inkişaf etməyə başladı. Belə bir dövrdə əvvəllər mövcud olmuş ailə firmaları, iri
mülkiyyətçilər yüzlərlə xırda əmanətçilərə - səhm sahiblərinə parçalanır. Bu
proseslərin inkişafı xırda və iri biznes arasında ziddiyyətlərin dərinləşməsinə gətirib
çıxarır. Bu şəraitdə xırda firmaların fəaliyyəti çətinləşir, orta və iri finnalarm inkişafı
geniş vüsət alır. Maksimum mənfəət əldə etmək imkanları daha çox reallaşır. Bu
zaman yeni peşə və ixtisaslara - meneccr-rəhəərlərə və istehsalın təşkilatçılarına
ehtiyac yaranır. Əvvəllər sahibkarlıq funksiyası bir nəfərin əlində mərkəzləşmiş,
sonralar isə xüsusi istiqamətlərə ayrılmışdır. İstehsal- iqtisadi prosesləri həyata
keçirmək üçün maliyyəçi, iqtisadçı, mühasib, hüquqşünas, konstruktor,
tcxnoloqlardan istifadə olunur. Bundan əlavə, istehsalın təşkili və ona rəhbərliyin
mərkəzləşdirilməsi məqsədi ilə bir çox funksiyaları yerinə yetirən menecerlərə
getdikcə daha çox tələbat yaranır.
Rusiyada sahibkarlıq hələ qədim dövrlərdən mövcud olmuşdur. O, hələ ticarət
və sənətkarlıq formasında Kiyev Rus dövləti zamanında yaranmışdır. Rusiyada ilk
sahibkarlar xırda tacirlər hesab edilir.
Rusiyada sahibkarlıq I Pyotrun
hakimiyyəti illərində (1689-1725)
daha çox inkişaf etmişdir. Sahibkarlığın ilkin
ibtidai əsasını manafakturalar təşkil etmişdir. Sahibkarlığın sonrakı inkişafının
qarşısının alınması ilk növbədə təhkimçilik hüququnun mövcudluğu ilə bağlıdır.
1861-ci ildə təhkimçilik hüququnun ləğv
edilməsini nəzərdə tutan islahatlar
sahibkarlığın inkişafına güclü stimullar yaratdı. Dəmir yollarının tikintisi, ağır
sənayenin yenidən təşkilinə başlanması səhmdar cəmiyyətlərinin yaradılmasına
təkan verdi. Sənayenin inkişafı və yenidən qurulması xarici kapitalın cəlb edilməsinə
əsaslandı.
Dostları ilə paylaş: