Mövzunun pasportu



Yüklə 22,23 Kb.
tarix22.11.2018
ölçüsü22,23 Kb.
#84580

Mövzunun pasportu

Dissertantın S.A.A.

Əbdürrəhmanova İradə Həmid qızı

Dissertasiya işinin adı (3 dildə)

AZ

Ətraf mühitə nəzarət məsələlərində ölçmə sistemlərinin səmərəliliyinin artırılması və informativliyinin qiymətləndirilməsi

RU

Повышение эффективности и оценка информативности измерительных систем в задачах контроля окружающей среды

İNG

Improving effectiveness and evaluation ofinformativity of measuring

system in tasks of environmental control



İxtisasın şifri

3337.01

İxtisasın adı

“İnformasiya-olçmə və idarəetmə sistemləri”

Rəhbərin S.A.A

Şirinzadə Alçın Ə.

Müəssənin adı

Milli Aerokosmik Agentlik

Əlaqə




Mövzunun aktuallığı

Ətraf mühitin aerokosmik monitorinqində perspektivli texnologiyaların tətbiqi məsələsinin müvəffəqiyyətli həlli bir çox aparıcı araşdırma qruplarının və fərdi alimlərin aşağıdakı istiqamətlərdə səylərini əhatə edir: obyektlərin və ətraf mühit elementlərinin bortdan ölçülməsi üçün perspektivli texnologiyaların işlənilməsi üçün elmi və metodik əsasların formalaşdırılması;aerokosmik ekoloji monitorinqin yeni prinsipləri, metodları və metodologiyalarının hazırlanması;atmosferdə, su mühitində, bitkiçilikdə və ümumiyyətlə aerofotoçəkilişlərdə bortdan ölçmə texnologiyalarının ayrı-ayrı və ya birgə istifadəsi üçün optimallaşdırma prosedurlarının işlənilməsi.Texnologiyaların inkşafının heç də az əhəmiyyətli olmayan başqa bir istiqaməti də mövcuddur ki, bu istiqamət aşağıda göstərilən məsələlər üzrə mövcud metodlar və metodologiyaların optimallaşdırma və rasionallaşdırma baxımından təkmilləşdirilməsindən ibarətdir: məlum texnologiyanın təkmilləşdirilməsi üzrə qarşıya qoyulmuş məqsədə çatma effektivliyini əks etdirən məqsəd kriterisinin düzgün müəyyənləşdirilməsi;seçilmiş effektivlik kriterisinin ekstremal qiymətinin əldə edilməsi yollarının baxılan problemin mümkün texniki həllərinin axtarışı;sistemin seçilmiş effektivlik kritesinin ekstremal qiymətinin əldə edilməsi tələbinə və həmçinin verilmiş məhdudiyyət şərtlərinə müvafiq olan keyfiyyətcə yeni olan texniki həllin sintezi.Dissertasiya tədqiqatlarının seçilmiş mövzusunun aktuallığı ətraf mühitin aerokosmik monitorinqi texnikasının və bort ölçmələri elmi texniki və konseptual əsaslarının keyfiyyətcə daha da inkişaf etdirilməsi və yüksək effektiv kompleks, sistem və qurğularda yeni konsepsiyaların, perspektiv prinsiplərin, metod və metdodikaların texniki reallaşdırılmasının yeni metod, metodologiya və üsullarının işlənilməsi zərurəti ilə müəyyənləşir.Hazırki dissertasiya işi bitki sahələrinin, atmosferin , aerokosmik təsvirlərin və aerokosmik kalibrasiya və validasiya poliqonlarının tədqiqi istiqamətində yeni metod və metodikaların işlənilməsinə həsr edilmişdir.


Mövzunun vəziyyəti

Təqdim edilmiş dissertasiya işində aerokosmik monitorinqin prinsiplərinin, üsullarının və metodologiyasının innovativ inkişafının ümumi konsepsiyası aerokosmik monitorinqin dörd aktual istiqamətinin ayrı-ayrı problemləri üzrə təfsilatı ilə göstərilib. Səthdə kiçik qazların paylanmasının aerokosmik monitorinqinin inkişafı tendensiyalarının proqnozunun qabaqcadan verilməsi istiqamətində indiyə qədər nəzərdən keçirilməmiş bu cür peyk monitorinqinin effektivliyinin məkan ayırdetməsi və məkan əhatəsi kimi göstəricilərdən asılılığının müəyyən edilməsi məsələsi formulə edilmişdir. Göstərilən məsələnin təklif edilən riyazi həlli yerin səthində kiçik qazların bu cür monitorinqinin effektiv təşkilinin ümumi istiqamətini müəyyən etməyə imkan vermişdir. Dissertasiya işində həll olunan məsələlərdən biri əldə edilmiş nəticələrə özünənəzarəti həyata keçirmək imkanı olmayan şəhər zonalarının kosmik təsvirlərin tematik emalının məlum alqoritminin təkmilləşdirilməsidir. Məlum alqoritmə özünənəzarət əməliyyatının daxil edilməsinə dair təklif olunan innovativ həll aparılan kosmik təsvirlərin təhlilinin dəqiqliyini və etibarlılığını artırmağa imkan vermişdir.Müxtəlif ölçülü obyektlərdaxil edəntekstur şəkillərin məsafədən zondlamasının indiyə qədər həll olunmamış məsələləri sırasında ilk dəfə olaraq tərəfimizdən belə obyektlərdən informasiyanın götürülməsininadaptiv rejimdə qanunauyğunluğu müəyyən edilib. Göstərilən innovativ həll riyazi olaraq əsaslandırılmışdır.Bitkilərinin məsafədən zondla tədqiq edilməsi sahəsindəhəll olunmamış məsələlərdən biri bitkidə quru maddənin miqdarına dair məlumatlar olmadıqda, bitkinin yarpaqlarının su tərkibinin məsafədən təyinidir. Xarici tədqiqatçıların məlum eksperimental nəticələri əsasında tərəfimizdən bitkidə quru maddənin miqdarı haqqında məlumatları tələb etməyən, sululuq göstəricisinin optimal seriyalı ölçmələrinin keçirilməsinin metodikası hazırlanıb.Hal-hazırda bitkilərin vəziyyətinin monitorinqi sahəsində bitkinin çətirində xlorofilin miqdarının fenologiyası dövrünün cari vaxtından asılı olaraq dəyişməsi qanunauyğunluğununmüəyyənləşdirilməsi üzrə genişmiqyaslı tədqiqatlar aparılır. Lakin elmi ədəbiyyatda bu sahədə aparılan tədqiqatlar arasında , Chl × LAI и TGI (trianqulyarindeksin) vurma hasilinin müqayisəli və birgə öyrənilməsi haqqında məlumatlar yoxdur. Dissertasiya işində ilk dəfə olaraq fenoloji dövr müddətində bu kəmiyyətlərin maksimumlarının üst-üstə düşməsi aşkar edilib, bu da bitkilərin öyrənilməsinin nəzəriyyəsi və təcrübəsi üçün böyük əhəmiyyət kəsb edir.Atmosfer tədqiqatları sahəsində ilk dəfə olaraq tərəfimizdən ölçmə xətalarının azaldılması məqsədi ilə qazların yerin səthində toplanmasına radial nəzarət üzrə məlum metodunun optimallaşdırılmasıməsələsi formuləedilmişdir.Həmçinin ilk dəfə olaraq aerozol kontinumunun atmosferdə kiçik qazların spektrometrik ölçülmələrinin dəqiqliyinə təsirinin optimal kənarlaşdırılması məsələsi həll edilmişdir.Hazırda atmosfer aerozolunun genişmiqyaslı tədqiqatları həmçinin sahil zonalarında da aparılır.İlk dəfə göstərilib ki, tərəfimizdən hesablanmış sahil zonalarının meteoroloji şərtləri aerozolun kiçik qazların üçdalğalı ölçülmələrinə təsirlərini kənarlaşdırmağa imkan verir.Dissertasiya işində həmçinin atmosferin antropogen aerozol çirklənməsinin böyük mənbələrinin lokallaşdırılması üzrə təklif edilənyeni tam dəqiq üsul şərh edilmişdir.


Həlli tələb olunan məsələlər

Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün dissertasiya işində aşağıdakı məsələlər qoyulub və həll olunub:

-qazların məkan paylanmasından peyk monitorinqinin effektivliyinin kosmik spektroradiometrik sistemlərin məkan ayırdetməsindən və məkan əhatəsindən asılılığının tədqiqi;

-şəhər zonalarının aerofotoqrammetrik təsvirlərin tematik emalının məlum alqoritminin tematik təhlilin ara nəticələrinə özünənəzarətinin tətbiqi yolu ilə təkmilləşdirilməsi;

-bir çox müxtəlif ölçülü obyekti daxil edəntekstur şəkillərdən informasiyanın götürülməsinin təsvir sistemlərininfəaliyyət rejimininoptimallaşdırılması;

-bitkilərdə quru maddənin miqdarına dair aprior məlumatlar olmadıqda, bitkinin yarpaqlarının su tərkibinin optimal spektroradiometrikölçmələrininyeni metodikasının işlənib hazırlanması;

-bitkilərin fenologiyasında vegetasiya və reproduksiya dövrələrinin birləşməsi dövründə bitkinin çətirində xlorofilin ümumi miqdarının tədqiqi;

-qazların yerin səthindətoplanmasınaradial nəzarət metodunun çoxdəfəlik ölçmələr rejimində entropiya kriterisinə görə optimallaşdırılması;

- atmosferin kiçik qazlarının spektrometrik ölçmələrinin dəqiqliyinə aerozol kontinuumuntəsirinin optimal olaraq kənarlaşdırılması imkanının tədqiqi;

-fotometrik üçdalğalı ölçmələrdə trassanın meteoroloji və həndəsi amillərini nəzərə almaqla sahil zonalarında aerozol amilinin təsirinin tədqiqi;

-atmosferin antropogen aerozol çirklənməsinin böyük mənbələrinin lokallaşdırılması üzrə informasiya-korrelyasiya metodunun işlənib hazırlanması.




Yüklə 22,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin