Mövzu Sitologiyanın əsasları bəhsinin tədrisində prokariot və eukariot hüceyrələrinin quruluşunun öyrədilməsi



Yüklə 24,46 Kb.
tarix21.10.2017
ölçüsü24,46 Kb.
#8580

Mövzu 2.

Sitologiyanın əsasları bəhsinin tədrisində prokariot və eukariot hüceyrələrinin quruluşunun öyrədilməsi

Hüceyrə nəzəriyyəsi - canlı aləmin: bitkilərin, heyvanların və digər canlı orqanizmlərin yaranma və inkişafının ümumqəbulolunmuş və məxrəcləşdirilmiş prinsiplərini əhatə edən, hüceyrənin hər bir canlı orqanizmin təşkil olunduğu toxumaların vahid struktur elementi olduğunu sübut edən bir nəzəriyyə.

Hüceyrə nəzəriyyəsi biologiya elminin əsasını qoymuş, təkamül baxışlarının meydana çıxmasına səbəb olan bir nəzəriyyə olub, XIX əsrin ortalarında təşəkkül tapmışdır. Hüceyrə nəzəriyyəsinin əsası 1839-cu ildə alman alimləri Şvann Teodor,Mattias Yakob Şleyden və Virxov Rudolf tərəfindən hüceyrə üzərində aparmış olduqları təcrübə və müşahidələr əsasında qoyulmuş olmuşdur. Tədqiqatlarına əsaslanaraq Şvann Teodor və Mattias Yakob Şleyden ilk dəfə olaraq sübut etmişdirlər ki, hər bir orqanizmin quruluş vahidi hüceyrədir.

Bitkilər, heyvanlar  bakteriyalar ümumi oxşar quruluşa malikdirlər. Sonralar bu qənaət orqanizmin tamlığını bir daha təsdiqləmişdir. Şvann Teodor  Mattias Yakob Şleydenelmə "hüceyrəsiz həyat yoxdur" ifadəsini gətirmişlər.

Mövzu:

Bakteriyaların quruluşu və həyat fəaliyyəti



Məqsəd:

1.Bakteriyaların formalarını tanıyır

2.Bakteriyaların qidalanmasını müəyyən edir

3.Bakteriyaların çoxalmasını bilir



Metod:

Müzakirə,əqli hücum



İş forması:

Kiçik qruplarla iş



Resurslar:

Botanika 7-ci sinif

Kayzen.az

Motivasiya:

Canlılar neçə aləmə bölünür?

-Bitkilər

-Heyvanlar

-Göbələklər

-Bakteriyalar



Tədqiqatın aparılması:

Şagirdləri kiçik qruplara bölürəm.İş vərəqlərini paylayıram



İş vərəqi 1

Bakteriyaların qidalanmasını araşdırın.Bitki və heyvanlarla oxşar cəhətlərini ortaya çıxardın



İş vərəqi 2

Saprofit bakteriyalar haqqında məlumat toplayın



İş vərəqi 3

Parazit bakteriyalar haqqında məlumat əldə edin



İnformasiya mübadiləsi:

Prezentasiya aparılır



İnformasiya müzakirəsi və təşkili:

Qrup işlərinin müzakirəsi gedir.



Nəticə və ümumiləşdirmə:

Qrupların işləri ümumiləşdirilir və nəticə çıxardılır



Ev tapşırığı:

Bakteriyaların müxtəlif formalarına dair şəkillər toplayın və adlarını qeyd edin.



Qiymətləndirmə:

Ad,soyad

əməkdaşlıq

Bakteriyaların formalarını tanıyır

Bakteriyaların qidalanmasını bilir

Bakteriyaların çoxalmasını bilir












































































Refleksiya:

Bu gün nə sizə maraqlı oldu?



Bakteriyaları bilmək sizcə lazımdır mı?
Yüklə 24,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin