Diaqram 2.2. 2017-ci ildə əldə edilən təxmini 954 milyard DKK vergi gəlirlərinin strukturu [35].
Yuxarıdaki qrafikə diqqət yetirdikdə 2017-ci ildə vergitutmadan toplanılan gəlirlərin böyük bir hissəsinin fiziki şəxslərin gəlir vergisinə məxsus olduğunu görmək mümükündür. Bu verginin bazasının genişliyi, dərəcəsinin yüksək olması lakin ölkənin inkişaf səviyyəsi və əhalinin rifah səviyyəsinin yüksək olması ilə əlaqədar əhalinin bu vergiləri könüllü və tam şəkildə ödəməsi bu nəticənin başlıca səbəbidir.
Vergi sisteminin mürəkkəb quruluşuna və bəzi xüsusiyyətlərinə diqqət yetirdiyimiz bu 2 Skandinaviya ölkəsinin gəlir və mənfəət vergisiylə bağlı təcrübələrində müəyyən oxşar və fərqli cəhətlərin də olduğunu gördük. Ümumiyyətlə bu ölkələrin vergi sistemindəki başlıca fərqli Danimarkada Vergilər Nazirliyinin, Norveçdə isə Maliyyə Nazirliyi yanında Norveç Vergi İdarəsinin bu sahədə başlıca orqan olmasıdır. Digər bir fərq isə Norveçdə ikili vergi sisteminə üstünlük verilməsinə baxmayaraq, Danimarkda qarışıq vergi sisteminin tətbiqidir. Bununla yanaşı hər 2 ölkədə bəzi sahələrdə xüsusi vergi rejimləri mövcuddur.
Bu ölkələrdə vergi sisteminin təkmilləşdirilməsi isqtiqamətində görülən işlər hələ də davam etdirilməkdədir.
Dostları ilə paylaş: |