Qeyd edildiyi kimi logistik layihələşdirmə zamanı firma üçün logistikanın tətbiq imkanlarının müəyyənləşdirilməsi məqsədilə əvvəlcədən müvafiq təhlilin aparılması onun bu firmada vəzifələrinin və bütövlükdə missiyasının müəyyənləşdirilməsinə şərait yaradır. Bu zaman aşağıdakı kateqoriyalar təhlil obyekti kimi çıxış edir:
firmanın təşkilati strukturu, başqa sözlə firmanın normal fəaliyyətini təmin edən sistem yaradıjı elementlər arasında sadələşdirilmiş əlaqələr məjmusunun təhlili. Qeyd edilən bu kateqoriya əsasında təhlilin aparılması bir qayda olaraq üç istiqamət: a) dəyər və natural göstəricilərlə ölçülən, firma daxilində istehsal edilən müxtəlif növə və təyinata malik məhsullar və ya göstərilən xidmətlər arasında qarşılıqlı münasibətlərə əsaslanan istehsal strukturu, b) əməliyyatların ardıcıllığı prinsipi üzrə texniki və kooperativ əlaqələrə malik firmanın idarəetmə orqanlarının tərkibi, c) idarəetmə qərarlarının qəbul edilməsi və reallaşdırılmasında qarşılıqlı rabitəni təmin edən xüsusi alt sistemlər, eləcə də ümumi idarəetmə sistemi üzrə təhlilin həyata keçirilməsini nəzərdə tutur.
istehlakçıların sifarişlərinin yerləşdirilməsi, məhsul satışının və ümumi əmtəə dövriyyəsinin planlaşdırılması, istehsalın və istehsal güjlərinin optimal yüklənməsinin planlaşdırılması, istehsalın material resursları, istehsal avadanlıqlarının isə ehtiyat hissələri ilə təminatının təşkil və idarə edilməsini həyata keçirə bilən logistik metod və üsulların təhlili;