Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə246/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   242   243   244   245   246   247   248   249   ...   300
50. EY QARA PİŞİK, ŞTO DELAYEŞ?
Bunnan irəli xırmanı vəlnən döyürdülər. Çardaxlı kəndinin qı­rağıdı, taxılı döyüflər, buğdanı sünbüldən ayırıflar. Amma qaran­nıx düşdüyünnən buğdanı daşıya bilmillər. Kalxoz sədri Fərzalını çağı­rır. Deyif ki, a kişi, bircə sənə ehtibarım var. Bu buğdanı daşıya bil­mə­dik. Bu gejə qalırsan burda, buğdaya qaroul çəkirsən, İmam­ver­di­ni də saa köməkçi verirəm. Deyif, yaxşı, arxayın olginən. Sən bilir­sən ki, mən heş kimin bir toyuğuna daş atmamışam. Qalıllar burda.

Fərzalı baxır görür ki, İmamverdi qıvrılır ora-bura, nə isə na­rahatdı. Başa düşüf da, bu özünü şübhəli aparır. Deyir, uzandım, de­dim ki, İmamverdi, mən yatıram sən gözdəginən, sora mən qaroul çə­kərəm, sən yatarsan da. Gəlif buğdanı yığıb aparallar. İmamverdi de­di ki, qoy gedim çörək yeyim gəlim, onnan sora sən yatarsan. Getdi çörək yeyənnən sora gəldi, gördüm ə, bunun qarnı şişib nə boyda olub. Həmin İmamverdiyə oxşamır. Dedim, mən yatıram. Özü­mü vur­dum yuxuluğa, elə xorulduyuram. Gördüm bir-iki dəfə dedi ki, ə, yatmısan, ə, yatmısan? Cavab vermədim, xorulduyuram. Gör­düm pal­ta­rının altınnan iki meşox çıxartdı. Meşoxları silələdi, buğdanı dolduruf qutaranda isdiyirdi əyilə aşağı, qaldıra dalına, dedim:

  • Ey qara pişik, şto delayeş, – deyən kimi dedi:

  • Anqırma, tökürəm yerinə.

O söz düşür bizim camahatın ağzına. Məmi addı bir kişi vardı, mis zavodunda işdiyirdi. O söhbət eliyir ki, qozu yığıb apar­mışam qoymuşam krışaya. Bir də gördüm balqonun aşağı tərə­finnən takqıltı gəlir. Dilim diş durmadı dedim, ey qara pişik, şto delayeş. Demə bu da oğlum imiş. Maa dedi ki, anqırma, tökürəm yerinə.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin