“ALİ-İmran” surəSİ (3-cü surə, 200 ayə)



Yüklə 2,46 Mb.
səhifə344/494
tarix05.01.2022
ölçüsü2,46 Mb.
#111027
1   ...   340   341   342   343   344   345   346   347   ...   494

Nöqtələr


◘Əvvəlki ayədə bəyan olundu ki, hakim ədalətli və əmanətdar olmalıdır. Bu ayədə isə xalqın Allah və peyğəmbər qarşısındakı vəzifəsinə işarə olunur. Allah, peyğəmbər və əmr sahibi kimi müraciət yeri olduğu halda xalq üçün heç vaxt çıxılmaz vəziyyət qalmır.

Bu üç ünvana itaət olunması Quran tövhidi ilə zidd deyil. Çünki peyğəmbər və əmr sahibinə itaət də Allaha itaətdir. İnsan Allahın əmri əsasında peyğəmbər və əmr sahibinə üz tutur.

◘“Təfsire-nümunə”də İbn Abbasdan nəql olunur ki, İslam peyğəmbəri Təbuk döyüşündə gedərkən Mədinədə həzrət Əlini (ə) öz yerində qoydu və buyurdu: “Harun Musa üçün necə idisə, sən də mənim üçün eləsən.” Sonra bu ayə nazil oldu.

◘Ötən ayədə tapşırıldı ki, əmanətlər öz əhlinə tapşırılsın. Ayədən belə anlaşılır ki, əmanəti əhlinə tapşırmaq Allaha, peyğəmbərə və əmr sahibinə itaət sayəsində gerçəkləşir.

“İtaət edin” göstərişinin təkrarı göstərişlərin növbənöv olması rəmzidir. Peyğəmbər bəzən ilahi hökmləri bəyan edir, bəzən dövləti tapşırıq verirdi. Onun risalət və hökumət kimi iki mənsəbi vardı. Quran bəzən peyğəmbərə xitabən buyururdu: “Nazil etdiyimizi xalqa bəyan et.”1 Bəzən isə belə buyururdu: “Xalq arasında ilahi qanunlar əsasında rəhbərlik və mühakimə et.”2

◘Quran günahkarlara, israfçılara, azğınlara, cahillərə, zalımlara itaət etməmək göstərişi verir. Buna görə də itaət göstərişi verilərkən itaəti qadağan olunmamış zümrə, itaəti Allah və peyğəmbər göstərişləri ilə zidd olmayan fərdlər nəzərdə tutulur.

◘İtaət ayəsində əmr sahibi haqqında danışılır. Çəkişmə vaxtı isə əmr sahibləri yox, yalnız Allah və Onun rəsulu tanıtdırılır. Belə bir nəticə alınır ki, əgər əmr sahibini tanımaqda çətinlik varsa, Allaha və Onun rəsuluna müraciət olunmalıdır. Peyğəmbər rəvayətlərində peyğəmbər Əhli-beytinin (ə) əmr sahibi olduğu bildirilir.3

◘Hüseyn ibn Əbül-Əla deyir: “Mən peyğəmbər vəsiləri və onlara itaətin vacibliyi haqqında əqidəmi İmam Sadiqə (ə) bildirdim. Həzrət buyurdu: “Bəli, belədir. Onlar həmin kəslərdir ki, Allah onlara itaət olunmasına əmr etmişdir.”4

◘Həzrət Əli (ə) “Nəhcül-bəlağə”nin 125-ci xütbəsində və Malik Əştərin əhdnaməsində buyurmuşdur: «Allah və Onun rəsuluna müraciət» dedikdə möhkəm ayələrə və hamının yekdil qəbul etdiyi sünnələrə müraciət nəzərdə tutulur.”

◘Həzrət Əli (ə) buyurmuşdur: “Peyğəmbərin məsum Əhli-beytinin nəzərinə uyğun olmayan mühakimə yürüdən hakimlər tağutdur (zalım hakimdir).”1



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   340   341   342   343   344   345   346   347   ...   494




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin