1. Elm o vaxt mükəmməl olur ki, o riyaziyyatdan istifadə etməyə başlayır fiziki hansı iqtisadçıya məxsusdur?



Yüklə 1,22 Mb.
səhifə1/9
tarix19.06.2018
ölçüsü1,22 Mb.
#54247
  1   2   3   4   5   6   7   8   9

EKONOMETRİKA FƏNNİNDƏN TESTLƏR

1. Elm o vaxt mükəmməl olur ki, o riyaziyyatdan istifadə etməyə başlayır fiziki hansı iqtisadçıya məxsusdur?

A)) Marks;

B) Leontyev;

C) Keyns;

D) Kantaroviç;

E) Fridmen.



2. Sistem təşkil edən elementlər çoxluğunun xüsusiyyətlərinə aşağıdakılardan biri daxil deyil.

A)) 1,2,3 sistemin alt sistemlərinə də aiddir;

B) Nizamlıdır;

C) müəyyən keyfiyyət xüsusiyyətlərinə malikdir;

D) Bu çoxluq tamdır;

E) 1,2,3 sistemin alt çoxluğuna aid deyil.



3. Aşağıdakılardan hansı RPM – nə aid deyil.

A)) Kütləvi xidmət məsələsi;

B) Qeyri – xətti pr – ma məsələsi;

C) Stoxastik pr – ma məsələsi;

D) Dinamik pr – ma məsələsi;

E) Kəsr xətti pr – ma məsələsi.



4. Riyazi – iqtisadi modellər hansı modellər tipinə aiddir?

A)) Riyazi.

B) Həndəsi;

C) Həm fiziki, həm də həndəsi;

D) Nə fiziki, nə həndəsi;

E) Fiziki;



5. Aşağıdakılardan biri RİM – in üstünlüklərinə aid deyil.

A)) Hadisə və proseslərin əsas xüsusiyyətlərinin abstrakt əksetdirilə bilməməsi;

B)Şərtlərin və xüsusiyyətlərin yaxşı ifadə olunması;

C) Kəmiyyət göstəricilərinin daha dəqiq ifadəsi;

D) Öyrənilən proseslərin daha qısa yazılışı;

6. Tədqiq edilən proseslərin məzmunu və masştablarından asılı olaraq RİM – in növlərinə aid deyil.

A)) Həndəsi modellər;

B) Mikrompdellər;

C) Həm makro, həm də mikromodellər;

D) Makromodellər;

E) Trendlər;



7. Texniki – iqtisadi planlaşdırma məsələləri üçün tipik meyar kimi aşağıdakılardan biri götürülə bilməz.

A)) Ən çox məhsul buraxılışı və istehsal xərclərinin aşağı salınması;

B) Ən çox mənfəət;

C) Avadanlıqdan səmərəli istifadə;

D) Daşıma xərclərinin minimal olması;

E) İstehsal tsiklinin azaldılması.



8. Əsas məhtudiyyətlər seçilərkən hansı məhtudiyyətlər nəzərə alınmaya bilər?

A)) Qeyri məhdud resursların miqdarı;

B) Məhtud resursların miqdarı;

C) Qıt resursların miqdarı;

D) Məhsulun müəyyən olunmuş müddətə buraxılışı;

E) Tələbin hökmən ödənilməsi.



9. Ekonometrika haqqında fikirlərdən hansı doğru deyil.

A)) İqtisadi siyasət haqqında məsləhət verə bilmir.

B) Modellərin parametrlərini qiymətləndirir;

C) Proqnozlar verir;

D) Proqnozların dəqiqliyini yoxlayır;

E) İqtisadi modelləri formalaşdırır;



10. Aşağıdakılardan hansı ekonometrik modellərə aid deyil?

A))Riyazi pr – məsələsinin modeli;

B) Mövsümilik funksiyaları;

C) Trend;

D) Bir tənlikli reqressiya modelləri;

E) Eynivaxtlı tənliklər sistemi



11. Ekonometrik modellər qurularkən hansı məlumatlardan istifadə oluna bilmir?

A))Təcrübi yolla alınan məlumatlardan;

B) Zaman sıralarından;

C) Fəza verilənlərindən;

D) Müxtəlif firmalarda istehsalın həcmi haqqında məlumatlar;

E) Əmək haqqı haqqında məlumatlar.



12. Xətti proqramlaşdırma məsələsində məqsəd funksiyasının qradiyenti neçə ifadə olunur?

A)) Bütün səviyyə xətlərinə perpendikulyar olan vektor;

B) Düz xətlərlə məhtudlaşdırılan çoxbucaqlı;

C) səviyyə xətləri ailəsi;

D) xətti bərabərsizliklər sistemi;

E) Xətti proqramlaşdırmanın müəyyən mümkün D oblastı;



13. XPM-nin kanonik şəkli haggında fikirlərdən biri səhydir;

A)) Istənilən XPM –ni kanonik şəklə gətirmək olmaz;

B) Bütün XPM –ləri kanonik şəklə gətirilə bilər;

C) XPM –nin kanonik şəkli həmişə özündə vahid matris saxlayır;

D) XPM –nin məhtudiyyətləri xətti bərabərsizlik şəklində olarsa, onun kanonik şəkildə yazılışında funksionalda süni dəyişənlərin əmsalları vahidə bərabər götürülür;

E) XPM –nin kanonik şəklində məchulların əmsalları vahidə bərabər olur.



14. Aşağıdakı fikirlərdən biri XPM-nin planları coxluğunu əks etdirmir:

A)) XPM –nin planları çoxluğu yalnız çökük çoxluqdur;

B) XPM –nin planlar çoxluğu yalnız qabarıq çoxluqdur;

C) Əgər XPM –nin 2 –dən çox optimal planı varsa sonsuz sajda planı var;

D) XPM –nin planlar çoxluğu həm qabarıq, həm də çökük çoxluq ola bilməz;

E) XPM –nin mümkün planlar çoxluğuna daxil olan bütün planların kompanentləri mənfi olmur.



15. Aşağıdakı fikirlərdən biri dayaq planına aid deyil:

A)) İstənilən XPM –nin yeganə həlli var.

B) n + m ölçülü XPM –də dayaq planı m müsbət kompanentə malikdirsə o cırlaşmayan plan adlanır;

C) n + m ölçülü XPM –də dayaq planı m –dən az müsbət kompanentə malik olarsa cırlaşan plan adlanır;

D) XPM –nin həllər çoxluğu qeyri məhtuddursa maksimum məsələsində funksionalın qiyməti + ∞ yaxınlaşır;

E) XPM –nin məhtudiyyətlər sistemində mənfi olmayan əmsallara uyğun vektorlar xətti asılı olmayan sistem təşkil edirsə x = (X1 .... Xn)dayaq planıdır;



16.XPM haqqında təkliflərdən biri doğrudur:

A)) XPM –nin mümkün planlar çoxluğu qabarıq məhtud çoxüzlüdürsə funksionalın optimal qiyməti sonludur;

B) XPM –nin planlar çoxluğu qeyri məhtuddursa minimum məsələsində funksionalın qiyməti sıfra yaxınlaşır;

C) Əgər XPM –nin məhtudiyyət şərtlərinin vektor şəklində ayrılışında m –dən çox müsbət kompanent olarsa, bu kompanentlərə uyğun plan dayaq planıdır;

D) XPM bütün planlar çoxluğu çökük çoxluqdur;

E) XPM –nin mümkün planlar çoxluğu qabarıq məhtud çoxüzlüdürsə funksionalın optimal qiyməti sonsuzdur.



17.XPM haqqında təkliflərdən biri səhvdir:

A)) XPM –nin planlar çoxluğunda hər kənar nöqtəyə bir neçə dayaq planı iuyğun olur;

B) XPM –nin həllini kənar nöqtələr çoxluğunda axtarmaq lazımdır;

C) XPM –nin planlar çoxluğunda hər kənar nöqtəyə bir dayaq planı uyğun olur;

D) XPM –nin birdən çox planı varsa, sonsuz sayda planı var;

E) n vektorlardan ibarət m ölçülü vektorlar sistemində ən çoxu sayda xətti asılı olmayan alt sistem var.



18.Süni bazis üsülünə aid təkliflərdən biri doğru deyil:

A)) Süni bazis üsulu ilə I tip məsələlər edilərkən süni dəyişənlər funksionala vahid əmsalla daxil edilir;

B) Süni dəyişənlərin funksionalda əmsalları sıfra bərabər olur;

C) Məhtudiyyət şərtlərində bərabərsizliklər tənliklərlə əvəz olunur;

D) İlkin dayaq planında yalnız süni dəyişənlər iştirak edir;

E) Süni dəyişənlərə uyğun ilkin dayaq planında funksionalı qiyməti sıfra bərabər olur.



19. I tip məsələlərin həlli ardıcıllığına aşağıdakılardan biri aid deyil:

A)) İstiqamətləndirici sütunun bütün elementləri həlledici elementə bölünür və növbəti simpleks cədvəldə uyğun sütunda yazılır;

B) Plandan çıxarılacaq dəyişən müəyyən olunur;

C) Sonrakı simpleks cədvəli qurmaq üçün həlledici element müəyyən olunur;

D) Plana daxil ediləcək dəyişən müəyyən olunur;

E) Növbəti simpleks cədvəldə plandan çıxarılacaq dəyişənlə plana daxil ediləcək dəyişənin yeri dəyişilir.



20.İ tip məsələlərin simpleks üsülla həll alqoritminə aid dejil :

A)) Plandan çıxarılacaq dəyişəni müəyyən etmək üçün yekun sütunun elementləri istiqamətləndirici sütunun uyğun elementlərinə bölünür və bu nisbətlərin maksimumuna uyğun sətir istiqamətləndirici sətir kimi götürülür;

B) Həmin elementə uyğun sütun istiqamətləndirici sütun adlanır;

C) I tip məsələlər simpleks üsulla həlledilərkən indeks sətrində mənfi elementlərdən ən kiçiyi müəyyən olunur;

D) İndeks sətrində mənfi olmayan element olmazsa tapılan plan I tip məsələsi üçün optimal plandır;

E) Yeni simpleks cədvəldə funksionalın əmsalları olan sütunda yeni plana daxil ediləcək dəyişənin funksionaldakı əmsalı yazılır.



21.İİ tipXPM haqqünda təkliflərdən biri doğru deyildir:

A)) II tip XPM –nin məhtudiyyət şərtləri bərabərsizliklər şəklində verilir;

B) II tip XPM –nin məhtudiyyətləri tənliklər şəklində verilir;

C) Süni dəyişənlərin məhtudiyyət şərtlərində əmsalları vahidə bərabər olur;

D) Süni dəyişənlərin məqsəd funksionalda əmsalları M 1 olur;

E) İstiqamətləndirici sütun seçilərkən minimum məsələsində indeks sətrində ən böyük müsbət element götürülür.



22.XƏTTİ proqramlasdırma məsələsi haqqında təkliflərdən biri doğrudur:

A)) Minimum məsələsinin həllində istiqamətləndirici sütun indeks sətrində müsbət elementlərdən ən böyüyünə uyğun götürülür.

B) Süni dəyişənlər məhtudiyyət şərtlərinə (-1) əmsalı ilə daxil edilir;

C) Funksionalda süni dəyişənlərin əmsalları mənfi olur;

D) Bazisdən çıxarılacaq element müəyyən olunarkən yekun sütunun elementlərinin istiqamətləndirici sütunun elementlərinə nisbətlərinin ən böyüyü götürülür;

E) II tip XPM –i həll edilərkən məhtudiyyət şərtləri yuxarıdan məhtud bərabərsizliklər sistemi şəklində verilir;



23. Aşağıdakı təkliflərdən biri III tip XPM –nə aid deyil:

A)) Məhtudiyyətlər yuxarıdan məhtud bərabərsizliklər şəklində verilir;

B) Məhtudiyyətlər aşağıdan məhtud bərabərsizliklər şəklində verilir;

C) Əlavə dəyişənlər daxil etməklə məhtudiyyətlər tənliklər şəklinə gətirilir;

D) Məhtudiyyətlər sistemində vahid alt matris qurulur;

E) Süni dəyişənlər min məsələsində funksionala + M 1 əmsalları ilə daxil edilir.



24. Qosma məsələ haqqında təkliflərdən biri doğru deyildir:

A)) Qarşılıqlı qoşma məsələlərin optimal planlarında funksionalların qiymətlərinin fərqlənməsi müəyyən şərtlər daxilində mümkündür.

B) Qoşma məsələlərdən birinin məqsəd funksiyasının qeyri – məhtud olması üzündən həlli yoxdursa o birinin də həlli yoxdur;

C) Qoşma məsələlərdə ilkin məsələ minimum məsələsidirsə ona qoşma məsələdə maksimum məsələsi həll olunur;

D) Qoşma məsələlərdən birini simpleks üsulla həll etdikdə o birinin həlli də həmin cədvəldə alınır;

E) Qarşılıqlı qoşma məsələlərdən birinin həlli varsa, o birinin də həlli var;



25. Qosma məsələnin bərəbərsizlikləri eyniistiqamətlidirmi?

A))Əgər məsələlərdən birinin bərabərsizlikləri bir istiqamətdədirsə, o birinin də bərabərsizlikləri həmin istiqamətdədir;

B) Qoşma məsələlərin birində məhtudiyyət şərtlərini sərbəst hədləri, məhtudiyyətlərin ölçüsünü müəyyən edirsə, ona qoşma olan məsələdə funksionalın əmsallarını ifadə edirlər;

C) Məsələnin birinin məhtudiyyət şərtlərinin matrisi o birinin məhtudiyyət şərtlər matrisinin transpanirə olunmuşudur;

D) Qoşma məsələlərdən biri funksiyanın maksimallaşdırılmaslına həll edilirsə o birisi minimallaşdırılmasına həll edilir;

E) İlkin məsələnin dəyişənləri qoşma məsələnin riyazi yazılışına daxil olmur.



26.XPM qosma simpleks üsülla h əll edilərkən həl alqoritminə aid deyil:

A)) XPM –nin qoşma simpleks üsulla həll edərkən hər bir bərabərsizliyə iki dəyişən daxil edilir;

B) XPM –ni qoşma simpleks üsulla həll edərkən bərabərsizlilərin hər iki tərəfi (-1)-ə vurulur;

C) Bərabərsizliyin istiqaməti dəyişdirildikdən sonra, vahid alt matris olması üçün əmsalları vahid olan süni dəyişənlər daxil edilir;

D) Süni dəyişənlər məqsəd funksiyasına sıfır əmsalı ilə daxil edilir;

E) Sərbəst hədlərin işarəsi mənfi olur.



27. XPM –ni qoşma simpleks üsulu ilə həll edərkən simpleks cədvəlin tərtibi zamanı aşağıdakı addımlardan biri doğru deyildir:

A)) İstiqamətləndirici sütunu tapmaq üçün indeks sətrinin elementlərini istiqamətləndirici sətrin elementlərinə bölür və ən böyük nisbət götürülür;

B) Plana daxil edilən dəyişənlərin əmsallar sıfra bərabər olur;

C) Əvvəlcə istiqamətləndirici sətir müəyyən olunur;

D) Yekun sütunda sərbəst hədlərin işarəsi mənfi götürülür;

E) İstiqamətləndirici sətir, sütun və həlledici element müəyyən olunduqdan sonra matrisin bütün elementlərində çevrilmələr aparılır.



28. XPM –ni simpleks üsulla həll edərkən aşağıdakı əməliyyatlardan biri doğru deyildir:

A)) Süni dəyişənlər məqsəd funksiyasına + M 1 əmsalları ilə daxil edilir;

B) Məhtudiyyətlər sistemində vahid alt matris qurulur;

C) Bərabərsizliklərin hər iki tərəfi (-1) vurulur;

D) Əvvəlcə istiqamətləndirici sətir müəyyən olunur;

E) İstiqamətləndirici sətir əsasında istiqamətləndirici sütun müəyyən olunur.



29.Qosma məsələ haqqında fikirlərdən biri doğru deyildir:

A)) İlkin məsələnin hər hənsı k –cı məhtudiyyət şərti optimal planda bərabərldəniyə çevrilsə, onda qoşma planda yk dəyişəni sıfır qiyməti alır;

B) Qoşma qiymətlər resursların qıtlıq ölçüsüdür;

C) İlkin məsələnin hər hansı k –cı məhtudiyyət şərti optimal planda bərabərliyə çevrilirsə, onda qoşma planda yk müsbət qiymət alır;

D) İlkin məsələnin hər hansı k –cı məhtudluq şərti optimal planda ciddi bərabərsizlik şəklində olarsa yk sıfra bərabər olur;

E) yk = 0 oldyqda resurs qıt hesab olunmur və tam istifadə olunmur.



30.QOSMA qijmətlər haqqında təkliflərdən biri doğru deyildir:

A))Məchulların sıfır qiymətlərində uyğun qoşma şərtlər sıfra çevrilir.

B) Qoşma qiymətlər variantların səmərəlilik ölçüsüdür;

C) Optimal planda məchulların müsbət qiymətləri üçün qoşma məsələnin müvafiq məhtudluq şərtləri bərabərlik şəklində yazılır;

D) Məchulların sıfır qiymətlərində uyğun qoşma şərtlər bərabərsizliyə çevrilir;

E) Qoşma qiymətlər məhtudluq şərtlərinin məqsəd funksiyasına təsir ölçüsüdür;



31. SAB qurularkən ilkin verilənlərə aid deyil

A)) Sahələr üzrə məhsul buraxılışının həcmi

B) Düzünə xərc əmsalları;

C) Hər sahə üzrə məhsula son tələb;

D) Həm (2), həm də (3);

E). Xalq təsərrüfatı sahələrinin sayı;



32. Cavablardan biri düzünə xərclər əmsallarına aid detil.

A)) Düzünə xərclər əmsalları bir sahənin məhsulunun o biri sahələrin məhsullarının hansı hissəsini təşkil etdiyini göstərir;

B) Düzünə xərclər matrisinin istənilən sütunu üzrə əmsalların cəmi vahiddən kiçikdir;

C) Düzünə xərclər matrisinin istənilən sətri üzrə əmsalların cəmi vahiddən kiçikdir;

D) Düzünə xərclər əmsalları (aij), j sahəsində bir vahid məhsul istehsal etmək üçün i sahəsindən nə qədər məhsul lazım olduğunu göstər

E) vahid məhsulun istehsalına çəkilən xərclərin miqdarı;



33. Tam xərclər əmsallarının iqtisadi mənasını ifadə edir.

A)) j sahəsində bir vahid son məhsul istehsal etmək üçün i sahəsindən nə qədər məhsul lazım olduğunu ;

B) Bir sahənin məhsulunun həcminin o biri sahələrin məhsullarının həcminin hansı hissəsini təşkil etdiyini ;

C) Bir sahənin məhsulundan o biri sahələrdə nə qədər istifadə edildiyini ;

D) j sahəsində bir vahid məhsul istehsal etmək üçün i sahəsindən nə qədər məhsul lazım olduğunu göstərir ;

E) Həm (A) həm də (B).



34. SAB – ın İRM – i XPM-nə gətirilərkən ilkin məlumatlara aid deyil.

A)) Hər bir sahənin məhsuluna son tələbin miqdarı;

B) Hər sahə üzrə məhsul vahidinin reallaşdırılmasından əldə olunan gəlir;

C) Düzünə xərclər əmsalları;

D) Hər bir sahə üzrə istehsal olunan məhsulun miqdarı;

E) Xalq təsərrüfatında fəaliyyət göstərən sahələrin sayı.



35. SAB –ın dinamik modelində məhsulun müəyyən dövr üçün miqdarının müəyyən olunduğu düstura hansı amil daxil deyil?

A)) Ötən dövrdə tələbin həcmi;

B) Düzünə xərclər əmsalı;

C) Baxılan dövrdə tələbin həcmi;

D) Ötən dövrdə məhsul istehsalının həcmi;

E) Kapital qoyuluşu əmsalları;



36. Kapital qoyuluşu əmsallarının iqtisadi mənasını ifadə edir.

A)) j sahəsində məhsul artımının hər vahidinə i sahəsindən j sahəsinə fond yaratmaq üçün ayrılan məhsulun miqdarını;

B) j sahəsində məhsulunun hər vahidinə bu sahədən kapital qoyuluşu üçün ayrılan məhsulun miqdarını;

C) Sahədə bir vahid fond artımı üçün isyifadə olunan məhsulun dmiqdarını;

D) Son məhsuldan bir vahid fond artımı üçün ayrılan məhsulun miqdarını;

E) sahəsinin son məhsulundan j sahəsinə fond artımı üçün ayrılan məhsulun miqdarını;



37. İstehsal sahələrinin inkişafı və yerləşdirilməsinin ən əlverişli variantının seçilməsi mərhələsinə aid deyil.

A))Qiymət proqnozlarının verilməsi;

B) Riyazi modelin qurulması;

C) Problemin müəyyən edilməsi;

D) Optimal planının tapilması

E) Nəticələrin təhlili



38. İstehsal sahələrinin inkişafı və yerləşdirilməsinin ən əlverişli variantının seçilməsi mərhələsinə aid deyil.

A)) Qiymət proqnozlarının verilməsi;

B) Riyazi modelin qurulması;

C) Problemin müəyyən edilməsi;

D) Optimal planın tapılması;

E) Nəticələrin təhlili.



39. İstehsal sahələrinin inkişafı və yerləşdirilməsinin ən əlverişli variantı seçilərkən məhtudiyyət şərtlərində nəzərə alınmır.

A)) Problemin müəyyənləşdirilməsi;

B) Məhsula olan tələb;

C) Sistemin başlanğıc vəziyyəti;

D) Sahənin qıt resurslardan istifadə imkanları;

E) Sahənin ayrı – ayrı obyektləri arasında qarşılıqlı əlaqə;



40. İstehsal sahələrinin inkişafı və yerləşdirilməsi modeli qurularkən məqsəd funksiyasına daxil edilir.

A)) İstehsal məntəqələrinin maksimal istehsal gücü;

B) İstehlak məntəqələrinin məhsula olan tələbatının miqdarı;

C) Məhsul vahidinə istehsal xərcləri;

D) Hər məntəqədə məhsul istehsalının həcmi;

E) İstehsal məntəqələrindən istehlak məntəqələrinə daşınan məhsulun miqdarı.



41. İstehsal sahələrinin inkişafı və yerləşdirilməsinin q/ xətti modelinin qurulması üçün ilkin verilənlərə aid deyil.

A)) Hər məntəqədə istehsalın həcmi;

B) İstehlak məntəqələrinin məhsula olan tələbi;

C) Hər məntəqə üçün layihə variantlarının sayı;

D) Hər istehsal məntəqəsinin layihə variantına gorə gücü;

E) İstehsal və istehlak məntəqələrinin sayı



42. İstehsal sahələrinin inkişafı və yerləşdirilməsinin çoxmərhələli modeli qurularkən məqsəd funknsiyasına daxil edilmir.

A)) j məntəqəsində məhsula tələb;

B) r rayonunda xammal vahidinin istehsalına və i məntəqəsinə daşınma xərcləri;

C) r xammal rayonundan i istehsal məntəqəsinə daşınan məhsulun miqdarı;

D) i məntəyqəsində məhsul vahidinin istehsalı və j mənrəqəsinə daşınma xərcləri;

E) i istehsal məntəqəsindən j istehlak məntəqəsinə daşınan məhsulun miqdarı.



43. İstehsal sahələrinin inkişafı və yerləşdirilməsinin modeli qurulark ilkin verilənlərə aiddir.

A) ) Məhsıun çeşidlər nisbəti;

B) r xammal rayonundan istehsal məntəqəsinə daşınan xammalların miqdarı;

C) İstehsal məntəqəsindən istehlak məntəqələrinə daşınan yüklərin həcmi;

D) i məntəqəsində məhsul istehsalının həcmi;

E) r rayonunun xammal resurslarının miqdarı;



44. İstehsalın inkişafı və yerləşdirilməsinin çoxmərhələli modeli qurularkən məhdudiyyət nəjə qoyulur:

A)) r rayonunun xammal resurslarının miqdarına;

B) i məntəqəsində məhsul vahididnin istehsalı və j məntəqəsinə daşınma xərclərinə;

C) Məhsul vahidinə xammal məsrəflərinə;

D) i məntəqəsindən j məntəqəsinə daşınan məhsulların miqdarına (mənfi olmamaq şərti müstəsna olmaqla);

E) r xammal rayonundan i istehlak məntəqəsinə vahid məhsulun daşınması xərclərinə;



45. İstehsal sahələrinin inkişafı və yerləşdirilməsinin çoxməhsullu modeli qurularkən məqsəd faunksiyasına daxil edilmir;

A)) j məntəqəsində k məhsuluna olan tələb;

B) Vahid məhsulun istehsalına sərf edilən xərcləri ifadə edən funksiya;

C) i müəssisəsində k növ məhsulun miqdarı;

D) i məntəqəsində j məntəqəsinə daşınan k nov məhsulun miqdarı;

E) i məntəqəsində j məntəqəsinə bir vahid k məhsulun daşınma xərcləri;



46. İstehsalı sahələrinin inkişafı və yerləşdirilməsinin çoxməhsullu modeli qurularkən ilkin informasiya kimi istifadə olunmur;

A)) i müəssisəsində istehsal olunan k növ məhsulun miqdarı;

B) j istehlak məntəqəsində k məhsuluna olan tələb;

C) i məntəqəsində j məntəqəsinə k məhsulun bir vahidinin daşınan xərcləri;

D) Buraxılan məhsul növlərinin sayı;

E) İstehsal məntəqələrinin sayı;



47. Təkliflərdən biri düzqün balanslı məsələ ücün doğrudur:

A)) Düzgün balanslı məsələlərdə istehsal məntəqələrinin ümumi ehtiyatları istehlak məntəqələrinin ümumi təlabatlarına bərabər olur;

B) Düzgün balanslı məsələdə istehsal məntəqələrinin ümumi ehtiyatları istehlak məntəqələrinin ümumi təlabatından az olur;

C) Düzgün balanslı məsələdə istehsal mənt əqələrinin ümumi ehtiyatları istehlak məntəqələrinin ümumi təlabatından çox olur;

D) Nəqliyyat məsələsi dəyər meyarına görə həll oluna bilməz;

E) Nəqliyyat məsələsi vaxt meyarına görə həll oluna bilməz.



48. Nəqliyyat məsələsinin həlli üçün seçilən meyarlardan biri doğru deyil:

A)) Yüklərin daşınma vaxtının maksimal olması;

B) Yüklərin daşınma vaxtının minimal olması;

C) İşçi heyyətinin seçilməsi zamanı gəlirin maksimallaşdırılması;

D) Daşıma xərclərinin minimal olması;

E) Ümumi daşıma məsafəsinin minimal olması.



49. Düzgün olmayan balanslı nəqliyyat məsələsi həll edilərkən aşağıdakı proseduralardan biri yerinə yetirilmir:

A)) Süni dəyişənlər məqsəd funksiyasına M 1 əmsalları ilə daxil edilir;

B) Süni istehlak məntəqəsinə daşımaların miqdarını ifadə etmək üçün süni dəyişənlər müəyyən edilir;

C) Süni dəyişənlər məqsəd funksiyasına sıfır əmsalları ilə daxil olur;

D) İstehsal məntəqələrinin ehtiyatlarına qoyulan məhtudiyyətlər bərabərsizlik şəklində yazılır;

E) Düzgün balanslı olmayan məsələ düzgün balanslı məsələyə gətirilərək həll edilir.




Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin