1.Çoxmənalılıq haqqında məlumat. Çoxmənalılığın əmlə gəlməsi



Yüklə 299 Kb.
səhifə5/45
tarix01.01.2022
ölçüsü299 Kb.
#103351
1   2   3   4   5   6   7   8   9   ...   45
Metonomiya

Yunan mənşəli söz olub “ad dəyişmə” deməkdir. Metonomiyanın səciyyəvi xususiyyətləri aşağıdakılardır.



  1. Metonomiya yığcam və qısa olur. O, həmişə bir neçə sözün, hətta ifadənin əvəzi kimi işlənə bilir.

  2. Metonomiya yığcam olmaqla bərabər olduqca ifadəli dil vahididir.

  3. Metonomiyanın səciyyəvi xususiyyətlərindən biri də əşya və hadisə haqqında üstüörtülü, dolayısı ilə məlumat verməkdir.

Dilimizdə aşağıdakı müxtəlif səciyyəli metonomin söz və ifadələrə rast gəlmək mümkündür.

Məkan əlaqəsi əsasında əmələ gələn metonomiyalar:

a) predmetin içində olan digər bir şey həmin predmetlə adlanır: Qazan qaynayır (yəni içindəki).

b) Bədən üzvünün adı həmin üzvün geyimi ya başqa mənada işlənir. Məsələn, ayağını çıxartdı, əynini dəyişdi, başını açdı.



Sinekdoxa- Burada eyni bir söz bütövü və bütövün bir hissəsini ifadə etməyə xidmət edir. Məsələn, Qurd- həşarat: ipək qurdu, canavar.

Çoxmənalılığı çox olan nitq hissələrinə isim, sifət, fel aiddir. İsimlərdə çoxmənalılıq əsasən ümumi isimlərlə əlaqədardır.

Əsas nitq hissələrinin çoxmənalılığın kəmiyyətinə görə 2 qrupa bölmək olar: 1) çoxmənalığı çox olan nitq hissələri 2) çoxmənalığı az olan nitq hissələri. Çoxmənalığı çox olan nitq hissələrinə isim, sifət, fel, çoxmənalığı az olan nitq hissələrinə isə say, əvəzlik və zərf daxildir.

İsimlərdə çoxmənalılıq daha çox ümumi isimlərlə əlaqədardır. Xüsusi isimlərdə də çox mənalılıq var. Lakin onların çoxmənalılığı azdır. Çünki xüsusi isimlər ayrı-ayrı şəxsləri, əşyaları və hadisələri eynicinsli olan başqa şəxslərdən, əşyalardan və hadisələrdən fərqləndirən fərdi, konkret adlardır. Ümumi isimlərin çoxmənalı olmasının səbəbi budur ki, onlar həmcins əşyaların , hadisələrin və mücərrəd anlayışların ümumi adını ifadə edir. Ümumi isimlər konkret və məcazi mənalarda işlədilərək oxşar əşyaların ümumiləşmiş adı kimi çıxış edir. Bunlar öz əşyavilik mənalarını saxlamaqla bərabər, əlamət və keyfiyyət məzmunu da əldə edə bilir. Bütün bu amillər ümumi isimlərin çoxmənalılığa meyl etməsini göstərir. Məsələn, ağac, ayaq, barmaq.

Sifətlər leksik mənalarına görə konkret keyfiyyət və əlamət anlayışları ilə yanaşı, ümumiləşmiş keyfiyyət və ya əlamət də ifadə edir.

Sifətlərin rəngləri , dad və lamisə üzvlərimizlə dərk edilən əlamət və keyfiyyətləri çoxmənalılığa meyl edir. Məsələn, quru- 1) yaş olmayan paltar, 2) nəm olmayan torpaq, boyat (çörək), susuz(çay), bitkisiz(səhra), cılız(adam), döşənməmiş(quru yer), (quru söz)- nəticəsiz




Yüklə 299 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin