Reklam ideyalarının qiymətləndirilməsi və seçilməsi mərhələsində də xüsusi yanaşmalar tətbiq olunur, müxtəlif meyarlar və prinsiplər nəzərə alınırlar. Reklam məlumatları fərdi xüsusiyyətlərə malik olmalı, istehlakçıların arzu və istəklərinə uyğun gəlməli, həqiqəti əks etdirməlidir. Qiymətləndirmə bu prinsiplərə uyğun həyata keçirildikdə daha düzgün seçim etməyə imkan verir.
Müraciətin yaradılmasıməqsədli auditoriyanın rasional və ya emosional xüsusiyyətlərinə uyğun gəlmə prinsipi əsasında həyata keçirildikdə daha səmırıli olur. Bu baxımdan məhsulların faydaları xüsusi qeyd olunmaqla reklam məlumatları istehlakçılara rasional və ya emosional təsir etməyə istiqamət-lənməlidir. Müraciətin yaradılması prosesində onun mövzusuna və formasına xüsusi diqqət yetirilir. Bununla əlaqədar F. Kotler qeyd edir ki, “Reklam kompaniyasına hazırlıq mərhələsində adətən müraciətdə mövcud olan məqsədi, onun tərkibini,mühakimələri və müraciətin tonunu təsvir edən məlumatın ifadə edilməsi strategiyası işlənib hazırlanır. İstənilən reklam müraciəti çoxsaylı rəngarəng şəkildə həyata keçirilə bilər. Reklam məişət səhnəsi, həyat tərzi, fantaziya uçuşunun nümayişi, musiqi müşaiəti və ya texniki ekspertiza, elmi sübut və ya tövsiyyələr, səriştəli şəxsin bəyannaməsi kimi şəxsiyyət simvolu vasitəsiləəhval və ya obrazın yaradılması kimi təqdim oluna bilər” ( 5 s.420). Reklam mütəxəssisləri müraciəti hazırlayarkən bir sıra elementlərə, o cümlədən, təsvirlərə, rəng tərtibatına, ölçülərə xüsusi diqqət yetirirlər. Çünki, məhz bu elementlər, onların səmərəli şəkildə dəyişdirilməsi reklamın effektliyini və təsiretmə səviyyəsini yüksəltməyə imkan verir.