Audit xidməti və onun təşkili – (30+15)-15 mövzu Mövzu Auditin mаhiyyəti, məqsədi və vəzifələri


Auditorun işinin keyfiyyətinə nəzarət – auditor qrupunun rəhbərinin nəzarəti ilə həyata keçirilir



Yüklə 141,45 Kb.
səhifə36/77
tarix01.01.2022
ölçüsü141,45 Kb.
#103230
1   ...   32   33   34   35   36   37   38   39   ...   77
Auditorun işinin keyfiyyətinə nəzarət – auditor qrupunun rəhbərinin nəzarəti ilə həyata keçirilir.

Sərbəst auditorlar, auditor təşkilatları, xarici auditor təşkilatlarının filial və nümayəndəlikləri aparılan yoxlama zamanı Auditorlar Palatasının nümayəndələrinə yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borclu olurlar.



Auditorun məsuliyyəti – müqavilənin predmetindən və icazə verilən kənarlaşmadan asılıdır.

Yoxlama üçün müştəri təşkilat tərəfindən yanlış məlumat təqdim olunarsa, auditor – mənfi rəy hazırlamalıdır.

Mövzu 8.Auditorların peşə etikası
Beynəlxalq təcrübədə auditorların peşə etikası məcəlləsi auditorların davranış normalarını və ümumi məqsədlərə nail olmaq üçün auditorlar tərəfindən riayət edilməli olan fundamental prisipləri müəyyən edir.

Auditor peşəsi özünəməxsus xüsusiyyətlərə malik olmaqla,aşağıdakı amillərlə səciyyələnir:

1)təlim və təhsil zamanı qazanılmış peşə vərdişlərinə malik olmaq;

2)həm bütövlükdə cəmiyyətə,həm də sifarişçiyə münasibətdə məsuliyyətli olmaq;

3)sifarişçilərə münasibətdə obyektivlik göstərmək;

4)davranış və auditor xidmətlərinin yerinə yetirilməsi norma və qaydalarının ən yüksək tələblərinə cavab verən xidmətlər göstərmək.

Auditor peşəsinin ən mühüm fərqləndirici cəhəti onun cəmiyyət qarşısında məsuliyyətini hamı tərəfindən tanınmasıdır.



Auditor – heç kimdən asılı olmayaraq sərbəst, müstəqil, qanunlar çərçivəsində hərəkət edən şəxsdir.

Sifarişçilərin tələbatının ödənilməsi auditorun son məqsədi deyildir.Auditor normaları və qaydaları,hər şeydən əvvəl,cəmiyyətin mənafeləri ilə müəyyən edilir,onlar sifarişçilərin kredit və ssudalar aldığı maliyyə müəssisələrinə təqdim edilən mühasibat (maliyyə)hesabatlarının aydın və real olmasına kömək edir.Müəssisənin maliyyə resurslarının idarə edilməsi məsələlərinə aid məsləhətlər onların vəsaitlərindən səmərəli istifadə olunmasına təsir edir.Daxili və sərbəst auditorların xidmətləri müəssisənin daxili nəzarət sistemlərinin düzgün fəaliyyət göstərməsinə inamı təmin edir,bu isə öz növbəsində müəssisənin maliyyə informasiyasının mötəbərliyini gücləndirir.Vergiqoyma sahəsinə aid verilən məsləhətlər ölkədə vergiqoyma sistemi vəqaydası barədə düzgün təsəvvür və anlayış yaranmasına kömək edir,bu isə müvafiq qanunvericilyə riayət olunmasını şərtləndirir.Menecmentə aid məsləhətlər müəssisənin rəhbərliyi tərəfindən düzgün qərarlar qəbul olunmasına kömək edir.

Auditor peşəsinə,onun imicinə təsir göstərəcək ən mühüm amil-göstərilmiş xidmətlərin,gözlənildiyi kimi,yüksək peşəkarlıq səviyyəsinə uyğun yerinə yetirilməsi nəticəsində cəmiyyətdə bu peşəyə olan inamın möhkəmlənməsidir.

Auditor peşəsinin məqsədi cəmiyyətin tələbatının ödənilməsinə yönəldilmiş əməyin maksimum səmərəliliyinin əldə edilməsi üçün yüksək peşə səviyyəsini təmin etməkdir.



Auditor peşəsinin məqsədinə nail olmaq üçün cəmiyyətin bu peşənin əsas tələblərinə riayət edilməsi zəruridir:

  • Mötəbərlik.Cəmiyyət mötəbər informasiyadan istifadə olunmasına tələbat hiss edir;

  • Peşəkarlıq.Auditorlar qarşısında elə tələblər irəli sürülür ki,sifarişçilər,işə götürənlər və başqa maraqlı tərəflər onları auditor peşəsinin mütəxəsislərinə olan tələblər kimi müəyyən edə bilərlər.

  • Xidmətlərin keyfiyyəti.Auditor xidmətçilərini auditinvə peşə etikası məcəlləsinin qüvvədə olan norma və qaydalarına uyğun olaraq yerinə yetirmək tləb edilir ;

  • Etimad.Auditor xidmətinin istifadəçiləri əmin olmalıdırlar ki,o,bütün fəaliyyəti ərzində riayət etdiyi peşə etikası prinsiplərini heç vaxt pozmayacaq.


Mövzu 9.Auditor etikasının əsas prinsipləri.

Auditor qarşısında duran məqsədlərə nail olmaq üçün o, auditor etikasının aşağıdakı əsas prinsiplərini yerinə yetirməlidir:



  • Düzgünlük. Auditor öz peşə vəzifəsinin yerinə yetirlməsində düzgün mövqe tutmalıdır.

  • Obyektivlik. Auditor ədalətli olmalı və yalnış təsəvvürün,yalnış qənaətin və başqa amillərin onun obyektivliyinə təsir göstərməsinə yol verməməlidir.

Auditor sifarişçiyə lazımi dərəcədə qayğı,səriştə və məsuliyyətlə xidmət göstərməli,peşə biliklərini daim artırmalıdır. Auditor peşə biliklərinin elə bir səviyyəsinə malik olmalıdır ki,sifarişçiyə qanunvericilikdə, auditor praktikasında və auditor xidmətlərinin göstərilməsi texnikasında son dəyişikliklər nəzərə alınmaqla xidmət göstərilməsinə onun heç bir şühbəsi olmasın.

  • Məxfilik.Peşə xidmətlərinin göstərilməsi gedişində əldə etdiyi informasiyanı sifarişçinin razılığı olmadan yaymağa və açıqlamağa, habelə ondan öz məqsədləri üçün istifadə etməyə auditorun ixtiyarı yoxdur.

  • Peşə davranışı. Auditor öz peşəsinin yüksək nüfuzunu qazanmalı, onu qorumağı və nüfuza xələl gətirən hər hansı hərəkətdən çəkinməlidir.

  • Peşə normaları. Auditorlar sifarişçinin və ya iş götürənin təlimat və göstərişlərini lazimi qayğı və diqqətlə elə səviyyədə yerinə yetirməlidirlər ki, göstərilən xidmətlər düzgünlük, obyektivlik və müstəqillik tələblərinə zidd olmasın.

Auditorlar düzgünlük, obyektivlik və müstəqilliklə bir araya sığmayan hər hansı maraqdan uzaq olmalıdırlar.

Etika-əxlaq kodeksinə uyğun olaraq, düzgünlük anlayışı – işin aparılmasında doğruluq, ədalətlilik, düzgünlükdür.



Auditin keyfiyyətinə nəzarət.

Keyfiyyətə nəzarətin mahiyyəti-göstərilən auditor xidmətinin keyfiyyətinə nəzarətlə bağlı zəruri tədbirlərin düzgün planlaşdırılması və təşkilindən vaxtında və audit standartlarının tələblərinə uyğun səviyyədə yerinə yetirilməsindən,habelə müvafiq qaydada sənədləşdirilməsinin qayda və prosedurlarının müəyyən edilməsindən ibarətdir.

Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətinin keyfiyyətinə nəzarətin mahiyyətini,növlərini,onun həyata keçirilməsinin əsas prinsiplərini və formalarını müəyyən etmək məqsədilə “Auditor xidməti haqqında”Azərbaycan Respublikasının Qanununa və “Auditin keyfiyyətinə nəzarət” beynəlxalq audit standartlarına uyğun olaraq “Auditin keyfiyyətinə nəzarət”milli audit standartı işlənib hazırlanmış və Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 1997-ci il 21 may tarixli 21/1 saylı qərarı ilə təsdiq edilmişdir.

Bu standart dövlət orqanlarının öz səlahiyyətləri dairəsində və qanunvericiliyə əsasən həyata keçirdikləri nəzarəti istisna etmişdir.

Keyfiyyətə nəzarətin qayda və prosedurlarına riayət edilməsi həm auditor təşkilatları,həm də sərbəst auditorlar üçün zəruridir.

Keyfiyyətə nəzarətin iki növü müəyyən edilir:

a)daxili nəzarət;

b)kənar nəzarət.




Yüklə 141,45 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin