AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİ
KULTUROLOGİYA TARİXİ
SOYADI: RZAYEV ADI: CAMAL FAKÜLTƏ: KULTUROLOGİYA İXTİSASI: KULTUROLOQ
KURS: II
MÜƏLLİM: PRO.İ.HÜSEYNOV
SƏRBƏST İŞ: №3
XX ƏSRDƏ AZƏRBAYCANDA KULTUROLOJİ FİKRİN İNKİŞAF
TARİXİ
BAKI-2010
XX əsrdə Azərbaycanda kulturoloji fikrin inkişaf tarixini və onun əsas istiqamətlərini bilmək cəmiyyətimiz üçün olduqca vacib məsələlərindən biridir.XX əsr Azərbaycan kulturoloji fikir tarixi, yüksələn xətlə inkişaf etmişdir. Bunu biz XX əsr Azərbaycan mədəniyyətin inkişaf tarixi ilə tanış olduqda bir daha onun şahidi oluruq.
Bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan mədəniyyətinin zənginləşməsində XX əsr məhsuldar bir mərhələ kimi özünəməxsus yer tutmuşdur. Tarixin bu dövrü Xüsusiyyətləri, tarixi - ictimai şəraiti ilə fərqləndiyindən bütün bunlar istər - istəməz mədəniyyət və incəsənət sahəsində də öz dərin izini buraxmışdır.Baş verən ictimai - tarixi, siyasi dəyişmələr milli mədəniyyət və incəsəntdə öz təsirini təzahür etdirsə də, ümumiyyətlə, inkişaf nöqteyi nəzərindən bu dövrü məhsuldar bir mərhələ kimi səciyyələndirmək olar. Əsrin əvvəllərində milli maarifpərvər qüvvəllərin mədəni inkişaf uğrundakı mübariz fəaliyyətləri, həyata keçirdikləri tədbirlər, mədəniyyət və incəsənətin ayrı-ayrı sahələrinin təşəkkülü, Azərbaycanda kulturoloji fikrin inkişafına çox ciddi təkan verdi .
Azərbaycan xalqının görkəmli ziyalıları N.Nərimanov, H.Zərdabi, C.Məmmədquluzadə, R.Əfəndiyev, Ə.Haqverdiyev, N.Vəzirov, Ü.Hacıbəyov, M.Maqamayev, Ə.Əzimzadə, M.M. Nəvvab və onlarla digərləri öz müqəddəs niyyət və arzularında yekdil idilər: ölkənin mədəniyyətini yüksəltmək, kölə vəziyyətində olan savadsızları təlim - təhsilə cəlb etmək, xalqın nümayəndələri içərisindən qabiliyyətli və istedadlı şəxsləri üzə çıxartmaq, Azərbaycan maddi və mənəvi sərvətlərini bütün bəşəriyyətə tanıtmaq və s. Qeyd etmək lazımdır ki,
bu müqəddəs tarixi vəzifəni həyata keçirən görkəmli şəxsiyyətlər xalq qarşısındakı bu öhdəçiliyi şərəflə yerinə yetirdilər.
Əsrin əvvəllərində Azərbaycan həm iqtisadi, həm siyasi, həm də mədəni cəhətdən geridə qalmış ucqarlardan biri olmasına baxmayaraq mədəniyyətin ayrı-ayrı sahələrində irəliləyişlər hiss edilməkdə idi. Artıq bu dövrdə Azərbaycanda milli dramturgiyanın, teatrın, mətbuatın, professional musiqinin əsası qoyulmuşdur. Hələ milli teatrın qoyuluşundan əvvəl yazılan mükəmməl realist dram əsərlərinin meydana gəlməsi Milli teatrların tarixində nadir hadisələrdən idi. Belə ki, 1873-cü ilin mart və aprel aylarında göstərilən “Lənkəran xanının vəziri” və “Hacı Qara” tamaşaları ilə Azərbaycan teatrının tarixi başlayır.
XX əsrin əvvəllərində kulturoloji fikrin inkişafının şanlı səhifələrindən birini, ilk növbədə ədəbiyyat təşkil edirdi.
Bu əsr milli ədəbiyyatada yeni intibah dövrünün başlanğıcı oldu: inqilabi - demokratik ədəbiyyatın nümayəndələri hesab edilən C.Məmmədquluzadə,M.Ə.Sabir, N.Nərimanov, Ə.Haqverdiyev, Əli Nəzmi, M.S.Ordubadi, Əliqulu Qəmkusar, Mirzə Əli Möcüz, Bayraməli Abbaszadə, realist - maarifpərvər yazıçılar S.Axundov, Ü.Hacıbəyov, A.Şaiq, S.M.Qənizadə, R.Əfəndiyev, Y.B.Çəmənzəminli, İ.Musa-bəyov, Marağam Zeynalabdin, habelə romantik ədəbiyyatın nümayəndələri Məhəmməd Hadi, H.cavid, A.Səhhət, A.Divanbəyoğlu, ədəbiyyatşünas Firudin bəy Köçərli, məhz XX əsrin yetişmələri sayılır.
Ədəbiyyatda yumor və satira böyük sənətkarların qələmi ilə kulturoloji səviyyəyə qaldırılmış, bəşəri ideyalar cəhətdən mənalandırılmışdır.
Bu cəhətdən C.Məmmədquluzadə, M.Ə.Sabir yaradıcılığı müstəsnalıq təşkil edir, xalqımızın bu mötəbər ziyalıları xalq həyatının bütün sevincli və kədərli, işıqlı və kölgəli, yeni və köhnə mənzərələri ilə ədəbiyyata gətirən, söz sənətini xalq qurtuluş və səadəti üçün səfərbər etməyi vacib vətəndaş vəzifəsi sayan öncül ədiblərdəndir. C.Məmmədquluzadənin yaradıcılığında dramaturji fəaliyyət mühüm yer tutaraq Azərbaycan ədəbiyyatına “Çay dəsgahı” (1889) kimi alleqorik mənzum əsəri, “Ölülər” (1909), “Danabaş kəndinin məktəbi”
(1971), “Anamın kitabı” (1920) kimi dəyərli bədii əsərlər bəxş etmişdir. Bu əsərlər hazırda müasir teatr afişalarından düşməyən komediyalar, dramlardır. Bu əsərlərin həmişə yaşarlığı onların mövzularının həqiqi reallıqlardan, ictamai mübarizələrdən, canlı məişətindən götürülməsidir. Ümumiyyətlə, C.Məmmədquluzadə ictimai inkişaf tarixində dramaturqluqla yanaşı, görkəmli jurnalist kimi də məşhurluq tapmışdı. Belə ki, əsrin əvvəllərində milli mətbuatdan formalaşması üçün kulturoloji əhəmiyyət kəsb edən məşhur “MollaNəsrəddin”in nəşri onun adı ilə bağlıdır. Milli mətbuat tarixində ilk inqilabi - demokratik satirik məcmuə olan “Molla Nəsrəddin” 1906-cı ilin aprelin 7-də Tiflisdə “Qeyrət” Mətbəəsində nəşrə başladı. Məcmuənin belə adlandırılması milli xalq ədəbiyyat - ənənələri, güclə Şərq kaloriti ilə sıx bağlılığı ilə izah edilirdi. Jurnalın çox maraqlı, rəngarəng proqramı vardı: məqalələr, kəskin tənqidlər, felyetonlar, məzhəki şerlər, məzhəki teleqramlar, satirik hekayələr, lətifələr, poçt qutusu, məzhəki elanlar, karikatura və illüstrasiyalar.
“Molla Nəsrəddin” satirik məcmuəsi daha sonralar milli Azərbaycan mətbuatının inkişafında, uşaq mətbuatının yaradılmasında möhtəşəm rol oynadı.
Əsrin əvvəllərində Molla Nəsrədinçi kimi məşhurluq qazanan görkəmli satirik ustadlardan biri də M.Ə.Sabir oldu. Klassik şair S.Ə.Şirvanin şagirdi olmuş Sabir XX əsr ədəbiyyatının zənginləşməsində görkəmli xidmətləri olmuşdur. Belə xidmətlərdən ən önəmlisi onun Azərbaycan şerinə tamamilə yeni bir ruh, yeni həyat, yeni məzmun, yeni söz kəsəri göstərməsidir. Şair M.Ə.Sabir bütün düşüncə, mülahizə və təsvirlərini uca, qəhqəhəli,
sağlam bir ictimai mənalı gülüşlə bədii şəkildə ifadə edildi.
XX əsr Azərbaycan şeriyyətində xüsusi yeri olan şairlərdən biri Səməd Vurğun hesab edilir. Yaşadığı dövrdə S.Vurğunun “Şairin andı” (1930), “Fanar” (1932), “Könül dəftəri” (1934), “Şerlər (1935), “Azad ilham” (1939), “Talıstan” (1940), “Səadət uğrunda” (1942), “İstiqbal təranəsi” (1947), “Muğan” (1950), “Dünyanın xəritəsi” (1951), “Aygün” (1956) adlı kitabları nəşr olunmuşdur.
XX əsr Azərbaycan dramaturgiyasında xüsusi xidmətləri olan sənətkarlardan biri də İlyas Əfəndiyev (1914) idi. Onun “Unuda bilmirəm”(1968), “Məhv olmuş gündəliklər”(1969), “Mahnı dağlarda qaldı”(1971), “Bağlardan gələn səs”(1976), “Xurşudbanu-Natəvan” (1982), “Büllur sarayda”(1984) adlı pyestləri Azərbaycan Dövlət Dram Teatrının repertuarının daimi tamaşalarındandır. İ.Əfəndiyev dramaturgiyada müasir mövzulara dalıb böyük üstünlük verirdi. Bir sıra pyeslərində isə, (“Mahnı dağlarda qaldı”, “Natəvan”) tarixi hadisə və
şəxsiyətlərin bədii təcəssümünə də üstünlük verilmişdir.
XX əsrin sonlarında baş verən ictimai-siyasi hadisələr, milli şüurun güclü oyanışı əbədi mühitin saflaşmasına demokratik prinsiplərin daha üstünlük kəsb etməsinə güclü zəmin yaratdı. Yeni ədəbi nəsl nümayəndələrinin yaradıcılığı mühüm yer tutdu. XX əsr Azərbaycan kulturoloji fikirin inkişafının çiçəklənməsində müstəsna əhəmiyət kəsb edən hadisələrdən biri də milli teatr incəsənətinin inkişafda idi. Hələ əsası yuxarıda qeyd etdiyimiz kimi XIX əsrin 70-ci illərində qoyulan Azərbaycan professional teatrının inkişafı üçün yeni- əsr mühüm əhəmiyyət kəsb etməyə başladı. Bu tərəfdən, öz gözəl və rəngarəng istedadları ilə fərqlənən yeni dramaturqların formalaşması digərtərəfdən aktyor rejissor nəslinin yetişməsi teatrın müxtəlif janrlarının Azərbaycanda təşəkkünülə çox əhəmiyətli təsir göstərir. C.Zeynalov, H.Ərəblinski, M.A. Əliyev, H.Sarabski, Əbülfət Vəli, Əlvəndi kimi ilk aktyorlar əsrin əvvəllərində milli teatrın inkişafına zəmanət verənlər olmuşlar. Daha sonralar, sovet dövründə Azərbaycan teatr sənəti mədəniyyətin ən aparıcı sahələrindən birinə çevrildi. Sovet hakimiyyətinin ilk illərində Şərqdə ilk teatr kimi tanınan “Tənqid və Təbliğ” teatrı (1921-ci il 13 noyabr) öz ətrafında S.S. Axundov, M.S. Ordubadi, A. Şaiq, Ə. Haqverdiyev, C.Cabbarlı, C. Məmmədquluzadə kimi görkəmli ədibləri ətrafında birləşdirdi. 1926-cı ildə isə, professional milli teatrı “Dövlət Türk Akademik teatrı” adlanmağa başlayaraq fəaliyyətini davam etdirdi. Həmin teatırda uzun illər rejisorluq edən A.Tuqanovun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Yaradıcılığı bu illərdən başlayaraq həmin teatr bir sıra milli, rus, gürcü, digər bəşəri müəllif dramaturqların pyeslərini səhnələşdirən tamaşaya qoymuşlar. “Küləklər şəhəri”, “Relslər uğuldayır”, “Konstantin Terexin”, “Hücum”, “Siqnal”, “İnqa”, “Qəzəb”, “Hind qızı”, “Paris Notrdam kilsəsi”, “Yanğın”, “Yollar”, “Gizli əl”, “Kölgə” və s. əsərləri müvəffəqiyyətlə səhnələşdirmişdir.
Artıq XX əsrimn 30-cu illərində respublikada digər yeni teatr - kimi tamaşaçılar teatrı öz fəaliyyətinə boşlayaraq Azərbaycan teatr sənətinin yüksəlişinə əhəmiyyətli tövhələrini bəxş etdi.Teatr təkcə bakıda deyil, Azərbaycanın digər regionlarnıda yaranmağa başlayır: Gəncədə, Naxçıvanda, Lənkərandə, Ağdam, Şamaxı, Ağdaşda da teatrlar fəaliyyət göstərməyə başlayır.
XX əsr Azərbaycan kulturoloji fikir tarixindən danışarkən professional musiqinin formalaşması, inkişafını da nəzərdən keçirmək mütləq vacibdir. Bu sahədə xüsusi xidmətləri olan görkəmli bəstəkarlar Ü. Hacıbəyov, M. Maqamayevin adlarını qeyd etmək lazımdır. Şərq aləmində ilk professional musiqi, məhz Azərbaycan xalqına məxsus olmuşdur. Folklorumuzun bönövrəsini təşkilləri muğam adları üzərində ilk operanan müəllifi xalqımızın görkəmli sənətkarı Ü. Hacıbəyova məxsusdur. “Leyli və Məcnun”, “Koroğlu” kimi operaları,
“Məşədi İbad”, “Arşın mal alan” operettaları XX əsrin mədəniyyətinin Azərbaycan dünya sivilizasiyasına bəxş etdiyi ən görkəmli sənət nümunələridir.
Ü. Hacıbəyov, M. Maqamayev özlərindən sonra XX əsrdə çox böyük və zəngin musiqi məktəbi yaradaraq milli musiqinin gözəl ardıcıllarını yetirmişlər: Bülbül, Ş.Məmmədova, Ş.Ələkbərova, c.cahangirov, Q.Qarayev, F.Əmirov, A.Məlikov, S.Hacıyev, T.Quliyev, R.Hacıyev, Niyazi və digərləri kimi rəngarəng miqyaslı musiqiçilər dəstəsi bu dövrün ən məhsuldar sənətkarları sırasına daxildirlər.
Professional musiqidə əldə edilən müvəffəqiyyətlər bütün dünyada öz əks sədasını tapdı. Qara Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla” baleti, F. Əmirovun “Sevil operası”, “Kürd ovşarı”, “Bayatı şiraz” simfonik əsərləri, S. Hacıbəyovun “Karvan” simofonik lövhəsi XX Azərbaycan musiqisinin şah əsərləri sırasına daxildir.
XX əsrdə Azərbaycan kulturoloji fikir tarixinə zənginlik gətirən hadisələrdən biri də incəsəntdəki irəliləyişlər idi. Xüsusilə, boyakarlıq, tətbiqi sənət, heykəltaraşlıq, memarlıqda böyük naliyyətlər əldə edilir. Rəngarlıq incəsənətində bu dövrə şöhrət qazanmış S.Şərifzadə, M.Abdullayev, B.Mirzəzadə, B.Əliyev digərlərinin adlarını qeyd etmək vacibdir. Bu rəssamlar naturanı, təbiəti, işığı, havanı, rəng münasibətlərini öyrənmək üçün səylə çalışır, müxtəlif mövzulu təsviri sənət yaradırlar. Ə.Əzimzadənin Abşeron təbiətinə həsr olunan lirik akvarelləri, S.Şərifzadənin “Üzüm bağı”, M. Abdullayevin “Mərdəkanda”, B.Mirzəzadənin “Çəmən” (1939) adlı əsərləri təbiət mövzusunda işlənmiş ən dəyərli əsərlər sırasına daxildir.
Təbiət rəsimlərinin görkəmli sənətkarlarından formalaşarkən S. Bəhlulzadənin adını xüsusilə qeyd etmək lazımdır. Xüsusilə, mənzərə janrında yaratdığı lirik, poetik təsvirlər Abşeron, Quba, Qarabağ, Lənkəran və digər yerlərin təsvirlərinə həsr olunub. Rəssamı ilhama gətirən təbiət motivləri rəngarənglik təşkil edir. 1953-cü ildə rəssam Qubaya gedərək “Qudyalçayın sahili”, “Qızbənövşə yolu” kimi əsərlərini yaratmış, daha sonralar rəssam torpağa can verən insan əməyini “Yaşıl xalı”, “Bağlar arasında”, “Bülbül baharı”, “Çiçəklənən torpaq” (1954- 60) əsərlərində tərənnüm etmişdir. Mavi, göy, yaşıl, çəhrayı, ağ rəng çalarlarında işlənmiş həmin mənzərələr tamaşaçıda intim hisslər, həyəcan doğurur.
“Doğma düzənliklər”, “Gölməçələrdə ördəklər” (1955) kimi şairin mənzərələrində Lənkəranın təbiətini əks etdirən rəssam, “cıdır düzü”, “Dumanlı dağlar”(1957) lövhələrində Qarabağın səfalı yerlərini fırçaya almışdı.
Meyvələrin, çiçəklərin, qabların, məişət avadanlığı, və əmək alətlərinin təsviri vasitəsilə insanın varlığa münasibətinin əks etdirən natürmot janrında Azərbaycan rəssamları həvəslə işləyirlər. T.Salanovun, T.Nərimanbəyovun, T.Tağıyevin, B.Mirzəzadənin, M.Abdullayev, T.Sadığzadənin bu janırdakı əsərləri Azərbaycan torpağına bərəkəti, meyvələrinin, çiçəklərin gözəlliyi, təbiətin zəngin boyaların haqqında canlı təsəvvür verir.
Müxtəlif janırlarda əsərlər yaradan ötən əsrin təşkil edilən sərgilərdə iştirak edən və rəssamlığın inkişafı naminə axtarışlar aparan rəssamlardan F.Bağırov, T.Şıxəliyev, R.Ülvi, B.Maratlı, Ə.Muradoğlu O.Ağababayev, H.Cabbarlının da adlarını qeyd etmək lazımdır.
XX əsr Azərbaycan incəsənətinin ayrılmaz qol-larından birini də heykəltaraşlıq təşkil edirdi. Bu əsr heykəltaraşlığın monumental formaları reallaşdırılır. Bununla yanaşı, dəzgah və portret heykəltaraşlığı üzrə bir sıra qiymətli nümunələr meydana çıxır, məişətimizə bədilik gətirən dekorativ heykəltaraşlığı inkişaf edir.
Azərbaycan monumental heykəltaraşlığının inkişafında istedadlı sənətkar F.Əbdürrəhmanovun xidmətləri böyükdür. Onun fərdi yaradıcılıq üslubu dahi Nizaminin Gəncəyə (1946) və Bakıya (1948) inşa edilmiş abidələrdə parlaq şəkildə təzahür edir. Hər iki abidə olduqca əzəmətli aydın və ahəngdar plastik formalarda həll olunmuşdur.
F.Əbdürrəhmanov öz monumental əsərlərin sürətin mahiyyətindən daxili qayəsindən doğan plastik formalarda həll edir, orijinal kompozisiya variasiyalarına əl atırdı.Bu baxımdan simvolik səpkidə verilən “Azad Azərbaycan qadını” (1960) heykəli çox ehtiraslı və dinamiktir. Heykəltaraşın digər əsəri xalq şairi S.Vurğunun (1965) heykəlində isə romantik əhval ruhiyə vardır.
Portiret və monumental heykəltəraşlıq janrlarında C.Qaryağdının və müstəsna xidmətləri vardır. O, öz əsərlərində döyüş və əmək qəhramanlığına görə xalqın rəğbətini qazanmış müasirlərimizin surətlərini ümumiləşdirməyə xüsusi əhəmiyyət verir. Onun general - mayor H.Aslanov (1948), Bülbül (1948), R.Behbudovun (1953), M.Ə.Sabirin (1958) portret heykəlləri Bakı şəhərinin ən dəyərli sərvətləri hesab edilir.
Portret janrında görkəmli xidmətləri olan sənətkarlardan P.Sabçay, H.Əhmədov, S.Quliyevin adlarını çəkmək olar.
XX əsrin 50 -60-cı illərindən respublikada ardıcıl axtarışları ilə heykəltaraşlığa gələn sənətkarlar - Ö.Eldarov, M.Mirqasımov, H.Abdullayev, E.Hüseynov, E.Şamilov, F.Nəcəfov, K.Ələkbərov, İ.Zeynalov novator səpkili sənət əsərləri ilə milli mədəniyyətimizi zənginləşdirirlər.
T.Məmmədov və Ö.Eldarovun əlbir əməyi sahəsində dahi Füzulinin 1962-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrının binası qarşısında abidəsi qoyuldu. 6 metrlik boz qranit postament üzərində yüksələn tünc - heykəl olduqca cazibədardır. Ö.Eldarov portret sahəsində ciddi axtarışlar apararaq M.Qorki, M.F.Axundov (1951 - 54), Natəvanın (1954) mərmərdən obrazlarını yaratmışdı.
Ümumiyyətlə, XX əsr Azərbaycan incəsənəti özünün yüksəlişinə çataraq dünya sivilizasiyasına mükəmməl sənət nümunələrini bəxş edərək xalqın yaradıcılıq istedadını bütün bəşəriyyətə sübut etmişdir.
XX əsr Azərbaycan kulturoloji fikirin inkişaf tarixi ilə yaxından tanış olduqda ,Azərbaycanın teatr tarixinin,ədəbiyyat tarixinin, heykəltaraşlıq tarixinin və rəssamlıq tarixinin zəngin və məhsuldar olduğunu birdaha görüruk.
Azərbaycanın XX əsr kulturoloji fikrin inkişaf tarixini izlədikdə onun nə qədər zəngin olduğunu və özünəməxsusliyi ilə seçildiyini görürük.Biz burada kulturoloji fikirin inkişaf istiqamətləri ilə milli şüurun əsas inkişaf göstəriciləri ilə yaxından tanış oluruq.Və onların cəmiyyətimizin mədəni inkişafında nə dərəcədə örnək olduğunun şahidi kimi deyə bilərik ki, kulturoloji fikirin və milli şüurun inkişafı mədəni irsimizin zənginləşməsində rolları əvəzedilməzdir.
ƏDƏBİYYAT
Kulturologiya (Dərslik) Ağayar Şükürov , “Adiloğlu”, Bakı ,2003
Kulturlogiya (Dərslik) ADMİU “Mars-Print” Bakı, 2003
Mədəniyyətşünaslıq (Dərslik) Sədaqət Məmmədova “Kooperasiya” Bakı, 2001
Mədəniyyət Tarixi və Nəzəriyyəsi (Dərslik- əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri) M.J.Manafova, N.T.Əfəndiyeva, S.A.Şahhüseynova , Bakı,2010
Dostları ilə paylaş: |