Mövzu 2: HÜquq sistemiNİn konstitusiya əsaslari



Yüklə 408,06 Kb.
səhifə33/82
tarix26.11.2023
ölçüsü408,06 Kb.
#136505
1   ...   29   30   31   32   33   34   35   36   ...   82
H-QUQ-S-STEM-N-N-KONST-TUS-YA-SASLARI

Mülki hüquq münasibətlərinin məzmunu forması. – Mülki hüquq münasibətlərinə onların strukturu aspektində baxılmalıdır. Digər hüquq münasibətlərində olduğu kimi mülki hüquq münasibətləri də öz strukturuna görə aşağıdakı hissələrdən ibarətdir:

  1. məzmun və forma;

  2. subyektlər;

  3. obyektlər.

İctimai münasibətlərin mülki hüquqi tənzimi prosesində onların iştirakçılarına verilən subyektiv hüquq və vəzifələr, mövcud olan hüquq münasibətləri çərçivəsində onların gələcək davranışlarını qabaqcadan müəyyən edir. İstənilən ictimai münasibət kimi, mülki hüquq münasibətləri də insanlar arasındakı qarşılıqlı əlaqələr nəticəsində formalaşır. Hüquq münasibətlərində iştirakçıların qarşılıqlı əlaqələri, onların malik olduqları subyektiv hüquqlara və daşıdıqları vəzifələrə uyğun olaraq həyata keçirilir. Belə ki, alqı-satqı müqaviləsi üzrə hüquq münasibətlərində satıcı satdığı əşyanı müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətdə alıcının mülkiyyətinə verir, alıcı isə müqavilədə nəzərdə tutulmuş müddətdə müəyyən pul məbləğini satıcıya ödəyir.
Mülki hüququn predmetinə daxil olan ictimai münasibətlər hüquqi nizamasalınma nəticəsində yoxa çıxmırlar, əksinə, hüquqi forma əldə edirlər. Buna görə də mülki hüquq münasibətlərinin məzmunu onların iştirakçılarının subyektiv hüquq və vəzifələrinə uyğun olaraq həyata keçirilən qarşılıqlı əlaqələrini əmələ gətirir.
Mülki hüquq münasibətlərinin iştirakçılarına aid olan subyektiv hüquq və vəzifələr onun hüquqi formasını təşkil edir. Subyektiv hüquq dedikdə, səlahiyyətli şəxsin mümkün
davranışının hüquqi təminat ölçüsü başa düşülür. Subyektiv vəzifə isə mülki hüquq münasibətlərində vəzifəli şəxsin lazımi davranışının hüquqi cəhətdən şərtləndirilmiş ölçüsüdür. Subyektiv mülki hüquq və vəzifələrin xüsusiyyətləri onların əmlak və şəxsi qeyri- əmlak xarakterli olmasından ibarətdir. Belə ki, mülkiyyət hüququ, mülkiyyətçinin öz əşyasına sahiblik, istifadə və sərəncamvermə kimi hüquqi təminat imkanlarını müəyyən edən əmlak hüququdur. Şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiə hüququ isə, səlahiyyətli şəxsin, onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib edilməsi tələbinin hüquqi təminat imkanlarını müəyyən edən şəxsi qeyri-əmlak hüququdur.



  1. Yüklə 408,06 Kb.

    Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin