153
Necə ki, bütün qarilərə gəldikdə, onlar hamılıqla
mütəvatir hesab
olunurlar.
Alimlərin bəziləri deyirlər: «Qiraətlərlə Quranın mütəvatir
olması arasında heç bir əlaqə yoxdur. Üsul alimlərindən kimsə bu
haqda heç bir nəzər irəli sürməmişdir. Bu barədə, sayı
həddindən
artıq az olan şəxsi nəzər sahiblərindən biri də İbni Hacibdir.»
Zərkeşi «Burhan» kitabında yazır: «Quran və qiraət bir-
birlərindən fərqlənən iki müxtəlif həqiqətlərdir. Onların arasında
olan müştərəklikdən danışa bilmərik. Çünki Quran həzrət
Məhəmmədə (s) nazil olmuş ilahi vəhy, qiraət isə tələffüz və yazılış
baxımından bir-birindən fərqlənən özünəməxsus bir elmdir.
Bununla yanaşı bəziləri qiraətləri mütəvatir,
bəziləri isə sadəcə
olaraq mötəbər hesab edirlər. Bunu da qeyd etmək lazımdır ki, bizə
gəlib çatan qiraətlər qarilər tərəfindən mütəvatir olaraq nəql
olunmuşdur. Lakin qarilərin özlərinin Peyğəmbər (s) tərəfindən
mütəvatir olaraq nəql olunmaları, yəni mötəbər olduqlarına dəlalət
edən hədisin nəql olunması kimsəyə məlum deyildir. Çünki,
qiraətlər Peyğəmbər (s) tərəfindən vahid xəbər formasında nəql
olunmuşdur və onlara yalnız qiraət kitablarında rast gəlmək olar.
(Əl-itqan. 1-ci cild, 138-ci səh).
Dostları ilə paylaş: