Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


Vətəndaş-hüquqi məsuliyyətin şərtləri



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə54/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   ...   50   51   52   53   54   55   56   57   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

Vətəndaş-hüquqi məsuliyyətin şərtləri. Müqavilə öhdəliklərinin vaxtında 
icra edilməsinə və ya yerinə yetirilməsinə görə məsuliyyət avtomatik olaraq həyata 
keçirilir. Bunun üçün aşağıdakı şərtlərin olması zəruridir: bilvasitə məsuliyyət 
daşıyan şəxslərin öhdəliklərini qanuna zidd olaraq keçirməsi; zərərin yaranmasına 
gətirib çıxaran qanunsuz fəaliyyətlə onu doğuran səbəblər arasında əlaqə; qayda 
pozanın günahı. 
Məsuliyyəti doğuran səbəblərin aşkar edilməsi praktikada böyük əhəmiyyət 
kəsb edir. Məhsulun göndərilmədiyi şəraitdə sahibkar eldə edilməmiş mənfəətə 
görə zərər haqqında mal göndərənlərə iddia qaldırır. Çünki məhz bu səbəblər 
üzündən istehsal və satış planının yeti- rilməməsi hallan müşahidə edilir. 
Əgər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı qanunda və 
müqavilədə heç bir tələb nəzərdə tutulmursa, onda sahibkar yalnız qeyri-müəyyən 


qüvvələrin təsiri nəticəsində məsuliyyətdən konar hesab edilir. Qeyri-müəyyən 
qüvvələrə isə'ilk növbədə fövqəladə və qarşısı alınmaz proseslər (təbii təsir, hərbi 
təsir və s.) aid edilir. Sahibkar öz məhsullarını satmaq üçün lazımi bazar əldə edə 
bilməsələr də öz tərəf müqabilləri qarşısındakı öhdəlikləri pozduğu halda 
məsuliyyətdən kənarlaşa bilmir. Belə hallarda müqavilə öhdəliklərini pozmasına və 
ya icra etməməsinə görə sahibkar günahkar (təqsirli) hesab edilir. 
Müqavilə öhdəliklərinin pozulmasına görə məsuliyyətin müəyyənləşdirilməsi 
zamanı kreditorların münasibəti də əsas götürürlür. Qanunda nəzərdə tutulur ki, 
öhdəliklərin icra edilməməsi və vaxtında yerinə yetirilməməsinə kreditorların 
fəaliyyəti təsir göstərmişsə, onda arbitraj məhkəməsi və ya münsiflər heyəti 
borclunun daşıdığı məsuliyyəti aşağı sala bilər. Bu zaman müqavilə bağlayan 
tərəflərin hər ikisi qarışıq günahkar hesab edilir. 
Müqavilə öhədəliklərində ən mühüm cəhətlərdən biri də icra müddətinin 
müəyyənləşdirilməsidir. Ölkənin Mülki Məcəlləsində ayrı-ayrı müqavilə 
növlərinin vaxtında icra edilməməsinə görə sanksiyalarla yanaşı borclunun və ya 
kreditorların öhdəliklərinin vaxtının keçməsi, yəni, öhdəliklərin icra müddəti də 
nəzərdə tutulur. Müqavilənin icra müddətinin vaxtının keçməsinə görə borclu olan 
təsərrüfat subyekti müqavilənin şərtlərini yerinə yetirmək imkanına malik olmadığı 
hallarda belə kreditorlar qarşısında cavabdehlik daşıyırlar. Bu vaxt borclu olan 
təsərrüfat subyekti qeyri-müyyən qüvvələrin təsiri nəticəsində belə yaranmış 
zərərin ödənilməsindən azad edilmir. 
Müqavilə intizamının pozulmasına görə sanksiyaların tətbiqi sahibkar üçün 
əlverişsiz hesab edilən iqtisadi vəziyyətə təsir etdiyi hallarda səmərəsiz hesab 
edilir. Məlumdur ki, istehsal vasitələri üzrərində dövlət mülkiyyətinin mövcud 
olduğu şəraitdə dövlət müəssisələrinə cərimə sanksiyalarının tətbiqi lazımi nəticəni 
vermir. Bu isə müəssisənin əmlak vəziyyətinə əhəmiyyətli dərəcədə təsir etmir. 
Əksər hallarda zərərçəkən onlar yox, dövlət büdcəsi olur. Məhkəmə qaydasında
cərimələrin tətbiqi və zərərin ödənilməsi ilə yanaşı məhkəmə instansiyalarına 
müraciət etmədən müqavilə öhdəliklərini pozan sahibkara opreativ təsir tədbirləri 
də həyata keçirilir. Operativ tədbirlərə aşağıdakılar aid edilir: 


- alqı-satqı müqaviləsində keyfiyyətsiz məhsul əldə etmiş alıcı həmin məhsulu 
qəbul etməkdən və bu məhsula görə haqq ödməkdən imtina etmək hüququna 
malikdir. Əgər pul vəsaiti ödənilmişsə onda alıcı həmin məbləği geri qaytarmaq 
və ya həmin məhsulu keyfiyyətlisi ilə dəyişdirmək hüququna malikdir; 

məhsulun daşınması müqaviləsində məhsulun dəyəri satıcıya 
çatdırmayanadək yükün göndərilməsini dayandırmaq hüquqları təsdiq edilir; 
-alqı-satqı müqaviləsində təminat müddəti göstərilir. Bu da satılmış 
məhsullarda bu və ya digər çatışmamazlıqlar müşahidə edilərsə onu qaytarmağa 
və ya dəyişdirməyə borclu olmasını nəzərdə tutur. 
 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin