Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)


Son hədd xərcləri konsepsiyasının strateji əhəmiyyəti vardır



Yüklə 1,76 Mb.
səhifə96/279
tarix31.12.2021
ölçüsü1,76 Mb.
#112866
1   ...   92   93   94   95   96   97   98   99   ...   279
M vzu qtisadi n z riyy nin predmeti v metodu.( 2 saat)

Son hədd xərcləri konsepsiyasının strateji əhəmiyyəti vardır. Çün­ki bu, firmanın nəzarət edə biləcəyi xərcləri müəyyən etməyə imkan verir. Daha dəqiq desək, MC məhsulun son vahidi istehsal olunduqda firmanın artıq sərf edəcəyi xərci, yaxud da istehsalın həcmi ixtisar edil­dikdə və buna görə də son məhsul vahidinin istehsalı dayandı­rıl­dıqda əldə edəcəyi «qənaəti» göstərir.

Son hədd xərcləri ilə son məhsuldarlığın kəmiyyəti arasında qar­şılıqlı əlaqə vardır. Belə ki, əməyin hər sonrakı vahidinin eyni qiy­mətə satın alındığı fərz edilməklə, hər əlavə işçinin son məhsuldarlığı artdığı zaman istehsal olunan məhsulun hər əlavə vahidinə düşən son hədd xərcləri aşağı düşür. Bu, onunla əlaqədardır ki, son hədd xərcləri sadəcə olaraq qiymətlərin dəyişmədiyini göstərir, yaxud da muzdla tutulmuş əlavə işçilərə verilən əmək haqqının onların məhsuldarlığına bölünməsi yolu ilə əldə edilən kəmiyyəti ifadə edir.

Firmaların ümumi və orta xərclərinin kəmiyyətinə iki əsas amil təsir göstərir: 1) istifadə olunan texnologiya; 2) iq-tisadi ehtiyatların qiymətləri. Yeni, mütərəqqi texnologiya-dan istifadə edilməsi xərclərin azaldılmasına imkan verir. Məsələn, digər şərtlər sabit qalmaqla, istifadə olunan texno-logiya və ona uyğun gələn texnikadan istifadə olunduqda və ondan əvvəl əmək haqqının ödənilməsi ilə əlaqədar olan xərcləri müqayisə edək. Tutaq ki, ənənəvi texnikadan istifa-də olunduqda işçi bir saat ərzində 10 məmulat hazırlayır və bunun müqabilində 1manat əmək haqqı alır. Deməli, mə-mulat vahidinin hazırlanmasına çəkilən xərc 10 qəpiyə bəra-bərdir. Daha mütərəqqi texnologiya tətbiq olunduqda isə işçi bir saatda 20 məmulat istehsal edir və onun əmək haqqı 1,6 manat, məhsul vahidinə çəkilən əmək haqqı xərci isə 8 qəpik təşkil edir. Deməli, nəzərdən keçirilən misalda əmək haqqının artmasına baxmayaraq məmulatın hər vahidinə düşən xərc 10 qəpikdən 8 qəpiyə düşmüşdür.

Istehlak olunan iqtisadi ehtiyatların qiymətlərinin yüksəlməsi bütün xərc növlərinin artmasına, əksinə aşağı düşməsi onun azalmasına səbəb olur. Həm də qeyd etmək lazımdır ki, real həyatda iqtisadi ehtiyatlardan bəzilərinin qiyməti yüksəlir, bəzilərininki isə aşağı düşür. Bu,təbii olaraq onların bir-birini əvəz etməsinə gətirib çıxarır.

.


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   279




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin