Audit xidməti və onun təşkili – (30+15)-15 mövzu Mövzu Auditin mаhiyyəti, məqsədi və vəzifələri


Auditin keyfiyyətinə nəzarət – auditor firması və müxtəlif auditor yoxlamaları səviyyəsində həyata keçirilir



Yüklə 141,45 Kb.
səhifə37/77
tarix01.01.2022
ölçüsü141,45 Kb.
#103230
1   ...   33   34   35   36   37   38   39   40   ...   77
Auditin keyfiyyətinə nəzarət – auditor firması və müxtəlif auditor yoxlamaları səviyyəsində həyata keçirilir.

Səlahiyyətlərin verilməsi dedikdə - işin göndərilməsi, nəzarətin həyata keçirilməsi və bütün səviyyələrdə işlərin yoxlanılması başa düşülür.

Auditin keyfiyyətinə daxili nəzarət.

Auditin keyfiyyətinə daxili nəzarət auditor təşkilatının rəhbərliyi və sərbəst auditorlar tərəfindən auditin planlaşdırılmasının,audit qayda və prosedurlarının tətbiqinin qüvvədə olan qanunvericiliyin və audit standartlarının tələblərinə uyğunluğunu və onlara riayət olunmasını təmin etməkdən ibarətdir.

Daxili nəzarət iki formada həyata keçirilir:

a)ümumi nəzarət;

b)ayrı-ayrı audit prosedurları üzrə nəzarət;

Daxili nəzarət müvafiq auditor təşkilatının rəhbərliyi və sərbəst auditorların özləri tərəfindən həyata keşirilir.

Auditor təşkilatı auditin müvafiq standartlara uyğunluğuna təminat verən daxili nəzarət qayda və prosedurlarına əməl etməlidir.

Daxili nəzarət qaydalarının və audit prosedurlarının məzmunu,həcmi və dövriliyi auditor təşkilatının fəaliyyətinin xüsusiyyəti və həcmindən yoxlamaların təşkili səviyyəsindən asılı olaraq müəyyən edilir.

Daxili nəzarət qaydaları auditor təşkilatı tərəfindən təsdiq edilir.Bu zaman aşağıdakılar nəzərə alınır:


  1. Peşakarlıq tələbləri:

auditor təşkilatının işçiləri müstəqillik,obyektivlik,düzgünlük və məxfilik prisiplərinə əməl edirlər;

  1. Səriştəlilik

auditor təşkilatı öz peşakar vəzifə borclarını lazımi səviyyədə yerinə yetirmək üçün audit standartlarına riayət edən müəyyən edilmiş peşə ixtisasına səriştəyə malik olan işçilərlə komplektləşdirilir;

  1. Təyin etmə:

auditin aparılması müvafiq iş təcrübəsinə və hazırlıq dərəcəsinə malik olan işçilərə tapşırılır;

  1. Səlahiyyətlər:

auditin müvafiq keyfiyyət standartlarına uyğunluğunu təmin etmək üçün işlərin təhlili,nəzarət bütün səviyyələrdə kifayətləndirici aparılır;

  1. Məsləhətlər:

zəruri hallarda,müvafiq biliklərə malik olan mütəxəsislərlə məsləhətləşmələr təşkil edilir;

  1. Sifarişçilər və onlarla əlaqə saxlanması:

mövcud və ehtimal olunan sifarişçilərin seçilməsi ilə əlaqədar müvafiq analitik işlər aparılır;

  1. Yoxlama:

daxili nəzarətin qayda və prosedurlarının tətbiqinin səmərəli və müəyyən edilmiş tələblərə uyğun olması müntəzəm yoxlanılır.

Daxili nəzarətin ümumi qayda və prosedurlarının auditor təşkilatlarının işçiləri tərəfindən düzgün başa düşülməsi və tətbiq edilməsi təmin edilməlidir.

Auditor apardığı auditor yoxlamaları üzrə keyfiyyətə nəzarətin elə qayda və prosedurlarını tətbiq etməlidir ki,onlar auditor təşkilatının qəbul etdiyi qayda və prosedurlara uyğun olsun.

Auditorlar mütəxəsislərə tapşırdıqları işlər yerinə yetirilərkən onların səriştəliyinə daim fikir verirlər,onların işləri təhlil və nəzarət edilir.



Auditin keyfiyyətinə kənar nəzarət.

Keyfiyyətə kənar nəzarət auditor təşkilatı və sərbəst auditor tərəfindən göstərilən auditor xidmətinin ,keyfiyyətinin və daxili nəzarət sisteminin qiymətləndirilməsindən ibarətdir.

Kənar nəzarət Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən həyata keçirilir.

Kənar nəzarət iki formada aparılır:

1)auditin keyfiyyətinə daxili nəzarət sisteminin qiymətləndirilməsi:

2)auditor təşkilatı tərəfindən göstərilmiş auditor xidmətlərinin keyfiyyətinə nəzarət.

Auditin keyfiyyətinə daxili nəzarət sisteminin qiymətləndirilməsi formasında həyata keşirilən kənar nəzarət auditin keyfiyyətinə daxili nəzarətin mövcudluğu və təşkilinin yoxlanılması,müəyyən edilmiş daxili nəzarət qayda və prosedurlarının öyrənilməsi,təhlili və tətbiqinin düzgünlüyünün qiymətləndirilməsindən,eləcə də onların təkmilləşdirilməsi üzrə tövsiyyələrin verilməsindən ibarətdir.

Verilmiş tövsiyələr auditor təşkilatı üçün məcburi xarakter daşıyır.Auditor təşkilatı tərəfindən göstərilmiş auditor xidmətlərinin keyfiyyətinə nəzarət formasında həyata keçirilən kənar nəzarətayrı-ayrı auditor xidmətləri üzrə auditor təşkilatı tərəfindən istifadə edilmiş auditor standartları və prosedurlarının seçilməsinin həcminin yetərliliyinin və tətbiq edilməsinin düzgünlüyünün qiymətləndirilməsindən ibarətdir.

Nəzarətin bu forması auditorun mövcud iş və yekun sənədlərinə əsasən aparılır.

Bu formada həyata keçirilən nəzarət auditor təşkilatı tərəfindən göstərilmiş auditor xidmətlərinin ümumi sayının 25%-dən az olmamaq şərti ilə,seçmə üsulu ilə aparılır.

Kənar nəzarət tədbirləri hər bir auditor təşkilatı lisenziya aldığı tarixdən bir il keçdikdə,sonralar isə hər təqvim ili ərzində bir dəfədən az olmamaq şərti ilə həyata keçirilir.

Bu tədbirlər Auditorlar Palatasının müvafiq departamenti tərəfindən təqvim ilinin əvvəlində tərtib edilmiş və müvafiq qaydada təsdiq edilmiş plan üzrə və zəruri hallarda Palatanın rəhbərliyinin göstərişinə əsasən həyata keçirilir.

Audit aparılması zamanı Azərbaycan Respublikasının qanunvericilik aktlarının audit standartlarının tələbləri auditor təşkilatlarının auditorları tərəfindən kobudcasına pozulduqda və ya təqvim ili ərzində üç dəfə keyfiyyətsiz audit aparıldıqda,nəzarət funksiyasını yerinə yetirən işçilər tərəfindən auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyanın geri alınması barədə təkliflər verilir.

Kənar nəzarətin həyata keçirilməsinin metod və üsulları Auditorlar Palatası tərəfindəntəsdiq olunmuş proqram və təminatlarla tənzimlənir.



7.Auditor fəaliyyətinin dövlət tənzimlənməsi.

Azərbaycan Respublikasında auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək, bu sahədə olan və Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə və yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini hazırlamaq, dövlətin təsərrüfat subyektlərinin və auditorların (auditorlar təşkilatlarının) mənafelərini müdafiə etmək, öz fəaliyyətində “Auditor xidməti haqqında” Qanundan, digət qanunvericilik və normativ – hüquqi aktlardan rəhbərlik kimi istifadə edir.

Auditor xidməti haqqında” Qanun – 5 bölmədən və 20 maddədən ibarətdir.

Müstəqil auditor hüququ almaq üçün Azərbaycan Respublikası vətəndaşının – “Mühasibat uçotu”, “Maliyyə”, “İqtisadiyyat”, “Hüquq” ixtisaslarından ən azı biri üzrə ali təhsili olmalıdır.


Yüklə 141,45 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin