İnzibati Xətalar Məcəlləsinin maddələri Maddə Təqsirsizlik prezumpsiyası prinsipi

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 54.49 Kb.
tarix21.10.2017
ölçüsü54.49 Kb.

İnzibati Xətalar Məcəlləsinin maddələri

Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi

8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.

8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur.

Maddə 367. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar

367.0. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:

367.0.1. inzibati xəta hadisəsi olmadıqda;

367.0.2. inzibati xəta tərkibi olmadıqda;

367.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə;

367.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə;

367.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda;

367.0.6. inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 36-cı maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda;

367.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işini başlamaq haqqında qərar olduqda;

367.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə.

Maddə 378. Şahid kimi sorğu-sual edilə bilməyən şəxslər

378.0. Şahid kimi sorğu-sual edilə bilməyən şəxslər aşağıdakılardır:

378.0.1. fiziki və ya psixi qüsurlarına görə inzibati xəta haqqında iş üçün əhəmiyyətli olan hadisələri dərk edə bilməyən və onlar haqqında düzgün izahat verə bilməyən şəxs;

378.0.2. müdafiəçi vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq inzibati xəta törətmiş şəxsin ona bildirdiyi hallar haqqında inzibati xəta törətmiş şəxsin vəkili;

378.0.3. öz nümayəndə (qanuni nümayəndə) vəzifələrini icra etməsi ilə əlaqədar onalara məlum olmuş hallar haqqında fiziki şəxsin qanuni nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi.


Maddə 385. İnzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hallar
385.0. İnzibati xətalar haqqında işlərin icraatı üzrə aşağıdakılar müəyyən edilməlidir:

385.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi);

385.0.2. inzibati xəta törətmiş şəxs;



385.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri;

385.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar;

385.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı;

385.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar;

385.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait.

371, 410 və 427-ci maddələr
Maddə 371. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs

371.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır:

371.1.1. işin materialları ilə tanış olmaq;

371.1.2. izahat vermək;

371.1.3. sübutlar təqdim etmək;

371.1.4. vəsatət və etirazlar vermək;

371.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək;

371.1.6. inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək;



371.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən istifadə etmək.

371.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər.



371.3. İnzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.
410.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barәsindә öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin, habelə zərər çəkmiş şəxsin inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır.

427.1. İnzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur.



427.2. Qərarın surəti üç günədək müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir.

Maddə 431. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilməsi qaydası


431.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest həmin qərarı qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir.

431.2. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın çıxarıldığı gündən üç gün müddətində şikayəti və ya protesti iş üzrə bütün materiallarla birlikdə apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərir.

431.3. İnzibati həbs tənbeh növünün tətbiqi barədə qərardan şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə şikayətin və ya protestin daxil olduğu gün göndərilir.

431.4. Şikayətin və ya protestin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir.



431.5. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur.
Maddə 432. Qərardan şikayət və ya protest vermə müddətləri
432.1. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.

432.2. Bu Məcəllənin 432.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər.

432.3. Buraxılmış müddətin bərpa olunması qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir.
MÜLKİ-PROSESSUAL MƏCƏLLƏNİN maddələri

Maddə 77. Sübut etmə vəzifəsi

77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.



Maddə 149. İddia ərizəsinin forması və məzmunu

149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.

149.2. Ərizədə aşağıdakılar göstərilməlidir:

149.2.1. ərizənin verildiyi məhkəmənin adı;

149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları;

149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, qanunlara və digər normativ-hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; i[67]

149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat;

149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı.

149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır.

149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri də göstərilir.



Maddə 150. İddia ərizəsinə əlavə edilən sənədlər

150.0. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir:

150.0.1. Cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri;

150.0.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd;

150.0.3. nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənəd;

150.0.4. iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd;

150.0.5. iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri;

150.0.6. onun mübahisələndirildiyi halda, normativ aktın mətni;

150.0.7. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd.

Maddə 152. İddia ərizəsinin qaytarılması

152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır:

152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə;

152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda;

152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;

152.1.4. iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə;

152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə;

152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə;

152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə;

152.1.8. cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ-hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə;

152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda.

152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır.

152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir.

152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi

233.1. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.



Maddə 287. Sübutetmə vəzifəsi

Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür.

Fəsil 26

Müvafİq İcra hakİmİyyətİ orqanlarının və onların vəzİfəlİ şəxslərİnİn İnzİbatİ XƏTALAR haqqında qərarları İlə əlaqədar mübahİsələrə daİr İşlər üzrə İcraat [134]

Maddə 293. Ərizənin verilməsi

293.1. İnzibati məsuliyyətə cəlb edilmiş hər hansı şəxs inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanın (inzibati orqanın) və ya vəzifəli şəxsin tənbeh edilməsi barədə qərarı ilə əlaqədar məhkəmədə mübahisə qaldıra bilər. [135]

293.2. İnzibati xətadan zərər çəkmiş şəxsin də inzibati tənbeh barədə qərardan məhkəmədə şikayət etmək hüququ vardır. [136]

293.3. Ərizə şəxsin yaşayış yeri üzrə məhkəməyə, inzibati tənbehin verilməsi barədə qərarın surətinin təqdim edildiyi və ya onun şəxsə elan edildiyi gündən 10 gün müddətində verilir.

293.4. Ərizədə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş məlumatlar, habelə konkret olaraq hansı qərardan şikayət edildiyi barədə məlumatlar, onun çıxarıldığı, surətinin təqdim edildiyi və ya şəxsə elan edildiyi tarix göstərilməlidir.

293.5. Ərizənin məhkəməyə verilməsi inzibati tənbeh haqqında qərarın icrasını dayandırır.

293.6. Ərizənin məhkəməyə verilməsi, məhkəmə tərəfindən onun qəbul edilməsi və baxılması üçün maraqlı şəxsin tabelik qaydasında yuxarı orqanlara və ya yuxarı vəzifəli şəxsə ilkin müraciəti məcburi şərt deyildir.

Maddə 295. Məhkəmənin qətnaməsi

295.1. Məhkəmə inzibati xəta tərkibi və hadisəsi olmadığına görə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində sadalanan inzibati xəta haqqında iş üzrə icraatı istisna edən digər hallara görə şəxsin əsassız inzibati məsuliyyətə cəlb edildiyi qənaətinə gələrsə, məhkəmə qərarın ləğv edilməsi və inzibati xətalar haqqında işə xitam verilməsi barədə qətnamə çıxarır. ii[139]

295.2. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yungülləşdirən digər halları nəzərə alaraq tənbeh tədbirini dəyişə bilər. iii[140]

295.3. Məhkəmə inzibati tənbehi gücləndirə bilməz.

295.4. Məhkəmə inzibati orqanın və ya vəzifəli şəxsin inzibati tənbehin tətbiqi üzrə hərəkətlərinin qanuni və əsaslı olduğunu müəyyən edərsə, qərarı dəyişiklik etmədən, ərizəni isə təmin etmədən saxlayır.

295.5. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərarın inzibati orqan və ya vəzifəli şəxs tərəfindən onların səlahiyyətlərinin aşması ilə çıxarıldığını müəyyən edərsə, qərarı ləğv edir və inzibati tənbehin müddəti keçməmişsə, işi baxılmaq üçün yuxarı orqana və ya vəzifəli şəxsə göndərir, yaxud inzibati tənbehi tətbiq etmə müddəti ötmüşsə, iş üzrə icraata xitam verir.iv[141]
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında
Azərbaycan Respublİkasının Qanunu

Maddə 3. Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər

Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir:

1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;

2) 30 gündən artıq Azərbaycan Respublikasında yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə — onun qeydiyyata alınması haqqında vəsiqə;v[3]

3) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə.vi[4]

4) Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar.



Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz.

i.


ii

iii

.


iv

.


v


vi



Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə