2. Dinləmə mədəniyyəti, söhbətə qoşulma, söhbətdən ayrılma, sual vermə, təkzib
etmə məqamlarında etik prinsipləri gözləmək.
3. Dəqiqləşdirici, yönləndirici, öyrədici sual vermə bacarığı.
Auditoriya qarşısında çıxış etmək bacarığı müasir işgüzar adam üçün ən
əhəmiyyətli vərdişdir. Təəssüf ki, bunu olduqca az adam bacarır.
Açıq çıxış etmək və öz fikirlərini auditoriyanı stimullaşdıran və motivləşdirən
formada demək qabiliyyəti əvəzsiz qabiliyyətdir.
Bu qabiliyyət anadan gəlmə olmur, onu öyrənib əldə etmək üçün çox şeyləri
öyrənib nəzərə almaq lazımdır. Bu məqsədə çatmaq üçün aşağıdakı məlumatları
nəzərə almağınız lazımdır.
Həyəcanı necə aradan qaldırmalı?
Elmi tədqiqatlar göstərir ki, demək olar ki, insanların hamısı
səs fobiyasından
–
açıq çıxış etmək qorxusundan əziyyət çəkir. Açıq çıxış etməyin vacibliyi çoxlarını
ölümdən az qorxutmur.
İnsan qorxu və həyacan vəziyyətində olduqda orqanizmdə bir neçə fizioloji proses
gedir. Baş beyin qabığı əsəb sisteminə siqnal göndərir və onu hərəkətə hazırlayır.
Böyrəküstü vəzlər stres hormonları hazırlayır ki, onlar da öz növbəsində zəncirvari
reaksiyanı işə salır. Ürək döyüntüsü sürətlənir, arterial təzyiq artır, qanda
adrenalinin miqdarı çoxalır, qan daha sürətlə dövr etməyə başlayır və mədənin
əsəb sonluqlarına təsir edir. Bu reaksiyaları aradan qaldırmaq üçün öz vəziyyətinizi
başqa cür adlandırmalısınız. Qorxu və əsəbilik haqqında danışmayın. Öz
vəziyyətinizi
GÜC
adlandırın.
Bu sizə ən başlıca qorxunu – auditoriya qarşısında qorxunu aradan qaldırmağa
kömək edəcək. Nə üçün biz açıq çıxış etməkdən qorxuruq? Biz qorxuruq ki,
Dostları ilə paylaş: