Adi kəsri onluq kəsrə çevirdikdə kəsrin surəti məxrəcinə bölünür. Qismətdə müəyyən bir ədəd sonsuz sayda təkrarlanarsa, buna dövrü onluq kəsr deyilir. Təkrarlanan hissəyə kəsrin dövrü deyilir. Məs: = 0,333 … = 0, (3), = 1,58333 … = 1,58(3) və s.
Tərif 1: Dövr vergüldən dərhal sonra başlayarsa, saf dövrü onluq kəsr adlanır.
Məs: 0,(3) , 7,(18) , 14,(5) və s.
Saf dövri onluq kəsri adi kəsrə çevirmək üçün tam hissə saxlanır, kəsr hissənin surətində dövrdəki ədəd, məxrəcdə isə dövrdəki rəqəmlərin sayı qədər 9-lar yazılır.
Məs: 0, (72) = 72 = 8 .
99 11
Tərif 2: Dövr vergüldən bir və ya bir neçə rəqəm sonra başlayarsa, qarışıq dövrü onluq kəsr adlanır.
Məs: 0,12(3) , 5,7(21), 18,63(1) və s.
Qarışıq dövri onluq kəsri adi kəsrə çevirmək üçün tam hissə saxlanır, kəsr hissənin surətində vergüldən ikinci dövrə qədərki ədədlə birinci dövrə qədərki ədədin fərqi, məxrəcdə isə dövrdəki rəqəmlərin sayı qədər 9-lar və 9-ların ardınca vergüldən sonra birinci dövrəqədərki rəqəmlərin sayı qədər sıfırlar yazılır.