MAL-QARANIN SAXLANDIĞI YERLƏR
VƏ
BURADA GÖRÜLƏN İŞLƏR
Ağıl (Büt.ş.) – yay zamanı üstü açıq inək və at saxlanılan yer.
Arxaş (Büt.ş.) – üstü açıq qoyun saxlanılan yer.
Qalot (Büt.ş.) – qoyuna qüvvəli yem vermək üçün taxtadan hazırlanan xüsusi qab. (Ə gədə, o qalotlara bax indicə davar gələcəx) (Əlia.).
Qaşar (Əlia., Sova.) – qış dövründə qoyunun saxlandığı üstüörtülü yer.
Dölcəx (Büt.ş.) – döl düşən yer.
Dönə (C., P., Buz.) – qoyuna duz verilən yer.
Yaylım (Büt.ş.) – qoyunun sübh çağı otarılması.
Kələx (Büt.ş.) – divarları daşdan olan üstü açıq mal-qara saxlanılan yer. Şahbuz şivələrində də eyni mənada işlədilir [20, s.256].
Kom (C., P., Buz., Güla.) – üstüörtülü mal-qara saxlanılan yer.
Küz (Büt.ş.) – quzu saxlanılan yer. Bakı dialektində də eyni mənanı verir [95, s.206].
Sərdən // bərə (Büt.ş.) – qoyun sağılan yer. Bərə qərb qrupu dialekt və şivələrində də eyni mənada işlədilir [22, s.200].
Dostları ilə paylaş: |