4. Sosial-mədəni quruculuq
70-80-ci illərdə Azərbaycanın iqtisadi inkişafı əhalinin sosial strukturunda ciddi dəyişikliklərə, əhalininsayının artmasına səbəb oldu.Belə ki,1970-ci ildəki 5117 min nəfərdən 1988-ci ildə 6917 min nəfərə çatmışdı.Şəhər əhalisi respublika əhalisinin ümumi sayının 54 faizini,kənd əhalisi isə 46 faizini təşkil edirdi. Müvafiq olaraq 1970-ci ildə kişilərin sayı əhalinin ümumi sayının 49 faizini, qadınlar isə 51 faizini təşkil edirdisə, bu rəqəm 1988-ci ilə qədər dəyişməmişdir.
Respublika əhalisinin milli tərkibi 1989-cu ildə aşağıdakı kimi olmuşdur:
- azərbaycanlılar - 5805,0 min nəfər
- ruslar - 392,3 min nəfər
- ermənilər - 390,5 min nəfər
- ləzgilər - 171,4 min nəfər
- avarlar - 44,1 min nəfər
- ukraynalılar - 32,4 min nəfər
- tatarlar - 28,6 min nəfər
- yəhudilər - 25,3 min nəfər
- talışlar - 17,7 min nəfər
- türklər - 17,7 min nəfər
- gürcülər - 14,2 min nəfər
- kürdlər - 12,2 min nəfər
- tatlar - 10,2 min nəfər
- dağ yəhudiləri - 5,5 min nəfər
- udinlər - 6,1 min nəfər
1970-ci ildə respublikada doğulanların ümumi sayı 151 min nəfər idisə, bu rəqəm 1987-ci ildə 184,6 min nəfər olmuşdur. 1970-ci ildə əhalinin hər 1000 nəfərinə 6,8 nigah qeydə alınmışdır. Bu rəqəm 1980-ci ildə 9,8, 1987-ci ildə isə 9,9 təşkil etmişdir. Müvafiq olaraq, nigahın pozulması 1,3; 1,2;1,2 olmuşdur.70-80-ci illərdə əhalinin təhsil səviyyəsi: 1970-ci ildə
əhalinin hər 1000 nəfərindən 471 nəfəri ali və ya orta təhsilli idisə, 1979-cu ildə bu rəqəm 652 nəfər, 1986-cı ildə isə 741 nəfər təşkil edirdi. 70-80-ci illərdə respublika əhalisinin xalq təsərrüfatı sahələrində işləyən hissəsinin sayı 20,2 faiz artmışdı və onların 75,3 faizi maddi istehsal sahələrində çalışırdı. Qeyri-istehsal sahələrində çalışanların sayı 25,0 faizdən 26,1 faizə qalxmışdı. Xalq təsərrüfatında çalışan ali və orta ixtisas təhsilli mütəxəssislərin sayı artaraq 1970-ci ildəki 274 min nəfərdən 1987-ci ildə 625 min nəfərə çatmışdı. Onlardan ali təhsilli
mütəxəssislərin sayı 366 min nəfər, orta ixtias təhsillilərin sayı isə 129 min nəfər idi. 70-80-ci illərdə istehsal sahələrində işləyən ziyalılarınüçdə iki hissəsi sosial mənşəyinə görə fəhlələr və kəndliləriçərisindən çıxmışdı. 1970-ci ildə əhalinin ümumi sayındafəhlələrin sayı 51,5 faiz, qulluqçuların sayı 27,4 faiz və kolxozçuların sayı 20,6 faiz təşkil edirdisə, 1986-cı ildə
fəhlələrin sayı 26 faiz və kolxozçuların sayı 13 faiz olmuşdu. 70-80-ci illərdə əhalinin maddi rifah halı xeyli yaxşılaşmışdı. 70-80-ci illərdə respublika 630 min yeni iş yeri açılmışdı
Dostları ilə paylaş: |