Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri


Mövzu 4 : Azərbaycan dilinin üslublar sistemi



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə20/93
tarix24.09.2023
ölçüsü6,67 Mb.
#129334
1   ...   16   17   18   19   20   21   22   23   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Mövzu 4
:
Azərbaycan dilinin üslublar sistemi. 
İcmal:



1. Üslubi normalar üçün əsas ölçü: düzgünlük, dəqiqlik, məntiqilik, ardıcıllıq və 
estetiklik.
2. Daha səciyyəvi üslub səhvləri: üsluba müvafiq olmayan dil vahidlərinin 
işlədilməsi;
3. Ağır, uğursuz metaforaların işlədilməsi; leksik çatışmazlıq;
4. Leksik artıqlıq; ikimənalılıq.
5. Epstolyar üslub. 
 






















Metafor
(q.yun. μεταφορά — «köçürmə») — Metafor bir əşya, varlıq və hadisəyə 
məxsus əlamətin başqa bir əşya, varlıq və ya hadisə üzərinə köçürülməsi yolu ilə 
yaranir. 
Metaforu təşbehlə (bənzətmə ilə) qarışdırmaq olmaz. Hər ikisi müqayisə, bənzətmə 
əsasında yarandığı üçün bəzən onları fərqləndirmək çətin olur. Yadda saxlamaq 
lazımdır ki, təşbehdən fərqli olaraq metaforada qarışdırılan tərəflərdən biri iştirak 
etmir. Məsələn, "Üzü günəş kimi işıq saçan qızım susmasın" cümləsində üzün 
günəşə bənzədilməsi ilə təşbeh yaradılmışdır. Həmin cümləni "Günəşim susmasın" 
şəklinə salsaq metafor yaranacaq. "Günəş" sözü bütöv cümlədəki başlıca fikri ifadə 
etməklə metafora çevrilir. İnsana, canlıya aid olan əlamətin cansızların, təbiətin 
üzərinə köçürülməsi yolu ilə yaranan metaforlar bədii ədəbiyyatda çoxluq təşkil 
edir. Aşıq Ələsgərin "Dağlar" qoşmasının aşağıdakı misralarında işlənən 
metaforlar bu baxımdan çox səciyyəvi olub şeirə xüsusi gözəllik, təravət vermişdir: 
Ağ xələt bürünər, zərnişan geyməz, 
Heç kəsi dindirib keyfinə dəyməz, 


Sərdara söz deməz, şaha baş əyməz, 
Qüdrətdən səngərli, qalalı dağlar. 
Metafor
– bədii təsvir vasitəsi olub 
köçürmə
anlamındadır. Metaforda müəyyən 
əşyanın əlaməti müqayisə əsasında digər əşyanın üzərinə köçürülür. 
Məsələn, 
təbiət oyandı
metafordur, burada insana aid olan əlamət təbiətin üzərinə 
köçürülmüşdür. Metafor təşbehə bənzəsə də, aralarında fərq vardır. Təşbehdə 
həm bənzəyən, həm də bənzədilən işlənilir: 
Buludlar insan kimi göz yaşı tökdü.
Bu 
nümunədə təbiət bənzəyən, insan bənzədilən olduğu üçün təşbehdir. Metaforda 
bənzəyən göstərilir, bənzədilənin isə adı çəkilmir, yalnız əlaməti nəzərə 
çatdırılır: 
Buludlar göz yaşı tökdü.

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin