Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri


Nə üçün 1930-cu illərdə Kiril əlifbasına keçildi?



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə3/93
tarix16.09.2023
ölçüsü6,67 Mb.
#128989
1   2   3   4   5   6   7   8   9   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Nə üçün 1930-cu illərdə Kiril əlifbasına keçildi? 
1930-cu illərin başlanğıcında Sovetlər ölkəsində artıq iki əlifba standart 
halına gətirilmişdi. Bunlardan biri Kiril, digəri isə Latın qrafikası idi. Burada 
yalnız gürcülər və ermənilər istisna təşkil edirdilər. Onların qədim yazısına 
toxunulmamışdı. 
İki sistemdən istifadə davam etdirilə bilərdi, lakin 1930-cu illərdə o vaxtadək 
Latın əlifbasından istifadə edən dillərin Kiril əlifbasına keçirilməsi barədə qərar 
qəbul edilmişdi. 
Bu qərar ilk növbədə rus dilinin ortaq dil olaraq qəbul edilməsi məqsədilə bağlı idi. 
Beşillik inkişaf planı Sovet iqtisadiyyatını tarixdə və heç bir ölkədə misli 
görünməmniş bir şəkildə mərkəzləşdirməliydi. 
İqtisadiyyatla yanaşı, bütün başqa dövlət struktur və sistemlərinin də 
mərkəzləşdirilməsi siyasəti yürüdülürdü. Söhbət bir-birlərindən məsafəcə uzaq 
olan istehsalçıların və nəqliyyatçıların inteqrasiyasından gedirdi. 
Sibirdəki bir zavoddan Bakıdakı neftçilər üçün dəzgahlar göndərildiyi bir vaxtda 
Həştərxandakı dəmiryolçularla da rabitə qurulması zəruri olurdu. 
Belə bir şəraitdə hər hansı dəzgahdan istifadə təlimatının 20 müxtəlif dildə 
yazılması, kompüter proqramlarının olmadığı bir vaxtda asan məsələ deyildi. 
Ekstremal şəraitdə mərkəzləşdirilən iqtisadiyyat və idarəetmənin vahid bir dilə 
ehtiyacı vardı. 
Əlifba məsələsi təkcə dil ehtiyacı olmaqdan çıxıb təhlükəsizlik məsələsinə çevrilmişdi. 
Sovet İttifaqı artıq 1930-cu illərdə Avropada böyük bir müharibənin başlayacağını və 
SSRİ üzərinə hücum olacağını düşünürdü. 
Bu s
əbəbdən hərbi xərclərə və hərbi sənayenin inkişafına xüsusi diqqət verilirdi. 
Ordunun gücləndirilməsinə başlanmışdı. Bu dövrdə hərbi kadrların yetişdirilməsinə də 
xüsusi bir diqqət vardı. Orduda modernizasiya aparılırdı. Lakin burada da problem vardı. 
Sovet ordusunda zabitin rusca “sağa dön, sola dön, yerə yat” kimi komandalarını 
əsgərlərin yarısı başa düşmürdü. Çoxsaylı xalqları təmsil edən əsgərlər öz aralarında 
ünsiyyət qura bilmirdilər. Bir tankdan, topdan və təyyarədən necə istifadə edilməsini rus 
dilini bilm
əyən əsgərlərə öyrətmək olmurdu. 
Ortaq bir dilə ehtiyac vardı və Sovet coğrafiyasında bu dilin rusca olacağı təbii idi. 
Stalin və digərləri dil problemlərinin fərqində idilər və 1930-cu illərdən etibarən 


bəzi tədbirlər barədə düşünürdülər. Bu tədbirlərdən biri də rus dilinin təbliği və onu 
bilməyən xalqlara tədris edilməsiydi. 
Bir tərəfdən azərbaycanlı, ukraynalı və özbəklər öz dillərini bilməli və inkişaf 
etdirməli, digər tərəfdən isə mərkəzləşdirilmiş sistemin, iqtidasiyyatın işləməsi 
üçün rus dilini öyrənməli idilər. 
O zamankı sovet liderləri sovet xalqlarının rus dilini öyrənməsində Latın əlifbasını 
əngəl kimi görməyə başlamışdılar. Daha doğrusu milli dillərin rus əlifbasına 
keçirilməsi rus dilinin öyrənilməsini asanlaşdırmalı idi. 
Bəs rus milli kimliyinin dəstəklənməməsi siyasətinə səbəb nə idi? 1920-ci illərdə 
rus milli kimliyinin arxa plana keçirildiyi barədə bəhs etmişdik. 1934-1936-cı 
illərdə isə bu siyasət dəyişib. Çünki bolşeviklər yaxınlaşmaqda olan müharibə 
təhlükəsini görürdülər. 
Kənd təsərüffatının kollektivləşdirilməsi, milyonlara kəndlinin Sibirə sürgün 
edilməsi, dindarların, dini liderlərin repressiya və güllələnməsi, istehlak mallarının 
qıtlığı, dükan-bazarlarda bitməyən növbələr – bütün bunlar bolşevik üsul-
idarəsindən narazılıq yaradırdı. 
Xalq və ələlxüsus da onun çoxluğunu təşkil edən kəndlilər xarici bir qüvvəni 
xilaskar kimi görürdü. 



Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin