Mövzu10. Anbarlarda və mağazalarda çEŞİDİn formalaşmasi və mal ehtiyatlarinin idarə ediLMƏSİ


Pərakəndə ticarət müəssisələrində ticarət çeşidinin formalaşmasının əsas amilləri



Yüklə 29,8 Kb.
səhifə6/6
tarix01.01.2022
ölçüsü29,8 Kb.
#106811
1   2   3   4   5   6
MÜH 10

4. Pərakəndə ticarət müəssisələrində ticarət çeşidinin formalaşmasının əsas amilləri.

Mağazalarda nisbətən dar istehsal çeşidi geniş ticarət çeşidinə çevrilir ki, bura da müxtəlif ixtisaslaşdırılmış istehsal müəssisələrinin əmtəələri daxildir. Marketinq nöqteyi-nəzərincə, bazar iqtisadiyyatında məhsul istehsalı yerli, milli və iqlim şəraiti nəzərə alınmaqla əhalinin müxtəlif çoxşaxəli tələbatlarının ödənilməsinə yönəldilməlidir. Buna görə də mağazalarda birinci dərəcəli diqqət əhalinin tələba-tının əmləə strukturunu ödəyə biləcək əmtəə çeşidinin formalaşmasına yönəldil-məlidir.

Pərakəndə ticarət müəssisəbrində əmtəə çeşidinin formalaşması mürəkkəb proses olub, çoxlu sayda amillərin təsirinə məruz qalır. Bu amilləri ümumi (bu və ya digər ticarət müəssisəsinin konkret iş şəraitindən asılı olmayan) və spesifık (mövcud ticarət müəssisəsinin konkret iş şəraitini əks etdirən) amillərə ayırmaq olar. Ümumi amillərə alıcı tələbatı və əmtəə istehsalı aiddir.

Hər bir konkret mağazada əmtəə çeşidinin qurulmasına təsir göstərən spesifik amillərə mağazanın tipi və ölçüsü, onun texniki təchizatı, əmtəə təchizatı şəraiti (ilk növbədə, sabit mənbələrin mövcudluğu), xidmət göstərdiyi əhalinin sayı və tərkibi, nəqliyyat şəraiti (bərk örtüklü yolların, ictimai nəqliyyat dayanacaqlarının və s. mövcudluğu), mağazanın fəaliyyət zonasında digər pərakəndə ticarət müəs-sisələrinin mövcudluğu və s. aiddir.



Alıcı tələbatı çeşidin formalaşmasına təsir göstərən əsas amil kimi çıxış edir. Çeşidin formalaşması isə öz növbəsində əhalinin tələbatının maksimum ödənil-məsinə və eyni zamanda, tələbatın genişlənməsinə fəal təsir göstərməyə yönəl-dilmişdir. Çeşidin formalaşması və əhali tələbatı öz inkişaflarında qarşılıqlı əlaqəli-dirlər. Təbbatdakı köklü dəyişikliklər formalaşmış çeşiddə də dəyişikliklərlə müşayiət olunmalıdır.

Pərakəndə satış ticarət müəssisələrində ərzaq məhsullarına çeşidin formalaş-ması zamanı qida məhsullarına tələbatın bir sıra xüsusiyyətlərini nəzərə almaq lazımdır. Belə ki, ərzaq məhsullarına tələbat qeyri-ərzaq əmtəələrinə tələbatla müqayisədə yüksək sabitlik dərəcəsinə malikdir, ayrı-ayrı hallarda isə məşhur mühafizəkarlığı ilə seçilir. İstehlakçı qida məhsullarının müəyyən növlərinə alışır (çörək, pendir növlərinə, qənnadı məmulatlarına və s.), buna görə də belə əmtəə-lərin çeşidinin formalaşmasında sabitliyə nail olmaq və onların fasiləsiz satışını təmin etmək vacibdir.
Yüklə 29,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin