Mövzu bazarin quruluşu və İnfrastrukturu


Auksionlar, yarmarkalar, lizinq və sığorta kompaniyaları



Yüklə 25,75 Kb.
səhifə2/2
tarix13.05.2023
ölçüsü25,75 Kb.
#126898
1   2
Mövzu-2

2. Auksionlar, yarmarkalar, lizinq və sığorta kompaniyaları

Müa­sir birja­­ların, xüsusən əmtəə birjasının ən klassik formaları yarmarkalar və auksion­­lar şəklində mövcud olmuşdur. Yarmarka sözünün alman dilində hərfi tərcüməsi “hər il keçirilən bazar” deməkdir. Öz mahiyyətinə görə topdansatış ticarət forması olan yarmarkaların göründüyü kimi, əsas fərqləndirici xüsusiyyəti onların müəyyən dövr­dən bir, həftədə və yaxud ildə bir neçə dəfə keçirilməsidir. Birjadan fərqli olaraq, yarmarkada alqı-satqı əməliyyatında alıcılar və satıcılar ya bilavasitə özləri iştirak edirlər, ya da ki, buraya öz səlahiyyətli nümayəndələrini (agentlərini) gön­də­rirlər.


Bazar infrastrukturunun vacib ünsürlərindən biri də auksionlardır (hərraclardır). O, müəyyən malların qabaqcadan təyin olunmuş vaxtda və yerdə açıq satışı deməkdir. Hərrac satışı üçün ümumi şərtlərdən biri ondan ibarətdir ki, satıcı malların keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Qeyd et­mək lazımdır ki, auksionların klassik forması kimi mal, maddi əşya tərkibinə malik məhsul auksionları çıxış edirlər. Hal – hazırda belə auksionlardan həm ölkə daxıli, həm də beynəlxalq ticarət əməliyyatlarında kifayət qədər istifadə edirlər. Bunun­la bərabər, xüsusi ilə inzibati – amirlik iqtisadiyyatından bazar iqtisadiyyatına keçid dövründə həyata keçirilən dövlət mülkiyyətinin özəlləşdirilməsi ilə əlaqədar olaraq çek auksionları da geniş yayılmışdır.
Mal auksionu dedikdə isə, əvvəlcədən müəyyən edilmiş dövrdə və yerdə bir sıra əmtəələrin (çayın, xəz dərinin, tütünün və s.) ayrı-ayrı hissələrlə, şifahi ticarət yolu ilə ümumi aşkarlıq şəraitində satılması başa düşülür.
Auksionların çek formasını adi mal auksionları ilə eyniləşdirən bir sıra cəhətlər vardır. Belə ki, auksionun hər iki formasının iştirakçılarının sayı qeyri – məhduddur, satışa çıxarılan məhsulun qiyməti ona olan tələbin həcmindən asılı olaraq dəyişir və s. Qeyd etmək lazımdır ki, çek auksionlarında satışa çıxarılan obyekti kimi öz dəyərini səhmlərdə əks etdirən hər hamsı bir müəssisə çıxış edir. həmin müəssisə nə qədər zəngin olarsa və gəlirlə işləyərsə, onu almaq istəyənlərin sayı da bir o qədər çox, onun qiyməti də bir o qədər baha olur.
Bununla belə çek auksionlarının bəzi fərqli cəhətləri vardır. Buna sübut olaraq hal – hazırda respublikada fəaliyyət göstərən çek auksionlarını misal göstərmək olar. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, burada satışa çıxarılan məhsulun qiyməti adi mal auksionunda olduğu kimi pulla deyil, çeklərlə ödənilir.
Auksionun digər bir cəhəti ondan ibarətdir ki, oraya gələn alıcılar səhmlərini almaq istədikləri müəssisəni seçərək bu barədə müvafiq sifariş verirlər. Bu sifariş haqqında yalnız sifarişçi özü və onu qəbul edən auksion işçisi bilirlər, yəni bu proses gizli şəkildə aparılır. Auksion nəticəsi auksion komissiyası tərəfindən müvafiq hesablamalar aparıldıqdan və nəticə çıxarıldıqdan sonra məlum olur. Müəssisəyə məxsus səhmlərdən sifarişçilər arasında bölüşdürülməsi hər bir sifarişçi tərəfindən təqdim edilmiş çekin və ümumi sifarişlərin həcminə görə həyata keçirilir.
Auksionların könüllü və məcburi növləri vardır:
Könüllü auksion öz əmtəəsini daha sərfəli satmaq istəyən şəxslər tərəfindən təşkil edilir. Məcburi auksionlar isə məhkəmə və dövlət orqanları tərəfindən borc­la­rını verə bilməyənlərin (və ya vermək istəməyənlərin ) əmlakını, müsadirə edil­miş əmtəələri və yükləri, girov qoyulub vaxtında geri götürülməyən mülkiyyəti, haq­­qı vaxtında ödənilməyən əmtəələri və s. satmaq məqsədi ilə təşkil olunur.
Bazar iqtisadiyyatının infraquruluşunda müxtəlif xidmətlər göstərən kam­pa­­niyalar da mühüm rol oynayırlar ki, bunların da biri fiziki və hüquqi şəxslərə lizinq xidməti göstərən kampaniyalardır.
Lizinq dedikdə, istehlakçının sifarişi əsasında əmlakı satın almaqla onu is­teh­lakçıya icarəyə vermək məqsədilə həyata keçirilən xidmət növü başa düşülür.
Lizinq əməliyyatı müəyyən mənada əmtəənin alqı-satqısını məhdudlaşdırsa da, ümumiyyətlə, mövcud istehsal vasitələrindən səmərəli istifadə üçün şərait yara­dır. Bir sıra hallarda isə icarəyə götürən tərəf müqavilə müddəti qurtardıqdan sonra həmin əmlakın qalıq dəyərini ödəməklə onu öz mülkiyyətinə çevirir.
Lizinqin ingilis dilindən təcrüməsi “arenda, icarə” mənasını verir. İlk lizinq cəmiyyəti 1952-ci ildə ABŞ–da yaranmışdır.
Lizinq - maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, istehsal qurğularının, uzun müddət işləyən malların və s. ixracının icarə forması, onların uzunmüddətə icarəyə götürülməsidir. Bu icarə formasının tətbiqi icarəçiyə böyük məbləqdə ilkin kapital qoyuluşları sərf etmədən müasir, baha və yüksək qiymətli texnikadan istifadə etmək və icarə haqqının tədricən həmin avadanlıqların və digər texniki vasitələrin istismarından əldə olunan mənfəət hesabına ödəməyə imkan verir. İcarəyəverən isə tərəf müqabilinin borcunu ödəməyə bilməmək riskinin əhəmiyyətli dərəcədə azaldığına əmin olaraq satış həcmini artıra bilir.
Lizinqin aşağıdakı növləri mövcuddur:
a) Maliyyə lizinqi - əvvəlcədən müəyyənləşdirilən müddətdə lizinq verənin kapital qoyuluşlarının tam amortizasiyası üçün kifayət olan məbləğin ödənilməsini nəzərdə tutan müqavilə;
b) əməliyyat lizinqi - icarə müddəti razılaşdırılmamış və yaxud icarəyə götürülən əmlakın tam amortizasiyasını əhatə etməyən müddətə saziş;
v) beynəlxalq lizinq - müxtəlif ölkələrdə yerləşən lizinq şirkəti ilə lizinq alan arasında müqavilə və ixrac lizin - lizinq şirkətinin milli təchizatının əmlakını satın alıb, sonradan xarici lizinq alana verilməsini nəzərdə tutan müqavilə;
q) cari lizinq - əmlakın normativ üzrə olan istifadə müddətinə nisbətən həmin əmlakın müqavilə üzrə nəzərdə tutulmuş istifadə müddətinin qısa olması və lizinq haqqının həmin əmlalkın dəyərini ödəməməsi ilə xarakterizə edilir;
d) birbaşa lizinq avadanlığı istehsal edənlər onu sərbəst olaraq lizinq kompaniyasına təqdim edə bilər.
e) təmiz lizinq - bütün növ münasibətləri lizinq alan öz üzərinə götürür.
Bazar infrasturukturunun vacib ünsürlərindən biri də sığorta şirkətidir. Onlar ölkənin iqtisadi sistemində mühüm yer tutan bazarlardan birinin – maliyyə baza­rının tərkib hissəsi olan sığorta bazarının təşkilati forması kimi çıxış edirlər.
Dünya təcrübəsi sübut edir ki, xüsusi fondlar hesabına yaradılan sığorta əmtəə istehsalçılarının, vətəndaşların sosial təminatının, dövlətin iqtisadi mənafelərinin sığorta vasitəsi ilə müdafiəsini təmin etməklə istehsal prosesini kifayət qədər səmərəli surətdə tənzimləyir.
Məlumdur ki, sığorta bazarı kortəbii inkişaf edə bilməz. Ona görə də fasiləsiz olaraq təkmilləşən normativ-texniki sənədlərlə təmin edilməlidir. “Sığora haqqında” qəbul edilmiş Azərbaycan Respublikasının Qanunun icrası üçün ölkəmizdə sığorta bazarının yaradılması konsepsiyası və sığorta şirkətlərinin qeydiyyata alınması, lisenziya verilməsi, sığorta şirkətləri tərəfindən tariflərin tətbiq edilməsi, onların maliyyə sabitliyi, sığorta ödənişlərinin verilməsi üçün sığorta ehtiyatları metodologiyasının təkmilləşdirilməsi məsələləri üzrə 100-dən çox normativ sənədlər işlənmişdir.
Sığortanın obyektləri fiziki və hüquqi şəxslərin əmlakları və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər əmlak və kapital növləridir.
Bazar iqtisadiyyatı şəraitində icbari sığorta növlərinin bir hissəsi dayandırılmış və könüllü sığortanın daha mütərəqqi növlərinin aparılmasına üstünlük verilir. Bu isə sığorta təşkilatlarının tam kommersiya hesabı prinsipi üzrə işləməyə keçməsinə və investisiyanın imkanlarından səmərəli istifadə etməyə şərait yaradır. Hazırda firmalar səhmdar cəmiyyətləri, şirkətlər, kooperativlər sığorta xidmətinə daha böyük maraq göstərirlər.
İndi respublikamızda yeni sığorta növləri, o cümlədən vətəndaşların məsuliyyətli sığortası, əlavə pensiya sığortası, mənzillərin təmirinin sığortası və s. həyata keçirilir.
Sığorta sistemi bazar iqtisadiyyatının normal fəaliyyət göstərməsində mühüm rol oynayır. Belə ki, milli sərvətləri qorumaq və onun ehtiyaclarını təmin etmək üçün müasir sığorta xidmətinə böyük ehtiyac vardır.
Azərbaycan sığorta xidməti ölkənin vətəndaşlarına 50-yə yaxın sığorta xidməti növü təklif edir. lakin bu son hədd deyil, menecmentin başqa sahələri kimi sığorta menecmenti də inkişaf etdirilməlidir. Bu baxımdan respublikamızda sığorta işini daha da inkişaf etdirmək məqsədilə sığorta bazarının inkişaf etdirilməsinə dair konsepsiya işlənib hazırlanmışdır ki, həmin konsepsiyada əsas diqqət aşağıdakı məsələlərin həllinə yönəldilmişdir:
1. Azərbaycanda Milli Təkrarsığorta Cəmiyyətinin yaradılması.
2. Sığortanın ixtisaslaşması.
a) şəxsi sığorta. b) əmlak sığortası.
3. Sığorta işinin gələcəkdə daha da inkişaf etdirilməsi üçün elmi bazanın yaradılması.
Təkrar sığorta müvafiq müqavilə üzrə həyata keçirilir. Məlumdur ki, obyektləri sığorta etmək üçün bir sığorta şirkətinin maliyyə imkanı ona yol vermədiyini nəzərə almaqla risqin bir hissəsinin təkrar sığortaya verilməsinin zəruriliyini tələb edir. Əks halda bir hadisə nəticəsində bir obyektə elə böyük zərbə vurula bilər ki, onların bütün dəyəri bir sığortaçı tərəfindən ödənilərsə, onun maliyyə sabitliyini və ödəniş qabiliyyətliliyini təhlükə qarşısında qoyar. Ona görə də təkrar sığortaçı müqavilə üzrə gördüyü risk məbləğinin bir hissəsini müxtəlif təkrar sığortaçı arasında bölüşdürür. Deməli, sığorta təşkilatları risq – menecment sisteminin elementi kimi çıxış etdiyindən özünün idarəetmə mexanizminin formalaşmasına ehtiyac duyur.
“Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının qanununda sosial sığortanın aşağıdakı prinsipləri müəyyən edilmişdir:
- sosial sığortanın müntəzəmliyinə dövlət təminatı;
- sosial sığortanın ümumiliyi;
- sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi;
- sosial sığorta subyektlərinin hüquq bərabərliyi;
- dövlət sosial sığortasının məcburiliyi;
- məcburi döblət sosial sığortasının idarə eilməsində ictimai təşkilatların iştirakının təmin olunması.
Sosial sığorta məcburi dövlət sığortası və könüllü sığorta formalarında olurlar. Sosial sığorta ödəmələrinin aşağıdakı növləri mövcuddur:
Məcburi dövlət sosial sığortasında sığorta haqqı əməyin ödənişi fonduna nisbətdə faizlə müəyyən edilir və sığorta edənin vəsaitləri hesabına ödənilir.
Beləliklə, sosial sığorta ödənişinin düzgün təşkili və idarə edilməsi əhalinin az təminatlı təbəqəsinin həyat tərzinin yaxşılaşdırılmasına da təminat verir.
Yüklə 25,75 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin