Müasir döVRÜn qlobal problemlərinin təSNİfati



Yüklə 60,11 Kb.
tarix19.06.2018
ölçüsü60,11 Kb.
#54186

Ad: Səməd

Soyad: Abbasov

Fənn: AR

Fakültə:

İxtisas:

Kurs və qrup:

Sərbəst işin mövzusu: MÜASIR DÖVRÜN QLOBAL PROBLEMLƏRINİN TƏSNİFATI



MÜASIR DÖVRÜN QLOBAL PROBLEMLƏRINİN TƏSNİFATI

1. Müasir dövrdə tarixin tərəqqisi bəşəriyyəti elə qlobal- sosial problemlər qarşı-sında qoymuşdur ki, onların həllinin keçikdirilməsi bütövlükdə bəşəriyyətin özünün mövcudluğunun təhlükə altına alınması, dünya sivilizasiyasının naliyyətlərinin məhv olması demək olardı. Müasir dünya mürəkkəbdir, bir-birilə mübarizə aparan meyillərlə aşılanmış, zidiyyətlərlə doludur. Dünyamız həyacanlar və ümidlər dünyasıdır. Yer kürəsi heç bir zaman bu cür siyasi və fiziki yük ağırlığına məruz qalmamışdır. İnsan heç vaxt təbiətdən bu qədər bac almamış, onu çıxılmaz fəlakətlərə dücar etməmiş və özü yaratdığı vasitələr qarşısında bu qədər aciz qalmamışdır.

Deməli, insanın təbiət və cəmiyyətdən daha çox mənfəət götürmək hərişliyi ol-duqca kəskin və mürəkkəb iqtisadi, sosial-mənəvi, siyasi, hərbi, müdafiə, əhali, təbiətin mühafizəsi və s. problemlər doğurmuşdur ki, onlar da qlobal problemlər adlanır. De-məli, müasir dövrdə bəşəriyyətin mövcudluğu üçün mühüm əhəmiyyət kəsb edən və ictimai tərəqqinin ondan asılı olduğu problemlərin məcmusu qlobal problemlər adlanır. Məs. dünya istilik nüvə müharibəsi təhlükəsinin qarşısını almaq və sülh şəraitinin təmin edilməsi; insanların həyat səviyyəsinin yüksəldilməsi və gəlir fərqlərinin silin-məsi, yer kürəsində işsizlik, aclıq, savadsızlıq və s. təhlükənin aradan qaldırılması, əhalinin sürətlə artması, onların tələbatının ödənilməsi, “demoqrafik partlayışın” tən-zim ediməsi, ətraf mühitin, havanın, suyun, atmosferin çirkləndirilməsinin qarşısının alınması, bəşəriyyətin ərzaq və sənaye məhsullarına, enerji mənbələrinə artan tələbatı-nın ödənilməsi, ETİ-in dağıdıcı, mənfi nəticələrinin aradan qaldırılması və s. müasir dövrün qlobal problemlərinə misal göstərmək olar. Həmin problemlər insanın təbiətdən tamahkarlıqla istifadə etməsinin, ETT –nin daha çox mənfəət götürmək məqsədinə tabe edilməsinin, təbiətin geoloji və bioloji qanunauyğunluqlarına məhəl qoyulmamasının, ictimai inkişafda kortəbiilik və təsərrüfat quruculuğunda pozğunluq və anarxiyanın olması, hərbiləşdirmənin və s. nəticəsidir. Başqa sözlə, müasir dövrün problemləri- XX əsrin 2-ci yarısındakı sosial-iqtisadi inkişafın və ETT-nin kortəbiiliyinin təbii-tarixi nəticəsidir.

Beləliklə, müasir dövr elə qlobal problemlər qarşısındadır ki, onların həll edilməsi bütün dövlət və millətlərin, yer kürəsinin bütün xalqlarının birləşməsini, onların birgə səyini tələb edir. Ümumbəşəri, qlobal problemləri bir dövlətin və ya dövlətlər qrupu-nun qüvvəsi ilə həll etmək olmaz. Burada ümumdünya miqyasında əməkdaşlıq, qarşı-lıqlı fəaliyyət zəruridir. Yaşadığımız dövrün tələbi belədir.

Deməli hazırda bəşəriyyətin mövcudluğu üçün qlobal təhlükə yaranmışdır ki, heç bir dövlət, heç bir millət ondan kənarda qala bilməz. Bu qlobal təhlükə bəşəriyyətin qlobal vəhdətini, qlobal siyasət yürüdülməsini, planetar birlik, birgə mübarizə tələb edir.

Hər cür geniş şəhatəli hadisələri “qlobal” adlandırmaq olmaz. Burada müxtəlif mövqelər mövcuddur. “Qlobal” problemlərin meyarı müxtəlif şəkildə təhlil olunur. Birinci mövqeyə görə “qlobal problemlər” aşağıdakı meyarlarla müəyyən olunur:

a) miqyası v\ə əhəmiyyətinə görə ən geniş, bütün dünya ölkələrini əhatə edən; b) bütün sahələri əhatə edən; v) ümumbəşəri, planetar səciyyə daşıyanş

İkinci mövqeyə görə “qlobal problemlər” üçün dörd cəhət əsas götürülməlidir: a) o hadisələr “qlobal” xarakter daşıyır ki, onlar ictimai tərəqqiyə mane olur və siviliza-siyanı məhv etmək təhlükəsi yaradırlar; b) onlar bütün xalqların, dövlətlərin və bütün bəşəriyyətin mənafeyinə toxunurlar; v) onlar özlərində ictimai və təbii prosesləri bir-ləşdirərək, sosial- təbii və biososial mahiyyət daşıyırlar; q) onların həll edilməsi bey-nəlxalq əməkdaşlıq tələb edir.

Müasir dövrdə qlobal problemləri belə qrublaşdırmaq olar: a) planetar, bəşəri, təhlükə doğuran ictimai-iqtisadi, sosial-siyasi qlobal problemlər: müharibə və sülh problemləri, hərbiləşmə, iqtisadi fəlakətlər: aclıq, işsizlik, mənzilsizlik, əhali təbəqələri arasında gəlir fərqlərinin kəskin sürətdə artması, siyasi idarəçilik və tənzimləmə zid-diyyətləri və s.; b) planetar təbii təhlükə doğuran qlobal problemlər: təbiətin mühafizə-si və ondan səmərəli istifadə edilməsində törədilmiş bəşəri problemlər: yer altı və yer-üstü sərvətlərin, dəniz və okenaların sərvətlərinin tükənməsi təhlükəsi, təbii yaşayış vasitələrinin: torpaq, su, hava, meşə, atmosfer və s. çirkləndirilib yararsız hala salın-ması, enerji mənbələrinin tükənmək təhlükəsi vəs. v) əhali artımı və mənəvi tənəzzüllə bağlı meydana çıxan demoqrafik- mənəvi qlobal problemlər: əhalinin sürətlə artması və yaşayış vasitələrinin isə zəif inkişaf etməsi, insanların ərzaq və zənaye malları ilə təmin olunmasındakı böhranlı vəziyyət, “demoqrafik partlayış”, elmi-texniki tərəqqinin doğurduğu neqativ sosial-mənəvi nəticələr, bəşəriyyətin gələcəyi üçün yaranmış ümidsizlik və mənəvi tənəzzül və s.

2. Qlobal müharibə və sülh problemləri.

Hazırda bəşəriyyət bütün Yer kürəsini məhv edəcək dünya raket-nüvə müharibəsi təhlükəsi doğurmuşdur. Hələ müəyyən dairələrdə həmin təhlükəni artırmağa, mühari-bələr vasitəsilə öz ərazilərini genişləndirməyə çalışanlar, “ulduz müharibələri” proq-ramları hazırlayanlar, kosmosdan müharibə məqsədilə istifadə etməyə çalışan qüvvələr az deyildir. Odur ki, bütün dünyanın sülhsevər qüvvələri birləşməli, sülhün və təhlükə-sizliyin təmin edilməsi uğrunda fəal mübarizəyə qoşulmalıdırlar.

Müharibə -dövlətlər və xalqlar arasında aparılan mütəşəkkil silahlı mübarizədir, siyasətin zor vasitəsilə silah gücünə həyata keçirilməsidir. İbtidai cəmiyyətdə qəbilə və tayfalar arasında da müəyyən müharibələrin olmasına baxmayaraq, müharibələr məna-feləri bir-birinə zidd olan dövlətlərin və siniflərin meydana çıxması nəticəsində siya-sətin silah gücünə həyata keçirilməsi vasitəsi kimi əmələ gəlmişdir. Müharibə vasitəsi kimi xüsusi mütəşəkkil qüvvə-ordu formalaşmışdır. Müharibə siyasətlə əlaqədar olsa da, müharibə yalnız siyasi hadisə deyildir, o həmçinin “siyasətin əsil silahıdır”, siyasi münasibətlərin həyata keçirilən davamıdır.

Deməli, müharibə- güc işlətməyin müəyyən formasıdır. Müharibələr siyasi güc göstərməyin, siyasətin xüsusi formada həyata keçirilməsidir, siyasətin davamıdır. Mü-haribələri iki qrupa ayırmaq olar: ədalətli və ədalətsiz, işgalçı və müdafiə müharibə-ləri. İşgalçılıq məqsədi daşımayan, öz ölkəsinin azadlığı və istiqlaliyyəti uğrunda hə-yata keçirilən müharibələr ədalətlidir. Başqa- dövlətlərin ərazisini qarət etmək, başqa xalq və millətləri əsarət altına almaq uğrunda aparılan müharibələr isə ədalətsiz müha-ribələrdir. Bəzən ədalətli müharibələr ədalətsiz müharibələrə çevirilə bilər. Məs. Napo-leonun apardığı müharibələr əvvəlcə Fransanın azadlığı uğrunda ədalətli müharibə idi, sonra isə o, Fransanın ərazilərindən kənara çıxmaqla başqa əraziləri zəbt etməklə ədalətsiz müharibəyə çevrildi.

Müharibələr bəşəriyyətə ölüm, fəlakət və dağıntı gətirdiyi üçün onun qarşısının alınması həmişə çox mühüm dünyagörüşü və fəlsəfi- qlobal problem olmuşdur. Qədim Yunan filosofu Heraklit ədalətsiz müharibələrə qarşı çıxaraq demişdir: “Müharibə, hər şeyin allahı və hər şeyin şahidir... O, birini qul, digərini isə ağa, azad insan edir”. İnti-bah dövrünün humanistləri, XVIII əsr fransız maarifçiləri, Kant və b. müharibələrə cid-dii etraz etmişlər, sülhü təmin etmək üçün konkret fikirlər söyləmişlər. Lakin onlar müharibələrin obyektiv sosial-siyasi əsaslarını düzgün göstərə bilməmişlər.

Müharibələr bəşəriyyətə həmişə fəlakət gətirmişdir.

Yer üzərində qədim dövrlərdən 1980-ci illərə qədər 14.550 böyük və kiçik miq-yaslı müharibələr olmuşdur. İki dünya müharibələri də buraya daxildir. Həmin müha-ribələrdə ölənlərin, aclıq və xəstəliklərdən məhv olanların sayı 3,6 milyard nəfərdir. İki dünya müharibəsi nəticəsində isə 130 milyondan çox insan tələf olmuşdur. Təkcə 2-ci dünya müharibəsində təqribən 82 milyon nəfərdən çox insan məhv edilmiş, minlərlə şəhər və yüz minlərlə yaşayış məntəqəsi tamamilə dağdılmışdır.

Müasir elmi-texniki naliyyətlərin hərbi məqsədlərə tabe edildiyi dövrdə mühari-bələr daha dağdıcı xarakter alır. Müasir səraitdə müharibələr üçün bir sıra obyektiv sosial-iqtisadi və siyasi səbəblər qalsa da, müharibənin qarşısını almaq da mümkündür. Bu məqsədlə hazırda ən dəhşətli istilik-nüvə müharibələrinin (bu zaman Yer üzərin-dəki bütün canlılar, bütün maddi aləmin məhv olması təhlükəsi vardır) qarşısını almaq üçün bütün mütərəqqi qüvvələri öz səylərini birləşdirməlidir. Dünyanın sülhsevər qüv-vələri birləşərək sülhü qoruyub saxlamaq və müharibənin qarşısını almaq imkanı yara-dır. Sülhün qorunub saxlanması üçün yeni siyasi təfəkkürün başlıca tələbləri bunlardır; istilik- nüvə müharibəsinin qarşısını almaq, kosmosdan dinc məqsədlər üçün istifadə etmək, müxtəlif sosial- iqtisadi quruluşlu ölkələrin dinc yanaşı yaşaması; sürətlə silah-lanmanın dayandırılması və tərksilah; beynəlxalq əməkdaşlıq prinsiplərinə əməl olun-ması; sülhün və xalqların təhlükəsizliyinin təmin olunması və s.

3. Qlobal ekoloji problemlər.

Müasir qlobal problemlərin müəyyən qismi təbiət-cəmiyyət, təbiət-insan qarşılıqlı münasibətlərindəki tarazılıq qanunauyğunluqlarının pozulması, təbiəti daha çox istis-mar etmək sahəsində daim artan insan fəaliyyəti nəticəsində baş vermişdir. Məhz bu-nun nəticəsidir ki, yer təkindəki sərvətlərin, təbii ehtiyatların tükənməsi təhlükəsi; ətraf mühitin, hava hövzəsi və okeanların çirklənməsi; əhalinin yaşayış vasitələri ilə təmin olunmasının getdikcə pisləşməsi, təbii mühitin mühafizəsinin pozulması və s. kəskin problemlər meydana gəlmişdir. Bunları “Ekoloji böhran” adlandırmaq olar: təbiət, su, torpaq sürətlə çirklənir, insan öz mövcudluğunu təhlükə altına alır.

Buna görə də təbiət-insan münasibətlərində yeni ekoloji təfəkkür, ekoloji dünya-görüşü formalaşdırmaq zərurəti meydana çıxmışdır. Ancaq bu yolla təbiətdən qanuna-uyğun və məqsədəuyğun istifadə etmək olar. Planetar səciyyə daşıyan və həll edilməsi zəruri olan həmin kəskin və mürəkkəb zidiyyətlərin məcmusu qlobal ekoloji problem-lər adlanır. Qlobal ekoloji problemlərlə xüsusi elm-ekologiya məşğul olur. Son dövr-lərdə bəşər cəmiyyəti ilə coğrafi- təbii mühitin qarşılıqlı münasibətini, ekoloji vəziyyə-tin insanın sağlamlığı və genefonduna təsiri xüsusiyyətlərini öyrənən xüsusi elm sahə-si-sosial ekologiya da meydana gəlmişdir. İnsanın təbiətlə qarşılıqlı münasibəti çox mühüm sosial-iqtisadi və mənəvi- psixoloji əhəmiyyət kəsb etmiş, qlobal problemə çe-virilmişdir. Geniş mənada təbiət öz forma müxtəlifliyi ilə insanı əhatə edən bütün dün-yadır, mövcuddur. Müəyyən mənada isə təbiət-təbiətşünaslıq elmlərinin öyrəndiyi tədqiqat obyektidir. Təbiət- bəşər cəmiyyətinin mövcudluğu və inkişafını şərtləndirən təbii şəraitin məcmusu, ilkin əsası kimi çıxış edir. Məhz bu baxımdan təbiət və cəmiy-yət qarşılıqlı vəhdətdə birləşir, təbiətə insanın münasibəti formalaşır, insan təbiəti öz məqsədlərinə uyğun istiqamətləndirməyə çalışır. Bu mənada təbiət anlayışına həm cəmiyyətin, mövcudluğu üçün, həm də insanın öz mövcudluğu üçün yaratdığı maddi şəraitin məcmusu kimi də baxılır.

Deməli, insanla təbiət arasındakı qarşılıqlı münasibət əbədi bir zərurətdir. Təbiət və cəmiyyət arasındakı qarşılıqlı əlaqə və münasibətin əsasında isə insan fəaliyyəti durur. Təbiət materialına əsaslanan insan fəaliyyəti sosial-sinfi mənafelərə tabe edil-dikdə, qeyri-hümanist məqsədlər daşıdığı zaman, dağdıcı qüvvəyə çevirilir.

F.Engels “Təbiətin dialektikası” əsərində qeyd edir ki, insanın böyüklüyü ondadır ki, o, təbiət qanunauyğunluqlarını öyrənir, “təbiəti öz məqsədlərinə tabe olmağa məc-bur edir”. İnsanın təbiətdən istifadəsi həmişə müəyyən şüurlu məqsədə tabe olmalı, ölçüdən çıxmamalıdır. Təbii-sosial sərvətlərdən vəhşicəsinə istifadə olunması fəlakət-lər doğurur.

Bəşər tarixində təbiət və cəmiyyət arasındakı qarşılıqlı münasibətləri, məhsuldar qüvvələri və istehsal münasibətlərinin inkişaf yetginliyi səviyyəsinə görə üç mərhələni qeyd etmək olar:

1- ci mərhələ, istehsalın, xüsusilə məhsuldar qüvvələrin aşağı inkişaf səviyyəsi ilə şərtlənən, əsasən təbiətin hazır məhsullarının mənimsənilməsi ilə səciyyələnir. Bu dövrün dünyagörüşü üçün təbiətdən asılılıq, onu sığınmaq vərdişləri xas idi.

2-ci mərhələ- əkinçilik və maldarlığın meydana çıxması ilə başlanır. İndi iqtisadi inkişaf anacaq təbiətdə mövcud olanı yığıb-toplamaq deyil, istehsal etməyə əsaslanır. Adətlər təkmil-ləşir, neolit inqilabi baş verir. İnsanın həyat tərzi dəyişir, sinfi cəmiy-yətə keçid dövrü başlanır, yeni-yeni istehsal vasitələri meydana çıxır, əkinçilik və hey-vandarlıq əsas istehsal növü olaraq qalır. Bu dövrdə təbiət və cəmiyyət arasında mü-vazilik getdikcə pozulur. Meşələrin qırılması, kanalların çəkilməsi, geniş tikinti işləri-nin aparılması, iri suvarma sistemlərinin yaradılması və s. ilə insanın təbiət üzərində ağalığı özünü möhkəmləndirir. Bunların nəticəsində təbii proseslər pozulur, münbit ərazilər quraqlıqla məhsulsuzlaşır, tədricən təbiət də insandan intiqam alır.

3-cü mərhələ - qüdrətli məhsuldar qüvvələrin yaradılmasına gətrib çıxaran sənaye çevrilişləri ilə başlanır. Bu dövrdə insanın təbiətə təsiri sənaye istehsalı vasitəsilə həya-ta keçirilir. Belə ki, ətraf mühit insanın mənafeyinə uyğun olaraq dəyişdirilməsinə baş-lanılır. Bu isə insanın təbiəti həddindən çox istismar etməsinə və ekoloji müvazinətin pozulmasına gətrib çıxarır. Bəşəriyyət bu məqsədlə texniki istehsal vasitələrinin yara-dılması, təkmilləşdirilməsi və tətbiqi ilə təbii ehtiyatlardan acgözlüklə istifadə edir, ət-raf mühiti çirkləndirmək və zəhərləndirməkdən çəkinmir. Müasir dövrü də əhatə edən bu 3-cü mərhələ insanın təbiət üzərində təkcə ağalığı ilə deyil, həm də yaranmış “eko-loji partlayış” qarşısında özünün də acizliyi ilə səciyyəvidir. Bu mərhələdə bəşəriyyət təbii mühitin, bütövlükdə yer kürəsinin yaşaya bilib bilməməsi məsələsi ilə üz-üzə dayanmışdır. Cəmiyyətdə təbii sərvətlərin hədsis istismar edilməsi, kortəbii istifadə edilməsi – “ekoloji böhranın” əsas səbəbidir. Istehsal obyektləri, müəssisə və idarələr zərərli tullantılarla atmosferi, çayları, gülləri, okeanları çirkləndirirlər. Bu proses güc-lənmiş, qarşısıallınmaz təhlükəyə çevirilmişdir. Bu təhkükəli vəziyyətin doğura bilə-cəyi nəticələri indi dünya ictimayyəti, alimlər, siyasi və ictimai xadimlər dərk edir, bu sahədə əhalidə səmərəli ekoloji şüur formalaşdırmağı tələb edirlər.

Üçüncü mərhələ üçün insanların dünyagörüşündə bir tərəfdən “ekoloji böhran” təhlükəsinin doğurduğu acizlik və ümidsizlik hissləri, digər tərəfdən isə texniki vasitə-ləri təkmilləşdirmək yolu ilə təbiəti daha çox “ram etmək”, ekoloji ziddiyyətləri aradan qaldırmağa inam hissələri səciyyəvidir.

XX əsrin ortalarından sonra xüsusilə ETİ-nin yaratdığı texniki vasitələrin mey-dana çıxması və onların vasitəsilə insanın təbiətə daha dağdıcı təsir etməsi imkanlarını təbiət-cəmiyyətin qarşılıqlı münasibətlərində 4-cü mərhələ hesab etmək olar.

Hazırda insan qüdrəti təbiət sərvətlərini o qədər mənimsəmişdir ki, onun tükən-məsi təhlükəsini yaratmışdır. XX əsr, ETİ sayəsində insanın təbiəti istismar etməsi çıxılmaz nöqtəyə çatmışdır. Bu vəziyyət isə insan- təbiət münasibətlərində planetar qlobal problemləri doğurmuşdur. Həmin problemlər sırasında enerji, maddi sərvətlər, materiallar ehtiyatının tələbatdan geri qalmasını; okeanların və atmosferin çirklənməsi; təbiətin istismarının olduqca güclənməsi və s. xüsusilə qeyd etmək olar. Həmin prob-lemlər həll etmədən işsizlik, aclıq, savadsızlıq, dilənçilik kimi sosial bəlaları aradan qaldırmaq mümkün deyildir.

Müasir sosial-siyasi və ekoloji şəraitdə həmin qlobal problemləri həll etmək mümkündür. Həmin problemlərin həll edilməsi bütün millət və dövlətlərin eyni dərə-cədə dərk edərək onların aradan qaldırılması uyğrunda birgə səy göstərməsindən, bey-nəlxalq qlobal idarəçilik təşkil edilməsindən, “hərtərəfli beynəlxalq təhlükəsizlik sis-temi yaradılmasından” ibarətdir.

Müasir dövrdə “ekoloji problemləri” həll etmək ətrafında bir çox ideoloji cərə-yanlar, konsepsiyalar və baxışlar mövcuddur. Hələ XIX əsrdə amerikan alimi D.P. Marş ətraf mühitin, təbiətin mühafizəsi haqqında proqram hazırlamışdı. XX əsrdə fran-sız və holland alimləri P.Blaş, Y.Bryun, E.Martoni və M.Sor “insan coğrafiyası” haq-qında konsepsiya yaradaraq planetdə baş verən hadisələrin, insanın coğrafi landşafta təsirinin səmərəli yollarını təhlil etmişlər. XX əsrin 20-30- cu illərində biosifera və onun neosferaya çevrilməsi haqqında B.İ.Vernadski təlimi meydana çıxdı. Burada insanın sosial fəaliyyətinin geoloji nəticələrinə dair yeni baxış irəli sürüldü. Çikaqo məktəbi nümayəndələri (R.Rarin, E.Berdjess, R.D.Makenzi) urbanizasiya prosesini, ekoloji vəziyyətini və s. öyrənmək sahəsində maraqlı fikirlər irəli sürmüşlər. Bu sahədə 1968-ci ildə təşkil olunmuş “Roma klubu” mühüm yer tutur. 30 ölkənin 100-dən artıq alimini, ictimai xadimi əhatə edən “Roma klubu”nun təşkil edilməsindən məqsəd müasir ETİ və ekoloji şəraitlə əlaqədar cəmiyyət inkişafını daha dərindən öyrənmək, mənfi ekoloji nəticələri aradan qaldırmaq, qlobal –sosial problemləri həll etmək üçün yollar axtarmaq, bu sahədə ayrı-ayrı dövlətlərə tövsiyələr verməkdir. “Roma klubu” nun ən görkəmli nümayəndələri D.Medous, C.Forrestyer (ABŞ), E.Pestel (AFR), Y. Tinbergen (Hollandiya), U.Kolombo (İtaliya), D.Qabara (İngiltərə) və b. 1968-1985- ci illərdə “Dünya dinaümikası”, “İnkişafın sərhədləri”, “Dönüş nöqtəsi” və s. kimi əsər-lərində dünya ölkələrinin “qlobal ekoloji fəlakət” dən xilas olmaq üçün təkliflər verir-lər.

Respublikamızda təbiətin mühafizəsinin qanun qüvvəsində olmasına baxmayaraq, bir sıra müəssisə və təsərrüfatlarda ekoloji mədəniyyət səviyyəsi çox aşağı düşmüşdür. Abşeron neft tullantıları min hektarlarla münbit torpağı yararsız hala salmışdır.

4. Demoqrafik partlayış və onun həll edilməsi.

Hər bir ədalətli cəmiyyətin ən ali məqsədi əhalinin daim artan maddi və mənəvi tələbatını daha tam ödəməkdən ibarətdir. Lakin cəmiyyət miqyasında əhalinin maddi və mənəvi tələbatının ödənilməsi nisbidir, mütləq təminatdan söhbət gedə bilməz. Çün-ki əhalinin daim artması, müharibələr, sosial-iqtisadi böhranlar, işsizlik, aclıq, xəstə-liklər və i.ax. əhalinin təlabatının ödənilməsi ilə əlaqədar olaraq cəmiyyətin qarşısında mürəkkəb problemlər qoyur. Həmin problemlər bəzən hətta “demoqrafik” partlayış səviyyəsinə yüksəlir.

Hazırda dünya əhalisinin sayı 5,5 milyardı ötüb keçmişdir. Həmin əhalinin yaşa-yış vasitələrinə tələbatının ödənilməsi çox ciddi problemlər, “demoqrafik partlayış” təhlükəsi doğurur. Həmin problemlər bunlardır: əhalinin sürətlə artmasının tənzimlən-məsi, əhalinin daha çox sənayeləşməsi və böyük şəhərlərdə mərkəzləşməsi, urbaniza-siya prosesi; əhalinin sürətlə artması ilə əlaqədar olaraq onun maddi və mənəvi sər-vətlərə olan təlabatının ödənilməsinin cətinlikləri; ET tərəqqinin doğurduğu sosial- mənəvi nəticələrin insanlarda düşgünlük inamsızlıq əhval- ruhiyyəsi; yeni-yeni maddi ehtiyatlar, ərzaq və enerji mənbələri axtarmaq zəruruiliyi; işsizlik, sağlamlıq, təhsil- tərbiyə, psixoloji pessimizm ziddiyyətləri, bütövlükdə mənəvi tənəzzül hallarının ara-dan qaldırılması məsələləri; Spid, xərcəng, ürək-damar və digər xəstəliklərin əhalinin yaşayış tərzinətəsri.

Müasir dünyada əhali sürətlə artır, onların yaşayış vasitələri, maddi nemətlərlə tə-min edilməsi məsələləri getdikcə daha çox kəskinliklə qarşıya çıxır.

Başlıca qlobal problemlərdən biri də insanın fiziki və mənəvi sağlamlığının təmin edilməsidir. Hədsiz kimyavi maddələrin, kübrələrin, dərmanların işlədilməsi, ağır informasiya axını, urbanizasiya prosesi, texnikləşmiş səhər həyatının həyacanları və s. insan sağlamlığına, psixikasına mənfi, dağdıcı təsir edir.

Müasir bürjua sosioloqlarından E.Pendel, V.Fokt “yaşayış təhlükədədir”, “əhali 2 dəfədən də çox azaldılmalıdır” ideyalarını təbliğ edərək qeyd edirlər ki, əhalinin ölüm faizinin aşağı düşməsi dəhşətli faciədir. Bu atom bombasından daha təhlükəlidir. Odur ki, onlar əhali artımının qarşısını almaq üçün kütləvi dölsüzləşdirməni, xəstəlikləri “ən demokratik üsullar” ağılandırırdılar.

Lakin XX əsr sosiologiyasında “torpağın münbitliyi azalıb”, “maddi ehtiyatlar tükənir” ideyalarına qarşı optimist mövqelər daha güclüdür. Brazilya iqtisadcı alimi Yozus de Kastro hesablamışdır ki, hazırda bəşəriyyət 6.5 milyard hektar torpaq sahəsi becərə bilər, halbuki indi cəmi 800 milyon hektardan bir qədər artıq torpaq sahələri becxərilir. Yəni ümumi imkandan 8 dəfə az. Sosioloq Cen Boyd Orr hesablamışdır ki, hazırda bəşəriyyətin sahib olduğu sərvətlər ədalətlə bölünərsə, 6 milyard əhalini maddi nemətlərlə tam təmin etmək mümkündür. Buraya dəniz və okeanların sərvətlərini də əlavə etsək onda 10-11 milyard əhalini yaşayış vasitələri ilə təmin etmək olar.

Deməli, əhalinin yaşayış vasitələri ilə təmin edilməsinə ümidsizliklə yanaşmağa əsas yoxdur.

Qlobal demoqrafik problemlərin həlli həm sosial-siyasi, həm mənəvi, həm də elmi- texniki amillərlə vəhdətdə zəruridir.

5. Gələcək cəmiyyət inkişafının proqnozlaşdırılması problemi.

İnsan həmişə xoşbəxt gələcək arzusu ilə yaşamışdır. İnsan bəzən “xoşbəxt gələ-cəyin” təminatını subyektiv amillə izah etmiş, onun insanın əməyi və yaradıcı fəaliy-yəti ilə qurulacağına inamı artmış və onu daim fəal mübarizəyə ruhlandırmışdır. Bu sahədə qabaqgörənlik ideyalarına əsaslanmışdır.

Qabaqgörənlik – hazırda mövcud olmayan, lakin inkişaf prosesində özünün po-tensial imkanlarını büruzə verən, obyektiv və subyektiv əsasları qərarlaşmaqda olan gələcək haqqındaq bilikdir. Gələcəyin obyektiv və subyektiv potensial imkanları özünü maddi-texniki və sosial iqtisadi şəraitdə, intellektual potensialda, insan fəaliyyətində qarşıya qoyulmuş məqsəd aydınlığında, sosial və siyasi qüvvələrin nisbətində və s. göstərməlidir. Qabaqgörənlik biliyi məhz qeyd etdiyimiz amillərin dərin elmi təhlili əsasında meydana çıxmalıdır. Qabaqgörənliyin qnoseoloji əsaslarını –ali əsəb sistemi-nin fəaliyyəti, xüsusilə onun bəzi formalarının kerçəkliyi qabaqlayaraq əks etdirməsi qabiliyəti təşkil edir. Bu əsasda insan fəaliyyəti ətraf gerçəkliyi həm nəzəri, həm də praktik olaraq daha dərindən dərk edir. İstehsal inkişafının zəruri inkişaf meylinin düz-gün dərk edilməsi insana 5-10 illik gələcəyi deyil, bütöv bir epoxanı müəyyənləşdir-məyə dair qabaqgörənlik biliyi verə bilər.

Lakin gələcək tarixi perspektivin müəyyən edilməsi çox vaxt ehtimal xarakteri daşıyır. Qabaqgörənliyin dəqiqliyində, gələcək haqında elmi proqnoz verilməsində “hansı gələcəkdən” bəhs olunması da mühüm rol oynayır: yaxın gələcək, uzaq və çox uzaq gələcək. Bunlar həm də gələcəyin dövrləridir.

Yaxın gələcək haqında artıq indi elmi məlumat və faktlar mövcuddur. Bu faktlara əsasən elm 20-30 il qabağı dəqiq görə bilir. Məs. demoqraflar 5 il bundan əvvəl müəy-yən etmişlər ki, XX əsrin sonunda dünya əhalisi 6 milyard, 2025-ci ildə isə 8 milyard olacaqdır.

Elmi qabaqgörənlik və sosial proqnozlaşdırmada çox saylı elmi və xüsusi metod-lardan, məntiqi və texniki vasitələrdən istifadə olunur: ekstrapolyasiya (müəyyən bir sahəyə aid olan hadisələrin, məfhumların, qanunauyğunluqların başqa sahəyə, dövrə də aid edilməsi); tarixi analogiya; kompyuter modelləşdirilməsi; gələcəyin ssenarisi; eks-periment qiymətləndirmə və s.

Elmi qabaqgörənlik və sosial proqnozlaşdırmanı məzmun və məqsədinə görə 4 əsas növə bölmək olar: axtarici; normativləşdirmə; analitik; xəbərdaredici proqnozlar.

1) axtarici proqnozlar – bugünkü gerçəkliyin real faktik təhlili əsasında gələ-cəyi müəyyən etməkdir.

2) normativləşdirici proqnozlar – müəyyən naliyyətlərə istinadən gələcəyin haq-qında konkret inkişaf planı və proqqamları yaratmaq üçün tövsiyələr verməkdir;

3) analitik proqnozlar – gələcəyin müəyyən edilməsi üçün elmi cəhətdən istifadə olunan metod və vasitələrin idrakı əhəmiyyətini müəyyənləşdirməkdir;

4) xəbəredici proqnozlar – gələcək haqqında təqdim olunmuş müəyyən ideyanın kütlələrin şüur və əxlaqına təsirinin vaxtında qarşısının alınması məqsədilə xəbərdarlıq etməkdir.



Hazırda gələcək namionə futuroloji tədqiqatlarla elmlər kompleksi məşğuldur. Gələcəyin real perspektivlərinin müəyyənləşdirilməsində elmlərin inteqrasiyası, xüsu-silə hümanitar, təbii-elmi və texniki biliklərin vəhdəti yeganə qabaqgörənlik təminatı verə bilər.
Yüklə 60,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin