrindən hesab olunur. “Tövbə” surəsinin mahiyyəti kafirlərə nifrətdən ibarət olduğu üçün “Bismillah” kəlməsi ilə başlanmır. Çünki “bismillah” nifrət, sifəti ilə uyğun gəlmir.

Allahın adıyla başlamaq işlərə ilahi məqsəd və ilahi rəng vermək üçündür. Bu nöqtə İslamın tərbiyəvi proqramındakı nöqtələrdəndir. Bütün işlərin başlanğıc və sonu Allahı düşünməklə yanaşı olmalıdır. Hətta heyvanların kəsilməsi!

Bismillahsız iş naqisdir. Bə’zən Allahı unutmaq acı hadisə ilə nəticələnir. Bir nəfər taxta oturarkən yıxıldı, qıçı sındı, başı yarıldı. Həzrət Əli (ə) buyurdu: “Bu acı hadisə “Bismillah” demədiyi üçün oldu.”1

“Tövhid” surəsi Allahın təkliyini bəyan edir. Allah bütün cəhətlərdən tək və oxşarsızdır. Çünki Onun vücudu və sifətləri sonsuzdur. Sonsuz vücud isə birdən artıq ola bilməz. Əgər sonsuz sahəli ev tikilərsə başqa evlər üçün yer qalmaz.

Allah bütün cəhətlərdən təkdir;

Yaratmaqda təkdir: “Allah hər şeyin xaliqidir.”2

Rəblikdə təkdir: “Allah hər şeyin Rəbbidir.”3 Hakimiyyətdə təkdir: “Göylərin və yerin hökmü Allaha məxsusdur.”4 Kömək etməkdə təkdir: “...Əli hər yerdən üzülüb darda qalan bir kimsə Ona dua etdiyi zaman duasını qəbul buyuran...”5

Bir sözlə, Allah bütün sifətlər baxımından oxşarsızdır.

O “səməddir” (ehtiyacsızdır.) O ehtiyacsızdır, hamı Ona möhtacdır və gözünü Ona dikmişdir. “Səməd”dir, yə’ni yemək, yatmaq, dəyişmək, şəriklik, fəsad, qəflət, yorğunluq, doğmaq, doğulmaq, qorxu və sair bu kimi xüsusiyyətlərdən uzaqdır.1

Həzrət Əli (ə) buyurur: “Səməd” dedikdə cismi, oxşarı, forması olmayan, zaman və məkan məhdudiyyətlərindən uzaq, nə boş, nə də dolu olan varlıq nəzərdə tutulur.2

“Ləm yəlid və ləm yuləd.”

“O, nə doğmuş, nə də doğulmuşdur!”

O heç nədən qaynaqlanmır və heç bir şey Onun müqəddəs zatının bir hissəsi deyil. Ağacdan ayrılan meyvə və ya bulaqdan qaynayan su damcısı kimi deyil. Bu cümlə İsa (ə) və Üzeyiri Allahın övladı bilən məsihi və yəhudilərin, yaxud mələkləri Allahın qızları hesab edən müşriklərin əqidələrini inkar edir.

“Vələm yəkulləhu kufuvən əhəd.”

“Onun heç bir tayı-bərabəri, bənzəri yoxdur.”

O işlərində, sifətlərində və zatında oxşarsızdır. “Ona bənzər heç bir şey yoxdur.”3



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin