Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)


Iqtisad elmləri sistemində iqtisadi nəzəriyyə xüsusi yer tutur



Yüklə 1,76 Mb.
səhifə3/279
tarix31.12.2021
ölçüsü1,76 Mb.
#112866
1   2   3   4   5   6   7   8   9   ...   279
M vzu qtisadi n z riyy nin predmeti v metodu.( 2 saat)

Iqtisad elmləri sistemində iqtisadi nəzəriyyə xüsusi yer tutur. Belə ki, müasir iqtisad elmini ağaca bənzətsək, iqtisadi nəzəriyyəni onun gövdəsi, iqtisadi sistemin ayrı-ayrı sahələrini öyrənən xüsusi iqtisadi elmləri isə onun qol- budağı adlandırmaq olar. La­­kin qeyd etmək lazımdır ki, iqtisadi nəzəriyyənin predmetinin müəyyən olunma­sın­da iqtisadçılar arasında yekdil fikir yoxdur.

Merkantilistlərin fikrincə iqtisadi nəzəriyyə mübadilə qanun­la­rı, fi­zio­kratlara görə həm mübadilə, həm də isteh­sa­lın idarə edilməsi ilə əla­q­ədar olan qanunlar haqqında elmdir. A. Smit onun mübadilə və is­teh­­sal da daxil olmaqla sərvət, D. Rikardo isə sərvətin müxtəlif si­­niflər və qruplar arasında bölüşdürülməsi qanunları haqqında elm ol­du­­ğunu iddia edirdilər. Sonralar iqtisadi nəzəriyyənin öyrəndiyi mə­sə­lə­lə­­rə istehlak da daxil edilmiş və beləliklə də, onun predmetinin istehsal, böl­­gü, mübadilə və istehlakı idarə edən qanunlardan ibarət olması haq­qın­­da fikir formalaşmışdır.

Müasir dövrdə iqtisadi hadisə və proseslərdən bəhs edən elmi, sa­­də­cə olaraq «Iqtisadiyyat» da adlandırırlar. Məşhur Amerika iqtisa­d­çı­­sı, Nobel mükafatı laureatı Pol Samuelso­nun dərsliyi məhz bu ad al­tın­­da 20 dəfəyə qədər nəşr olun­muş­dur. Bu dərslik ali məktəb tələbələri üçün yazılmış və demək olar ki, kapitalist ölkələrinin əksəriy-yətində on­­dan istifadə olunur. Dərslikdə «iqtisadi nəzəriyyə nədir?» başlığı al­tın­­da xüsusi fəsil vardır. P. Samuelson iqtisadi nəzəriyyənin predmetinin müəy­­yən olunmasına dair ən çox yayılmış beş fikri sadalayır və belə bir nəticəyə gəlir ki, «iqtisadi nəzəriyyənin predmeti dəqiq müəyyən oluna bil­­məz və buna ehtiyac da yoxdur1». Bununla birlikdə o, belə hesab edir ki, iqtisadi nəzəriyyənin predmetinə dair aşağıda göstərilən tə­rif­lər­dən hər biri doğrudur və hər bir savadlı adam bu siyahını bir neçə dəfə uza­da bilər: 1) Iqtisadi nəzəriyyə insanlar arasında mübadilə və pul söv­də­ləş­­mələri ilə əlaqədar olaraq baş verən fəaliyyət növləri haqqında elm­dir; 2) Iqtisadi nəzəriyyə insanların gündəlik işgüzar fəaliyyətləri, yaşa­maq üçün vəsait əldə etmələri və ondan istifadə olunmasını öy­rən­­mələri haqqın­da elmdir; 3) Iqtisadi nəzəriyyə istehsal və istehlak sa­hə­­sində bəşəriyyətin üzərinə düşən vəzifələrin öhdəsindən necə gələ bil­məsi haqqında elmdir; 4) Iqtisadi nəzəriyyə sərvət haqqında elmdir; 5) Iqtisadi nəzəriyyə müxtəlif əmtəələrin istehsalı, indi və gələcəkdə is­teh­­lak etmək məqsədilə onların müxtəlif adamlar və qruplar arasında bö­­­lüşdürülməsi,insanlar və cəmiyyət tərəfindən pulun köməyilə və ya onun iştirakı olmadan nadir ehtiyat­lar­dan məhsuldar is­ti­fa­də olun­ması haqqında elmdir.2

Iqtisadi nəzəriyyə mülkiyyətin formasından, sahələrin və əra­zi­lə­­rin, tarixi dövrlərin xüsusiyyətlərindən asılı olma­yaraq, təsərrüfat­çı­lı­ğın bir sıra prinsiplərinə əməl olunmasını nəzərdə tutur. Bunlar nəticə və xərc­lərin ölçülməsi, onlardan səmərəli istifadə edilməsi, istehsalçılar üçün müəyyən stimulların yaradılması və s-dir. Müasir dövrün qlobal sosial-iqtisadi prob­­lemlərinin-inflyasiya, işsizlik, hərbi xərclər, büdcə çatışmazlığı, yox­­sulluq və qeyri-bərabərlik, ətraf mühitin çirklənməsinin qarşısının alınması, biznesin hö­ku­mət tərəfindən tənzimlənməsi və xalqın həyat sə­viy­yə­si­­nin yüksəldilməsi və s. həll edilməsi xeyli dərəcədə məhdud miqdarda ehtiyatlardan sə­­mərəli istifadə olunma-sından asılıdır. Deməli, iqtisadi nəzəriyyə cəmiyyət üzvlə-rinin tələbatlarını maksimum dərəcədə ödəmək üçün məh­dud miqdarda istehsal ehtiyatlarından səmərəli istifadə olunması, ya­xud da onların idarə edilməsi problemlərini öyrənir.



Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   279




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin