Riskə münasibət də strategiyanın seçilməsinə böyük təsir göstərir. Risk etməyi xoşlamayan rətıbərlər risk səviyyəsi minimum olan və qısa müddətdə mənfəət əldə etməyə istiqamətlənən konservativ strategiyalardan istifadə edirlər. Risk etməyi xoşlayan menecerlər isə yüksək mənfəətli və uzunmüddətli perspektivlərə istiqamətlənən strategiyalara daha çox üstünlük verirlər.
Menecerlərin etik xüsusiyyətləri də strategiyanın seçilməsinə təsir göstərir. Yüksək etikab menecerlər şirkətin cəmiyyətdə bərqərar olan etik çərçivələrdən çıxmaması, rəqabət mübarizəsinin təmiz üsullarla aparılması üçün səylər gö-stərirlər.
Müəssisədaxili ənənələr, dünyagörüşü, münasibətlər, tapşırıqların yerinə yetirilməsi metodları korporativ mədəniyyətin elementləridirlər. Şirkətin strateji fəaliyyəti onun mədəni və idarəetmə dəyərlərini əks etdirir. Dəyərlər və dünyagörüşləri menecerlərin təfəkkürünə çox güclü təsir göstərərək şirkətin xarici mühitin təsirlərinə reaksiya vermə tərzini müəyyən edən amilə çevrilirlər. Strategiyanın seçilməsində təşkilatda formalaşmış dəyərlər və mədəniyyətin təsiri çox böyükdür.
Hər bir şirkət sahibləri və ya səhmdarları, əməkdaşları, alıcıları və tərəfdaşları qarşısında mənəvi öhdəliklərə malik olur. Belə ki, şirkətin uğurlu fəaliyyəti, onun cəmiyyətdə yaranmış obrazı bu şirkətlə bağlı olan bütün obyektlərin fəaliyyətinə bilavasitə təsir göstərir. Buna görə də, startegiyanın işlənməsi və qəbul edilməsi zamanı menecerlər şirkətin mənəvi öhdəliklərini unutmamalı və onları mütləq nəzərə almalıdırlar.
Dostları ilə paylaş: |