Ајәтуллаһ Мисбаһ Јәзди


DİNLƏ BAĞLI TƏDQİQAT APARMAĞIN ƏHƏMİYYƏTİ



Yüklə 2,8 Mb.
səhifə8/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   4   5   6   7   8   9   10   11   ...   289

DİNLƏ BAĞLI TƏDQİQAT APARMAĞIN ƏHƏMİYYƏTİ


Aydın oldu ki, bir tərəfdən həqiqətlər barəsində mərifət kəsb etməyə olan fitri meyl, digər tərəfdən isə insanın mənfəət və məsləhətini kəsb edib ziyan və təhlükələrdən amanda olması ilə əlaqədar təfəkkür etməsi onu elm və dünyagörüş əldə etməyə vadar edən güclü bir amildir. Deməli, bir şəxs “filan tarixdə görkəmli şəxsiyyətlərdən bir qrupu bəşərin hidayəti və hər iki dünyada xoşbəxtliyə çatması üçün yol göstərmək məqsədilə Allah tərəfindən seçilmiş və öz sözlərini çatdırıb bəşəriyyəti hidayət etməkdə heç bir səydən çəkinməmiş, hər növ çətinlik və əzab-əziyyətə dözərək hətta öz canlarını da bu hədəf yolunda fəda etmişlər” kimi sözləri eşidib agah olsa, din barəsində qeyd olunan məqsədlərlə tədqiqat aparmaq fikrinə düşür ki, peyğəmbərlərin iddialarının düzgün və kifayət qədər məntiqi dəlillərə malik olub-olmadığını öyrənsin. Xüsusilə, onların əbədi nemət və səadətlə müjdələyən, əbədi əzab və bədbəxtçiliklə qorxudan dəvətləri barədə məlumat əldə etsə daha artıq təhqiqat aparmaq fikrinə düşər. Çünki onların dəvətini qəbul etmək ehtimal verilən sonsuz mənfəətlərə nail olmaq, onlarla müxalifət etmək isə ehtimal verilən sonsuz zərərlərə düşməkdən ibarətdir. Belə bir şəxs özünün din barədə qafil olub bu işə laqeyd yanaşmasına, onun haqqında tədqiqat aparmamasına dair hansı bir bəhanə gətirə bilər?!

Bəli, bəzilərinin tənbəllik və etinasızlıq üzündən tədqiqat aparmaq üçün özlərini zəhmətə salmaq istəməməsi, yaxud dinin qəbul edilməsində müxtəlif məhdudiyyətlər olduğunu və onları ürəkləri istəyən bəzi işlərdən saxladıqları üçün din barəsində tədqiqat aparmaqdan imtina edə bilmələri mümkündür.1 Amma belə şəxslər bu kimi tənbəlliyin və etinasızlığın ağır və acınacaqlı aqibətinə dözməli, nəhayət əbədi əzabı və bədbəxtçiliyi qəbul etməlidirlər.

Belə şəxslərin vəziyyəti acı dərmanı qəbul etməkdən qorxaraq həkimin yanına getməyən və qəti ölümə razı olan nadan xəstə uşağın vəziyyətindən qat-qat ağırdır. Çünki belə uşağın əqli özünün fayda və ziyanını ayırd etmək üçün kifayət qədər inkişaf etməmişdir. Həkimin göstərişləri ilə müxalifət etməsinin zərəri də dünya həyatındakı bir neçə günlük həyatdan məhrum olmaqdan başqa bir şey deyildir. Lakin həddi-büluğa çatmış və agah olan insan özünün fayda və ziyanı haqqında fikirləşərək ötəri ləzzətləri əbədi əzabla müqayisə etmək qüdrətinə malikdir.

Buna görə də Qurani-kərim qəflətdə olan belə şəxsləri heyvanlardan da alçaq səviyyəli olduğunu bildirərək buyurur:

Onlar heyvan kimidirlər, hətta yolunu onlardan da çox azmışlar. Qafil olanlar da məhz onlardır.”2

Başqa bir ayədə onlar canlıların ən pisi kimi təqdim edilərək buyurulur:

Həqiqətən, Allah dərgahında canlıların ən pisi həqiqəti dərk etməyən karlar və lallardır.”3


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin