Anemiyalar



Yüklə 1,02 Mb.
səhifə57/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   129
Differensial diaqnoz. Xəstəlik autosom-do­mi­nant yol­la irsə verildiyi üçün xəs­tə­­­­nin yaxın qohumları da müayinə olun­­ma­lı­dır. Erit­ro­sit­lərdə Na və K ionlarının sə­viy­­­­yə­si yox­lanılır.

Sağlam insanlarda periferik qanda stomatositlərin miqdarı 2-3% arasında olur. Xəs­­­təlik zamanı isə stoma­to­sit­lə­rin səviyyəsi 10-30%-ə qədər artır.

Uzun müddət alkoqol qəbul edən insanlarda xəstəliyin qaza­nılma forması ya­ra­nır. Sitostatik pre­paratlar-vinkristin, vinblastin, si­­tozar, tioquanin və s. ilə müalicə döv­­­ründə sto­ma­tositoz müşahidə edilir.

Müalicə. Kserositoz yüngül olduğu üçün transfuzion terapiya və splen­ek­to­mi­ya­­ya eh­tiyac olmur. Bəzən eritropoez sürətləndiyi üçün fol turşusunun nisbi de­fisiti ya­­­ra­­nır. Ona görə də az miqdarda fol turşusu təyin olunur.

Həqiqi stomatositozda tərkibində çox miqdarda maye olduğu üçün eritrositlər da­laq­­da parçalanırlar. Splenektomiya hər iki formada qənaətbəxşdir. Lakin irsi sto­ma­to­si­toz­­­­da trom­boz ris­ki yüksək olduğu ücün xəstənin həyatına ciddi təhlükə yarada bilər.

Yenidoğulmuşlarda fototerapiya, çox yüksək hiperbilirubinemiyada isə müba­di­lə trans­­­­fuziyası məsləhət görülür.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin