Fol defisitli anemiya
Fol turşusunun defisiti ilə əlaqədar olan anemiyalar sümük iliyində meqaloblastların yaranması, eritrokariositlərin parcalanması, pansitopeniya, eritrositlərin makrositozu və hiperxromiyası şəklində özünü büruzə verir.
İnsan orqanizmində 7,5-22,5 mq müxtəlif formalarda fol turşusu var. Fol turşusunun orqanizmə daxil olmasında hər hansı bir əngəl olarsa 4 ay ərzində onun ehtiyatı tükənir. Fol turşusuna sutkalıq tələbat 50-100 mkq-dır. Hamiləlik, hemolitik anemiyalar zamanı bu göstərici bir neçə dəfə artır. Rasional qidalanma zamanı sutkada 400-600 mkq fol turşusu mənimsənilir. Bu maddə həm heyvani, həm də bitki mənşəli qidaların tərkibində var. Pomidor, ispanaq, banan, avokado, soğan, göbələk, həmçinin ət, qara ciyər fol turşusu ilə zəngindir. 10 dəqiqədən çox bişən, qaynayan məhsullarda fol turşusu B12 vitaminindən fərqli olaraq tez parçalanır və buna görə də onun yeganə mənbəyi bitki mənşəli çiy məhsullar sayılır.
Fol turşusu hüceyrələrin mitotik bölünməsi, differensə olunması və funksional aktivliyi üçün vacib komponentdir. Eyni zamanda bu maddə sümük iliyində meqaloblastların yetişməsi, normoblastların yaranması üçün əhəmiyyətli elementlərdən biridir.
Qidanın tərkibindəki fol turşusu molekulu sintetik analoqundan fərqli olaraq bir neçə qlütamat qalığından ibarət olduğu üçün mədə bağırsaq traktından daha pis sorulur.
Fol turşusu yoğun bağırsağın proksimal hissələrindən sorulur. Sorulma fol turşusu qəbulundan 1 neçə dəqiqə sonra başlanır və 1-2 saata maksimuma çatır. Qida məhsullarında fol turşusu bir və ya bir neçə qlütamin turşusunun molekulu ilə birləşə bilər. Poliqlütamat fol turşusu hidroliz olunur, ancaq bir molekul qlütamin turşusu ilə birləşmiş fol turşusu orqanizmə sorulur. Bu hidroliz prosesi nazik bağırsağın mənfəzində və ya xovlarında gedir. Fol turşusu bağırsaq epitelindən keçərək 5-metiltetrahidrofol turşusuna çevrilir. Hüceyrə daxilinə keçdikdən sonra5-metiltetrahidrofol turşusuna 6 və ya 7 qlütamin turşusu qalığı birləşir. Bu birləşmə, fol turşusunun hüceyrə daxilində saxlanılmasına kömək edir. Fol turşusu və onun törəmələri orqanizmdə birkarbonlu fraqmentlərin daşınması üçün vacibdir.
Fol turşusu pirimidin əsaslarının sintezində, B12 vita-minin kofermentiolan metilkobalamin ilə birlikdə uridinmonofosfatdan timidinmonofosfatın yaranmasında iştirak edir. Bu reaksiyanın gedişində homosisteindən metionin əmələ gəlir. Fol turşusu purin sintezində də iştirak edir. Formiminqlütamin turşusundan qlütaminturşusunun yaranması üçün də fol turşusu lazımdır.
Dostları ilə paylaş: |