Sosiallaşma prosesi müəyyən mərhələlərdən ibarətdir: uşaqlıq, gənclik, cavanlıq, qocalıq. Deməli, sosiallaşma uşaqlıq dövründən başlayaraq, qocalıq çağlarına qədər insanın bütün həyatı boyu davam edir. İnsanın ilk sosiallaşma mərhələsi ailə ilə bağlıdır. Ailə şəxsiyyətin fəaliyyətini motivləşdirir, onu gələcək həyata hazırlayır. Sonra təhsil sistemi, əmək kollektivi, dostlar, tanışlar, qonşular, müxtəlif informasiya vasitələri və sairə mühüm rol oynayır. İlkin sosiallaşma mərhələsi şəxsiyyətarası, sonrakı mərhələ isə sosial əlaqə sferasında baş verir

Şəxsiyyət haqqında sosioloji nəzəriyyələr
Amerika antropoloqu və sosioloqu Ralf Lintona (1893- 1953) görə iki şəxsiyyət növü vardır: normativ və və modal. Normativ növ – insanın yaşadığı cəmiyyətin mədəni dəyərlərinə daha yaxşı uyğun gələn və bu mədəniyyətin idealı olan şəxsiyyətdir. Modal növ – cəmiyyətdə statistik olaraq dominantlıq edən və cəmiyyətin əksər üzvləri ilə eyni mədəni nümunəni daşıyan şəxsiyyət növüdür. Bu iki növ arasında fərq çox olduqca cəmiyyətin inkişaf potensialı daha yüksək olur.
Marjinal şəxsiyyət anlayışı 1920-ci illərin ikinci yarısında amerikalı sosioloq Robert Park (1864-1944) tərəfindən elmi dövriyyəyə buraxılmışdır. Bu, elə bir şəxsiyyət növüdür ki, hər hansı bir sosial qrup və toplumla münasibətdə sərhədli mövqeyə malikdir. Marjinal şəxsiyyət mədəniyyətlərin qovşağında yerləşir. Müxtəlif mədəni standartları özündə ehtiva edərək, “mədəni hibrid” halını alır, diskomfort hiss edir və əksər hallarda kənar davranışlar sərgiləyir. Bu növ hər şeydən əvvəl miqrasiya proseslərinin və sərt urbanizasiyanın məhsuludur.