Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1



Yüklə 302,66 Kb.
səhifə72/111
tarix01.01.2022
ölçüsü302,66 Kb.
#104905
1   ...   68   69   70   71   72   73   74   75   ...   111
Qrammatik çalışmalar

Öyrənilən qrammatik materialın xarakterindən asılı olaraq çalışmaların növü də müxtəlif olur: fonetik, morfroloji, sintaktik, leksik və s.

Çalışmaların hər biri məzmununa görə fərqlənir və dərslikdə müəyyən sistemlə verilir. Şagirdlərin fikri əməliyyatının xarakterinə görə də çalışmalar müxtəlif olur. Bir qismi təqdim olunmuş qayda və tərifi şüurlu dərketməyə, bir qismi isə söz və cümlələrin təhlil-tərkibinə, bəziləri qarşılaşdırma, qruplaşdırma və s. əməliyyata xidmət edir.

Qrammatik çalışmalar yazılı və ştfahi olur. Şifahi çalışmalar daha çox fonetika və nitq inkişafı i lə əlaqədardır, bəzən isə yazılı çalışmalara hazırlıq məqsədi ilə yerinə yetirilir. Belə çalışmalar çox zaman bütöv sinfin iştirakı ilə icra edilir.

Şagirdlərin iştirakına görə çalışmalar fərdi və kollektiv olur.

Ümumiyyətlə, çalışmalarla iş prosesində müəllim özü işə nəzarət etməli, yeri gəldikcə şagirdlərə fərdi yanaşmanı unutmamalı, həmçinin də, onları yaradıcılığa, müstəqil işləməyə istiqamətləndirməlidir.

Qrammatik çalışmalar hər bir dərs də yerinə yetirilir. Fonetikanın tədrisində çalışmalar nitq səslərinin düzgün tələffüzünü, sözlərin hecalara ayrılması, ahəng qanununun gözlənilməsinə və s. məsələlərə xidmət edir. Qrammatik vərdişlərin öyrənilməsində fonetik çalışmalar xüsusi əhəmiyyətə malikdir.

Morfoloji çalışmalar dilin morfoloji quruluşunun başa düşülməsinə xidmət edir. İstər sözün tərkibi, istərsə də nitq hissələrinin öyrənilməsi ilə əlaqədar çalışmalar şagirdlərdə orfoqrafik vərdişlərin yaranması və dil üzrə biliklərin genişlənməsinə xidmət edir.

Nitq hissələri ilə bağlı olan çalışmalar isə şagirdlərə qruplaşdırma və təsnifetmədən baş çıxarmağı öyrədir. Şagirdlər qrammatik kateqoriyaların mahiyyətini başa düşür, nitqdə sərbəst işlədə bilirlər.

Sintaktik çalışmalar şagirdlərin cümlənin quruluşu, tərkibi haqqında məlumatını artırır, onlara müstəqil söz birləşmələri və cümlə qurmağı öyrədir. Bunlar isə rabitəli nitqin inkişafını təmin edir.

İbtidai siniflrə də lüğət üzrə çalışmalara da geniş yer verilir. Bu tipli çalışmalar lüğət-qrammatik və lüğət-orfoqrafik olmaqla iki yerə ayrılır. I növ çalışmalar hər hansı sözün hansı nitq hissəsinə aid olmasını müəyyənləşdirməyi, sözə qohum sözləri, sinonim, antonim tapmağı, çoxmənalı sözlər üzərində işləməyi, sözləri qurplaşdırmağı, növ-cins əlaqələrini aydınlaşdırmağı və s. tələb edir. II növ çalışmalar yazılışı çətin sözlərin yazılması üzrə işə aid olur.

Qrammatik çalışmalar şifahi və ya yazılı olur. Şifahi çalışmalar daha çox fonetika və nitq inkişafı ilə əlaqədar aparılır. Bəzən də, yazılı çalışmalara hazırlıq məqsədilə yerinə yetirilir. Belə çalışmalarda çox zaman bütöv sinif iştirak edir. Şagirdlərin iştirakına görə çalışmalar fərdi və kollektiv olur.

Çalışmalar rəngarəng və maraqlı olmalı, yorucu olmamalı, müntəzəm aparılmalı, keçilən material mənimsənilənədək təkrarlanmalıdır. Bu iş şagirdlərdə təhlil etmək, diktəyə əsasən yazmaq, sözə sual qoymaq, mövzulara aid məlumat toplamaq kimi bacarıqlar yaratmaqla onları müstəqil fəaliyyətə hazırlamalıdır. Ümumiyyətlə, çalışmalar qayda və təriflərin şüurlu mənimsənilməsi və nitq inkişafına xidmət etməlidir.




  1. Yüklə 302,66 Kb.

    Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin