Mövzu 1 Əmək mühafizəsi üzrə qanunvericilik. Əmək mühafizəsinin hüquq və təşkilati məsələləri, normaları, əmək müqaviləsi


İNSAN-MAŞIN-MÜHİT SİSTEMİNİN QURULUŞU XASSƏSİ VƏ NÖVLƏRİ



Yüklə 247,96 Kb.
səhifə18/58
tarix01.01.2022
ölçüsü247,96 Kb.
#103212
1   ...   14   15   16   17   18   19   20   21   ...   58
İNSAN-MAŞIN-MÜHİT SİSTEMİNİN QURULUŞU XASSƏSİ VƏ NÖVLƏRİ
Hər bir istehsalat prosesini mürəkkəb funksiyalı sistemlər kimi baxmaq olar, çünki bunlar müxtəlif mərhələlərdə konkret məsələləri həyata keçirir, dinamiki quruluş tərkibini uyğun istiqamətə dəyişdirir, maddəni, enerjini, məlumatı başqa şəkilə salır. İnsanın fəaliyyətində insan-maşın mühitinin hərəkətdə olmasında təhlükəsizliyin etibarlığı və yüksək effektivliyinin başlıca şərtlərindən biri insanın erqonomik xüsusiyyətinin keyfiyyət və kəmiyyətcə texnoloji prosesin maşın əhatə edən mühitin erqonomik xassələri ilə əlaqələndirilməsidir. Əlaqələndirmənin belə tərzində əmək təhlükəsizliyinin artırılması üçün yeni imkanlar əldə edir. Erqonomik təhlilin konkret məsələləri insan-maşın mühitinin təcrübi quruluş və vəzifələrini hazırlamaq, onun tərkibinə daxil olan komponentlərin miqdarını və vəzifəsini əsaslandırmaq, bu komponentləri öz aralarında həmçinin ayrılıqda bütünlüklə sistemlə uyğunlaşdırmaqdır. Bu cür əsaslandırma eyni zamanda əmək mühafizəsinin əsas məsələsini – zədələnmə səbəblərinin peşə xəstəliklərinin və qəza hallarının aradan qaldırılmasını həll edir. İnsan-maşın sistemləri müasir ictimai istehsalın xarakterik müxtəlifliyinə görə, sistemin operatorlarının sayından asılı olaraq, müxtəlif siniflərə bölünür. Məsələn fasiləsiz sahədə sistemi idarə edən operator, obyekti idarə edən operator və s. İnsan-operator vasitəsilə həyata keçirilən idarəetmə, nəzarət, proqramlaşdırma, xidmətinə və s. sistem və komplekslər erqonomik sistem (ES) adlanır. Fiziki işlə bərabər, müxtəlif məlumatları dərk edən , dəyişdirən, istehsalat vəzifəsini yerinə yetirərək qərar qəbul edən və bu qərarları həyata keçirən işçi insan-operator adlanır. Bütün hallarda insan-operator müxtəlif bioloji vericilərin (reseptorların) və nəzarət-ölçmə cihazlarının (indikatorların) köməyi ilə obyektin idarə edilməsi haqqında məlumat qəbul edir.

Operator vasitəsilə dəfələrlə təkrar olunan fəaliyyətinin axırıncı qiymətinin ölçüsü istehsalat vəzifəsinin mahiyyətini təşkil edir. Həll edilən məsələnin mürəkkəbliyindən və sistemin növündən asılı olaraq operator fəaliyyəti 3 sinfə ayrılır:

1. Operator nümunə üzrə imkanı qəbul edir, işlənmiş informasiyalar şəraitində kiçik təfəkkür vasitəsilə kiçik həcmli işlər görür.

2. Operator mürəkkəb məsələləri həll etmək, obyektin hərəkətini, ona təsir göstərən kəmiyyət və xüsusiyyətlərin həlli üsullarını seçmək ixtiyarına malikdir. 3. Operator böyük variantlarla obyektin hərəkət parametrləri şəklində iş görür, məlumatların nisbətən mürəkkəb üsullarla hazırlamaqla çox böyük imkanlı məsələləri həll edir, qərar qəbul edib həyata keçirir.

MÖVZU 5. İSTEHSALAT TOZLANMASI


Yüklə 247,96 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin