«Dəqiq vaxtında» logistik konsepsiyası ehtiyatları formalaşdırmaq və onların saxlanması ilə bağlı xərjləri minimumlaşdırmaq məqsədilə hər bir təsərrüfat subyektinin zəruri həjmdə material resursları, bitməmiş istehsal qalığı, hazır məhsullarla təmin edilməsi (çatdırılması) üçün istehsal (əməli menejmentdə), təjhizat və məhsulların fiziki bölüşdürülməsi prosesləri arasında sinxronluğa əsaslanaraq qurulan lo-gistik sistemlərin müasir konsepsiyasıdır.
«Dəqiq vaxtında» (JIT) logistik konsepsiyası logistik dövr və onu təşkil edən elementlərlə sıx əlaqədardır. İdeal halda material resursları və hazır məhsullar logistik dövrənin (kanalın) müəyyən nöqtəsinə o vaxt çatdırılır ki, məhz bu anda (nə əvvəl, nə də sonra) onlara tələbat mövcud olur. Material resurslarının istehsal sahələrinə (yerlərinə), hazır məhsulların isə satış kanallarına tələbat yarandığı anda göndərilməsi, daha doğrusu tələbatın yarandığı anda istehsal sahələrinin material resursları ilə, satış kanallarının isə əmtəəlik məhsullarla təmin edilməsi istehsal və əmtəəlik ehtiyatların yaranmasını lüzumsuz edir. «Dəqiq vaxtında» konsepsiyasına əsaslanan müasir logistik sistemlər bazarda baş verən konyuktur dəyişikliklərə, xüsusilə istehsal proq-ramlarına edilən əlavə və düzəlişlərə tez reaksiya verilməsini tələb edir.
«Dəqiq axtında» (JIT) logistik konsepsiyası aşağıdakı əsas cəhətlərlə xarakterizə olunur:
material resursları, bitməmiş istehsal qalığının və hazır məhsul üzrə minimum ehtiyatın həcmi;
istehsal (logistik) tsiklin qısalığı;
hazır məhsul istehsalının və məhsulgöndərmələrin böyük olmayan həcmi;
material resurslarının tədarükatı üzrə kiçik sayda etibarlı məhsulgöndərənlər və nəqliyyat agentliklərilə qarşılıqlı münasibətlər;
səmərəli informasiya təminatı;
hazır məhsulun yüksək keyfiyyəti və logistik servis.
Dünya ölkələri tərəfindən «dəqiq vaxtında» logistik konsepsiyasının geniş tətbiq edilməsi istehsal menecmentlərinin ehtiyatların idarə edilməsi ilə bağlı fəaliyyətlərində (ənənəvi yanaşmada) əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb oldu.
«Dəqiq vaxtında» (JIT) logistik konsepsiyasının fəaliyyətini ehtiyatların idarə edilməsi üzrə ikili sistem - bunker kimi təsvir etmək olar. Bu sistemdə bir bunkerdən istehsalın material resurslarına, satış kanallarının isə hazır məhsullara tələbinin ödənilməsi üçün istifadə olunur, ikinci bunker isə birinci bunkerin bərpası işini həyata keçirir. Toyota Motors firmasının «dəqiq vaxtında» (JIT) logistik konsepsiyasının tətbiqi sahəsində 1960 – cı illərdə mühüm nəticələr əldə etməsi ona imkan vermişdir ki, əsas logistik dövr üzrə yeni avtomobillərin göndərilməsi müddətini bir aya qədər azaltsın. Amerikanın qabaqcıl avtomobil firmalarında bu rəqəm altı aydan doqquz aya qədər təşkil edir.
Hazır məhsulların kiçik partiyalarla qısa istehsal dövründə hazırlanması bu məhsulun istehsalı üçün lazım olan material resurslarının məhsulgöndərənlərdən alınmasına stimul yaradır, yəni bu mərhələni bir növ stimullaşdırır. İstehsalçı firmalar materal resurslarının növbəti partiyasını adətən hazır məhsullar özlərinin normal bazar həllini tap-dıqdan sonra alırlar. Material resurslarının qısa müddətdə istehsal sahələrində əmtəəlik məhsula çevrilməsi və onların satış bazarlarında tez reallaşdırılması təbii ki, istehsalçılarda və alıcılarda istehsal və satış üçün motivasiya yaradır. Buna görə də «dəqiq vaxtında» konsepsiyasının tətbiqi ilə sifarişlərin ideal həcminin müəyyənləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Belə bir halda sifarişlərin nəzəri baxımdan həcmi kimi bir sifariş və ya sifariş partiyası götürülür ki, bunun da yerinə yetrilməsi tərəflərdən o qədər də maliyyə məsrəfləri tələb etmir.
«Dəqiq vaxtında» (JIT) konsepsiyasını tətbiq edən logistik sistemlərin əsas ideologiyasını dartıcı sistemlər təşkil edir. Mahiyyət baxımından bu o deməkdir ki, logistik sistemin ilkin mərhələsi hesab edilən istehsal prosesi zamanı istifadə olunan material resursları üzrə ehtiyatların, eləcə də satış kanallarındakı əmtəəlik məhsullar üzrə ehtiyatların bərpa edilməsi üçün sifariş paketinin hazırlanması, onun məhsulgöndərənlər tərəfindən qəbul ediliməsi və yerləşdirilməsi kimi işlər yalnız və yalnız konkret logistik mərhələdə material axınlarının (istehsal və hazır məhsul axınlarının) həcmi minimum səviyyəyə - həddə çatdıqda həyata keçirilir. Bu zaman satış kanallarındakı əmtəəlik məhsulların həcmi nəzərdə tutulan həddən az olduqda məhsul istehsalçılarına (və ya məhsulgöndərənlərə) əməəlik ehtiyatların zəruri həcmdə bərpa edilməsi üçün sifarişlər verilir. Belə bir qaydada əmtəəlik məhsulların tələb olunan vaxtda, lazımi yerə zəruri həcmdə çatdırılması istehsalçı firmalardan (məhsulgöndərənlərdən) tələb edilir – dartılaraq çatdırılır. Başqa sözlə, xammal, material, yarımfabrikat və hazır məhsulların logistik sistem üzrə hərəkəti bu sistemi təşkil edən hər bir elementin özündən əvvəlki elementə sifarişi – tələbnaməsi əsasında təşkil edilir.
Qısa logistik dövrələrdən təşkil edilmiş sistemlərdə «dəqiq vaxtında» (JIT) logistik konsepsiyası əsas məhsulgöndərənlərin baş istehsalçı firmalara yaxın yerləşdirilməsinə şərait yaradır. Belə bir yaxınlıqdan istifadə edən istehsalçı firmalar (müəssisələr) əmtəəlik məhsulların malyeridilişi kanalları vasitəsilə bazara çıxarıl-masına sərf edəcəkləri maliyyə vəsaitlərinə qənaət edir, istehlakçı (məhsulgöndərən-lər) isə vaxtı - vaxtında material resursları ilə təmin edilirlər. Burada firmalar üçün başlıca şərt məhsulgöndərmələrin etibarlılığı və intizamına, maliyyə imkanlarına, texnoloji manevretmə imkanlarına, coğrafi yaxınlığına və s. görə fərqlənən çoxlu sayda məhsulgöndərənlərin düzgün seçilməsindən ibarətdir. Çünki bu meyarlara görə seçilməyən məhsulgöndərənlər istənilən yerdə və vaxtda istehsal proqramının pozulmasına şərait yarada bilərlər. İstehsal proqramının pozulması isə məhsul satışı bazarı və ya onun konkret seqmentinin, istehlakçı qrupunun, firmanın imicinin, bazara çıxış imkanlarının, habelə proqnozlaşdırılan bazar mənfəətinin itirilməsi deməkdir. «Dəqiq vaxtında» (JIT) konsepsiyasını tətbiq edən yapon firmalarından fərqli olaraq Amerika və digər Avropa firmaları bu konsepsiyanı 10 - 15 ildən sonra məhz məhsulgöndərənlərin etibarlı olmaması ucbatından tətbiq etmək zorunda qaldılar. Bu konsepsiyaya görə məhsulgöndərənlər mahiyyət etibarı ilə biznes fəaliyyəti üzrə hazır məhsul istehsalçılarının işgüzar tərəfdaşına çevrilir.
Praktiki baxımdan «dəqiq vaxtında» (JIT) konsepsiyasının tətbiqini şərtləndirən digər bir amil də keyfiyyət problemidir. İlk dəfə bu konsepsiyanı və KANBAN mikrologistik sistemini istehsala tətbiq edən Yaponiyanın avtomobil firmaları istehsal prosesinin bütün mərhələlərində keyfiyyətin idarə edilməsi və servis xidmətinin təşkili kimi məsələlərə yanaşmada prinsipial dəyişikliklər etdilər. Bu dəyişiklik mahiyyət baxımından firmanın strateji və taktiki məqsədləri sırasında daha böyük əhəmiyyət kəsb edən keyfiyyətin total idarə edilməsi fəlsəfəsindən ibarət idi. Logistik sistemin inkişaf nöqteyi – nəzərdən səviyyəsindən, onun dinamik olub – olmamasından, sistemin iştirakçılarının lokal məqsədlərindən asılı olmayaraq «dəqiq vaxtında» konsepsiyası logistik miksi təşkil edən bütün bölmələrdə keyfiyyətin səviyyəsinə nəzarət edir və keyfiyyətin tələb olunan standart səviyyəsi üçün təminat yaradır.
«Dəqiq vaxtında» (JIT) konsepsiyasına əsaslanan mikrologistik sistemlər material resurslarının istehsal yerlərinə çatdırılması, istehsalın texnologiyası və hazır məhsul-ların son istehlakçılara göndərilməsi üzrə bütün proses və mərhələlər arasında sinxronluğu təmin edən informasiyaların və proqnozlaşdırmanın dəqiqliyi məsələsinə çox həssas yanaşır. Bu hər şeydən əvvəl logistik (istehsal) dövrənin qısalığı ilə əlaqədardır. Dəqiq və etibarlı olmayan informasiyalar sistemin normal fəaliyyətinə neqativ təsir göstərir. Daha doğrusu, bu konsepsiya yalnız o vaxt effektiv nəticə verir ki, konsepsiyanın tətbiq edildiyi hər bir mərhələ tam, dəqiq, dolğun və etibarlı informasiyalara malik olsun. Logistik sistemin hər bir növbəti mərhələsinin ehtiyac, tələb və sifarişləri haqqında konkret və hərtərəfəli informasiyaya malik olmayan «dəqiq vaxtında» konsepsiyanın tətbiqi ola bilsin bir mərhələ üçün iqtisadi baxımdan səmərəli olsun.
«Dəqiq vaxtında» logistik konsepsiyasının əsas məqsədi istehlakçı tələbini maksimum ödəmək üçün inteqrativ keyfiyyətə malik logistik sistem daxilində ehtiyatların səviyyəsini minimumlaşdırmaq, istehsal edilən məhsulların keyfiyyətini yüksəltmək və etibarlılığını təmin etməkdən ibarətdir. Bu ali məqsədin yerinə yetirilməsi isə istehsalçı firmanın bütün logistik aktivlərinin maksimum inteqrasiyasını tələb edir.
Dostları ilə paylaş: |