5.2. REQUIREMENTS/RESOURCE PLANNING LOGİSTİK KONSEPSİYASI
Məhsul istehsalçıları tədarükat logistikasının qarşısında əsasən məhsulgön-dərənlərlə uzunmüddətli işgüzar təsərrüfat əlaqələrinin qurulması, yüksək keyfiyyətli məhsulgöndərmələrin təmin edilməsi, nəqletməyə çəkilən xərclərin azaldılması və vaxt itkisinin minimumlaşdırılması, rəqabət qabiliyyətli qiymətlərə malik material resurs-ları ilə istehsal yerlərini vaxtında təmin etmək kimi məqsədlər qoyur. Bütün bunlar isə məhsulgöndərmələrin idarə edilməsinin mühüm tərkib hissəsini təşkil edir. Tədarükata çəkilən məsrəflərin idarə edilməsində başlıca rolu məhsulgöndərənlər oynayır. Buna görə də tədarükat prosesinin hər iki subyekti məsrəflərin azaldılması istiqamətlərinin axtarılıb tapılması üçün birgə fəaliyyət göstərmək məcburiyyətində qalırlar.
İyirmi beş - otuz il bundan öncə məhsul istehsalçılarının tədarükat logistikasına xüsusi diqqət yönəltmələri aşağıdakı səbəblərlə bağlıdır.
. Belə elmi metodlara material ehtiyatlarının idarə edilməsini xüsusi diqqət mərkəzində saxlayan materiallara tələbatın planlaşdırılması MRP 1 və istehsal resurslarına tələbatın planlaşdırılması MRP 2, JIT və KANBAN sistemini aid etmək olar.
Dünyada bir çox mikrologistik sistemlərin əsaslandığı və fəaliyyət göstərdiyi ən geniş yayılmış logistik konsepsiyalardan biri məhz resurslara/ tələbatın planlaş-dırılması konsepsiyası hesab edilir. Praktiki baxımdan bu konsepsiya «itələmə» tipli mikrologistik sistemlərə əsaslanan «dəqiq vaxtında» logistik konsepsiyasının əks qütbüdür.
Dostları ilə paylaş: |