firmanın bütün mümkün imkanları və ehtiyaclarının qiymətləndirilməsi, təhlili və proqnozlaşdırılması;
firmanın rəqiblərinin marketinq imkanlarının, istehsal ehtiyatlarının və fəallığının qiymətləndirilməsi və təhlili;
konkret bazarın əsas parametrlərinin daimi ölçülməsi, qiymətləndirilməsi, bazarın həcminin müəyyənləşdirilib proqnozlaşdırılması;
tələb və tələbatların proqnozlaşdırılması, tələbatın elastikliliyinin qiymətləndirilməsi;
rəqiblər və onların bazar imkanlarını nəzərə almaqla kommersiya təhlükəsinin aşkar edilib qiymətləndirilməsi;
əmtəənin həyat dövrünün (bazara çıxarılma, artım, yetkinlik, tənəzzül, dirçəldilmə) bütün mərhələlərində qiymətlərin proqnozlaşdırılması, onlara qiymət qoyulması strategiyasının məlumat təminatı;
müxtəlif bazar şəraitində istehlakçıların əmtəəyə olan münasibətlərinin və hansı texniki- iqtisadi və estetik keyfiyyətlərə malik olan əmtəələrə üstünlük vermələrinin aşkar edilib modelləşdirilməsi;
əmtəənin rəqabətə davamlılığı, bazarda sınaqdan keçirilməsi və keyfiyyət xüsusiyyətləri;
əmtəənin irəlilədilməsi metodları və bölgü kanallarının səmərəliliyinin qiymətləndirilməsi;
ticarət-satış fəaliyyətinin analitik məlumat təminatı;
xidmət səviyyəsinin qiymətləndirilməsi və onun tələbatın səviyyəsinə təsirinin müəyyənləşdirilməsi.
Beynəlxalq marketinq fəaliyyəti yalnız istehsal və satış sahəsində deyil, xidmət sahəsində də həyata keçirilir. Bu halda o, daxili və xarici bazarlarda konkret xidmət növlərinə olan tələb və tələbatların ödənilməsinə və uçota alınmasına yönəldilir.